Icma.az
close
up
RU
“Azərbaycanda ərzağa 50% xərclənməsi gəlirin aşağı olduğunu göstərir” Natiq Cəfərli

“Azərbaycanda ərzağa 50% xərclənməsi gəlirin aşağı olduğunu göstərir” Natiq Cəfərli

Icma.az bildirir, Gununsesi portalına istinadən.

2025-ci ilin ilk dörd ayında pərakəndə ticarət dövriyyəsində artım müşahidə olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manat dəyərində məhsul satılıb. Bunun 10,3 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 8,1 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

Ümumilikdə, dövriyyədə real ifadədə artım müşahidə olunub ki, bu da əhalinin alıcılıq qabiliyyəti və ticarət sektorunun aktivliyinin göstəricisidir.

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Gununsesi.info -ya bildirib ki, inkişaf etmiş ölkələrdə əhalinin istehlak xərclərinin təxminən 20 faizi ərzaq məhsullarına yönəlir.

Onun sözlərinə görə, bu, insanların dolanışığının yaxşı olduğunu göstərir :

“Azərbaycanda isə ərzağa xərclərin 50 faizə çatması yaxşı göstərici deyil. Çünki xərclərin yarısının yalnız ərzağa sərf olunması vətəndaşların gəlirlərinin yüksək olmaması barədə ciddi siqnal verir”.

Ekspert həmçinin statistikada səyahətlə bağlı məlumatların olmamasına aydınlıq gətirib:

“Səyahət haqqında məlumatların olmaması çox güman ki, fərdi qaydada səyahət edənlərin sayının çox olması ilə bağlıdır. İnsanlar indi özləri bilet alır, fərdi qaydada otellər bron edir və fərdi səyahətə üstünlük verirlər. Buna görə fərdi səyahətlə bağlı məlumatların statistikada əks olunması çətinləşir. Turizm agentlikləri məlumatları ümumi şəkildə verdikdə daha rahat olur, çünki onlar bütün məlumatları bir yerdə toplayırlar.”

Günel Həsənova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 May 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri