Icma.az
close
up
RU
Azərbaycanda balanslı məşğulluq sistemi qurulmalıdır AYDINLIQ GƏTİRİLDİ

Azərbaycanda balanslı məşğulluq sistemi qurulmalıdır AYDINLIQ GƏTİRİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qadınların ictimai həyatda iştirakı vacibdir, amma hər şey balanslı olmalıdır. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

O bildirib ki, Azərbaycanda qadınların ictimai, siyasi, sosial işlərdə fəal iştirakı tarixi əslində Sovet dövründən başlayır. Sovet dövründə bu sistemlə tənzimlənmişdi. Belə ki, bütün ictimai fəaliyyət sahələrində qadınlar təmsil olunurdu, zərərli iş sahələri istisna olmaqla.

Sistem belə qurulmuşdu ki, əvvəl kişilər işlə təmin olunurdu, sonra isə qalan yerlərə qadınlar cəlb olunurdu. Çünki ailənin başçısı, rəhbəri kişi sayılırdı və onun işlə təmin olunması vacib idi. Amma hal-hazırda Azərbaycanda vəziyyət fərqlidir: "Ciddi işsizlik var və iş vakansiyalarının böyük əksəriyyətində qadın işçi axtarılır. Kişilər üçün uyğun iş yerləri demək olar ki, yoxdur. Bu isə gender balansını qadınların xeyrinə, kişilərin zərərinə pozur.

Bu vəziyyət kişilərin ailə qurmasına, sosial məsuliyyətlərini yerinə yetirməsinə ciddi mənfi təsir göstərir. Kişilər işləyə bilmədiyi üçün həyatlarını qura bilmirlər, ailə saxlaya bilmirlər. Digər tərəfdən isə qadınlar istədikləri sahələrdə işləyə bilirlər. Bu isə ailədaxili problemlərə, boşanmalara, evliliklərin azalmasına, demoqrafik böhrana səbəb olur.

Sosial balans pozulub. Əgər ölkədə, məsələn, 200 işçi varsa və 150 iş yeri mövcuddursa, əvvəlcə kişilər bu iş yerləri ilə təmin olunmalıdır, sonra isə qadınlar. Bu həm təbiət qanunlarına, həm sosial, həm də mənəvi dəyərlərə uyğundur. Çünki uşaq baxımı, süd vermək kimi məsələlər qadına aiddir və kişi bunları əvəz edə bilmir. Amma indiki sistemdə qadınlar məcbur işə gedir, kişilər isə evdə qalır.

Hazırkı vəziyyət sağlam deyil. Ailələr dağılır, sosial disbalans yaranır, gender bərabərsizliyi artır. Dövlət orqanlarında, özəl sektorda, hətta hüquq-mühafizə orqanlarında da qadınlara üstünlük verilir, kişilər kənarda qalır. Bunun səbəbi bilinmir, amma nəticəsi açıq görünür: kişilər ölkədən kütləvi şəkildə gedir, evlilik sayı azalır, boşanmalar artır. Belə sistem nə bioloji, nə sosial, nə də mənəvi baxımdan düzgün deyil. Azərbaycanda ya kifayət qədər iş yeri yaradılmalıdır, ya da balanslı sistem qurulmalıdır ki, ilk növbədə kişilər işlə təmin olunsun, sonra qadınlar. Əks halda bu qeyri-sağlam mühit daha da böyüyəcək və mənfi nəticələrini daha açıq şəkildə göstərəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Avqust 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri