Azərbaycanda ən yüksək keçid balı olan UNİVERSİTET
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda ötən il keçirilən qəbul imtahanları nəticəsində formalaşan keçid balları açıqlanıb.
Modern.az-ın məlumatına görə, Bakı Ali Neft Məktəbi (BANM) yüksək keçid balları ilə fərqlənib. Xüsusilə texniki və informasiya texnologiyaları sahələrində tədris olunan ixtisaslara tələbatın artdığı müşahidə olunur.
Ən yüksək keçid balı 687.1 ilə "İnformasiya təhlükəsizliyi" (tədris ingilis dilində) ixtisasına qeydə alınıb. Onu 678.0 balla "Kimya mühəndisliyi" və 673.5 balla "Kompüter elmləri" (tədris ingilis dilində) ixtisasları izləyir.
Digər İxtisaslar üzrə bəzi keçid balları:
Kompüter mühəndisliyi – 673.0
Neft-qaz mühəndisliyi – 668.3
Proseslərin avtomatlaşdırılması mühəndisliyi – 655.9
BANM-in II qrup üzrə təqdim etdiyi “Biznesin idarə edilməsi” ixtisasında da maraq yüksək olub. Bu sahə üzrə keçid balı 653.4 təşkil edib.
Elnur Əmirov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 24 Aprel 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















