Ərzaq çatışmazlığı riski artmaqdadır Xəbərdarlıq
Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Böyük Britaniyanın Milli Audit Ofisi (NAO) ölkənin gələcək ərzaq çatışmazlığı və digər fövqəladə hallara hazırlığı ilə bağlı xəbərdarlıq edib. Qurum Britaniya ev təsərrüfatlarının belə vəziyyətlərə digər ölkələrdəki ailələrlə müqayisədə daha az hazır olduğunu bildirib.
Banco.az xəbər verir ki, NAO-nun son hesabatında iqlim dəyişikliyi, qlobal temperaturun yüksəlməsi və nəqliyyat marşrutlarında yarana biləcək fasilələrin gələcəkdə ərzaq təchizatına ciddi təsir göstərə biləcəyi vurğulanıb.
Qurum ərzaq təhlükəsizliyinə cavabdeh olan Ətraf Mühit, Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin mümkün böhranlara hazırlıq istiqamətində gördüyü tədbirlərin kifayət qədər olmadığını qeyd edib.
Hesabatdan sonra Britaniya hökuməti vətəndaşları fövqəladə vəziyyətlər üçün evlərində təcili yardım dəsti yaratmağa çağırıb.
Tövsiyələrə əsasən, belə dəstdə uzun müddət saxlanıla bilən və bişirilməsi tələb olunmayan konservləşdirilmiş qida məhsulları, qutu açacağı, içməli su, ehtiyat batareyalar, portativ enerji yığma cihazı və radio olmalıdır. Ev heyvanları olan ailələrə onların yem ehtiyatını da əvvəlcədən hazırlamaq tövsiyə edilir.
Hökumət vətəndaşlara ehtiyat məhsulları birdən-birə toplamaq əvəzinə, onları tədricən almağı məsləhət görüb. Bildirilib ki, panik alış-veriş supermarketlərdə ərzaq qıtlığına səbəb ola və böhran zamanı vəziyyəti daha da ağırlaşdıra bilər.
Buna görə də ailələrə həftəlik alış-veriş zamanı siyahıya bir neçə əlavə məhsul daxil etməklə ehtiyatlarını mərhələli şəkildə formalaşdırmaq tövsiyə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 08 Sentyabr 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















