Icma.az
close
up
RU
Azərbaycanda ərzaq çatışmazlığı riski var? İqtisadçı AÇIQLADI

Azərbaycanda ərzaq çatışmazlığı riski var? İqtisadçı AÇIQLADI

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Dünyada ərzaq qiymətlərinin yenidən artması müəyyən narahatlıq yaratsa da, hazırda qlobal ərzaq qıtlığından danışmaq üçün əsas yoxdur. FAO (BMT-nin alt qurumu) 2026-cı ildə dünya üzrə taxıl istehsalının təxminən 2,98 milyard ton olacağını proqnozlaşdırır. İstehsalın ötən illə müqayisədə 2 faiz azalacağı gözlənilsə də, qlobal taxıl ehtiyatlarının istehlaka nisbəti 31,6 % səviyyəsində qalır. Yəni dünyada taxıl təminatı baxımından kritik vəziyyət yoxdur".

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, problem daha çox qiymətlərlə bağlıdır:

"Avqustda FAO-nun dünya ərzaq qiymətləri indeksi bir ayda 1,9 %, illik müqayisədə isə 2,5 % artıb. Buğdanın dünya qiyməti bir il əvvəllə müqayisədə 15 % yüksəkdir. Azərbaycanda isə hazırda illik inflyasiya 5,8 %-dir. Bu göstərici BVF-nin 2026-cı il üçün inkişaf etməkdə olan ölkələr üzrə proqnozlaşdırdığı orta 5,8 %-lik inflyasiya ilə eynidir.

Gələn il üçün mənzərə bir qədər yaxşı görünür. Azərbaycanda 2027-ci ildə orta illik inflyasiyanın 4,5 %-ə enəcəyi gözlənilir. BVF-nin inkişaf etməkdə olan ölkələr üzrə 2027-ci il proqnozu isə 4,8 %-dir. Başqa sözlə, bu il Azərbaycanda inflyasiya inkişaf etməkdə olan ölkələrin orta səviyyəsinə uyğundur, gələn il isə həmin orta göstəricidən bir qədər aşağı olması proqnozlaşdırılır. Əlqərəz, dünyada ayrı-ayrı ölkə və regionlarda ərzaq təhlükəsizliyi və aclıq problemi mövcud olsa da, qlobal miqyasda ərzağın fiziki çatışmazlığından söhbət getmir. Əsas məsələ qiymətlərdir. Enerji, geosiyasi və iqlim amilləri qlobal inflyasiyanın arzu olunan aşağı səviyyələrə enməsini çətinləşdirir".

İqtisadçı vurğulayıb ki,  Azərbaycan üçün isə hazırda ərzaq çatışmazlığı ilə bağlı hər hansı ciddi risk görünmür:

"İnflyasiya da inkişaf etməkdə olan ölkələrin orta göstəricisi səviyyəsindədir və gələn il üçün daha aşağı səviyyə proqnozlaşdırılır".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Sentyabr 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri