Icma.az
close
up
RU
Azərbaycanda Erasmus+ proqramının dayandırılması məsələsinə AYDINLIQ GƏTİRİLDİ

Azərbaycanda Erasmus+ proqramının dayandırılması məsələsinə AYDINLIQ GƏTİRİLDİ

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda "Erasmus+" proqramının dayandırılması sosial şəbəkədə müzakirə mövzusu olub.

Oxu.Az xəbər verir ki, "Azərbaycan Milli Erasmus+" ofisinin rəhbəri Pərviz Bağırov məsələyə aydınlıq gətirib.

P.Bağırov qeyd edib ki, hazırda "Erasmus+" proqramı çərçivəsində bütün fəaliyyətlər faktiki olaraq, qeyri-rəsmi şəkildə, dayandırılıb:

"Bu o deməkdir ki, yüzlərlə ICM (Beynəlxalq Kredit Mobilliyi - red.) tələbə və müəllim mübadilələri, CBHE (Ali təhsildə potensialın gücləndirilməsi) layihələri, Jan Monne təşəbbüsləri və digər "Erasmus+" layihələri ilə bağlı heç bir irəliləyiş yoxdur. Yəni yeni layihələr qeydiyyata alınmır və aktiv olanların da icrası dayandırılır.

Bundan əlavə, yaranmış vəziyyətlə əlaqədar "Milli Erasmus+" ofisi də bağlanmaq üzrədir. Bu isə proqramın gələcək icrasına ciddi təsir göstərə və ölkəmizdə "Erasmus+" layihələrinin davamlılığına mane ola bilər".

Ofisi rəhbəri onu da diqqətə çatdırıb ki, ümumi layihələrin büdcəsi 20 milyon manata yaxındır və layihələrdə Azərbaycanın 32 fərqli ali təhsil müəssisəsi iştirak edir.

P.Bağırov onu da vurğulayıb ki, mövcud məhdudiyyətlər "Erasmus Mundus Joint Master Degree" (EMJMD) proqramına şamil olunmur:

"Bu proqramın strukturu fərqlidir, fərdi namizədlər üçün nəzərdə tutulub və bakalavr məzunları birbaşa müraciət edərək təqaüdü müstəqil qaydada qazana bilərlər. Yəni "Erasmus Mundus" çərçivəsində Avropada magistr təhsili almaq istəyən namizədlər üçün heç bir dəyişiklik yoxdur və onlar əvvəlki qaydada müraciət edə bilərlər."

Qeyd edək ki, Açılışı "European Region Action Scheme for the Mobility of University Students" olan tələbə mübadilə proqramı "Erasmus" 1987-ci ildə yaradılıb.

Avropa Birliyi tərəfindən yaradılmış və universitetlər arasında əməkdaşlıq çərçivəsində maliyyələşdirilən proqram bakalavr və təhsilinin növbəti pillələrini davam etdirmək istəyən tələbələr, xaricdə yaşamaq istəyən şəxslər və karyeralarında yüksəlmək üçün müxtəlif təcrübə proqramlarda iştirak etmək istəyən gəncləri özündə birləşdirən sistemdir.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Mart 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see122

Premyer Liqa: “Araz Naxçıvan” “Kəpəz”i məğlub etdi

09 Dekabr 2025 19:20see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri