Azərbaycanda ərindən icazəsiz rayona gedən qadın döyüldü
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Goranboy rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Goranboy şəhərində onların birgə yaşadıqları mənzildə baş verib.
1999-cu il təvəllüdlü Rəvan yaşadıqları mənzildə həyat yoldaşı Ruhiyyəni (adlar şərtidir – red.) yumruq və təpiklə qəsdən vuraraq ona xəsarətlər yetirib.
İş üzrə izahat verən Rəvan bildirib ki, zərərçəkmiş Ruhiyyə onun həyat yoldaşıdır, onlar 2021-ci ildə ailə həyatı qurublar:
“Birgə nikahımızdan 2 azyaşlı – 2022-ci il təvəllüdlü və 2023-cü il təvəllüdlü övladlarımız var. Ruhiyyə ilə ailə həyatı qurduqdan sonra münasibətlərimiz yaxşı olub. Lakin sonradan aramızda narazılıqlar yarandı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Goranboy rayonunun kəndində birgə yaşadıqları evin şəraiti yaxşı olmadığına görə Ruhiyyə Goranboy şəhərində atasının evinə gedib:
“Mən də müəyyən vaxtlarda Ruhiyyə ilə birlikdə qaldım. Məlum hadisə günü, saat 22 radələrində həmin evə getdim. Evdə olan zaman Ruhiyyə ilə birlikdə çörək yedim, çörəkdən sonra isə 2,5 litr pivə içdim. Ruhiyyə isə yatmağa getdi. Orada olan zaman baldızım Tamara ilə söhbət edən zaman o, mənə təxminən 2 ay əvvəl Ruhiyyə ilə birlikdə Qazax rayonuna qonaq getdiklərini dedi. Mən isə Tamaraya heç nə demədim və Ruhiyyənin məndən icazəsiz getdiyinə görə əsəbləşdim”.
Rəvanın ifadəsinə görə, gecə saat 4 radələrində evdə olan zaman Ruhiyyənin yatdığı otağa gedib və onu yuxudan oyadıb:
“Ruhiyyəni yataq otağına apardım. Orada olan zaman Ruhiyyə mənə sərxoş olduğumu dedi və mətbəxə keçdi. Mən də Ruhiyyənin arxasınca mətbəxə getdim. Mətbəxdə olan zaman Ruhiyyədən Qazax rayonuna niyə getdiyini və məndən niyə icazə almadığını soruşdum. Ruhiyyə isə bacısı Tamara ilə birlikdə qonaq getdiyini, həmin zaman küsülü olduqları üçün demədiyini bildirdi. Həmin vaxt əsəbiləşdim və şillə ilə Ruhiyyənin üz nahiyəsindən bir dəfə qəsdən vurdum. Yenidən Qazax rayonuna niyə getdiyini soruşdum. O isə yenidən həmin vaxt küsülü olduğumuza görə məlumat vermədiyini dedi. Bundan sonra yataq otağına keçərək Ruhiyyənin mobil telefonunu götürdüm və yenidən mətbəxə gəldim. Mətbəxdə mobil telefonda olan bütün şəkilləri sildim və mobil telefonu masanın üzərinə qoyaraq evdən çıxdım”.
Rəvan deyib ki, daha sonra yaşadığı Goranboy rayonunun kəndinə gedib:
“Mübahisə və dava-dalaş zamanı yanımızda heç kim olmayıb. Əvvəllər aramızda mübahisə və dava-dalaş olub. Hadisə zamanı şillə ilə bir dəfə Ruhiyyənin üz nahiyəsindən vurdum. Lakin təpiklə Ruhiyyənin sol ayağının baldır hissəsinə vurmamışam. Aramızda olan mübahisə və dava-dalaş təxminən 10-15 dəqiqə ərzində baş verdi”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda Ruhiyyə ilə barışdığını, əməlindən səmimi peşman olduğunu deyib, bir daha belə əməllərə yol verməyəcəyinə söz verib.
Goranboy Rayon Məhkəməsinin hökmü ilə Rəvan 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə iclas zalından həbsə alınıb.
Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Bakıda qadın ərindən icazəsiz rayona getdiyinə görə döyüldü
15 Sentyabr 2026 14:37
Bakıda ərindən gizli telefon işlədən qadın döyüldü
24 Avqust 2026 18:32
Azərbaycanda qadın yenidən evlənsə belə, köhnə ərindən aliment ala bilər
13 Avqust 2025 17:14
Ərindən borc istəyən qadın döyülüb
03 Sentyabr 2026 13:21
Şahzadə ərindən ayrıldı
06 Noyabr 2024 20:01
Baxış sayı:120
Bu xəbər 12 Avqust 2026 12:12 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları