Icma.az
close
up
RU
Azərbaycanda əsas seysmik zonalar: Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?

Azərbaycanda əsas seysmik zonalar: Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, dünən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirilib.

Belə ki, xəritə Kanadanın Viktoriya Universiteti, Kanadanın Milli Tikinti Qaydalarının Zəlzələ Dizaynı üzrə Daimi Komitəsi, ABŞ-ın "Lawrence Livermore" Milli Laboratoriyası, ABŞ-ın Miçiqan Dövlət Universiteti və Gürcüstanın İlya Dövlət Universiteti Yer Elmləri İnstitutu və Milli Seysmoloji Monitorinq Mərkəzi ilə birlikdə Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmalarla tərtib olunub.

Bəs təqdim olunan bu xəritədə ən yüksək təhlükə hansı ərazilərdədir? O ərazilərdə gələcəkdə əhalinin köçürülməsi nəzərdə tutula bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, dünyada indi bu cür yeni metodlar ilə işləyirlər.

Onun sözlərinə görə, ötən gün “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirildi. Dünya məhz bu metodları əsas götürür.

Seysmik təhlükə xəritəsi ən müasir proqramlar əsasında baza məlumatları ilə kataloq yenilənməsini təşkil etdik. Artıq dünyada intesivlik xəritəsi bal ilə işlənmir.

Burada əsas quruntunun maksimal sürəti və yerdəyişməsidir. Burada da dalğanın periodları var ki, ona uyğun təcil spektrlərinə görə 2, 5, 10 %-li ehtimal olan seysmik təhlükə xəritəsini qurmuşuq.

Sadaladığım o parametrlər hamısı ayrı-ayrı bölgələr üzrə nəzərə alınır. 

Hazırda Kanadanın Viktoriya Universiteti, ABŞ-ın "Lawrence Livermore" Milli Laboratoriyası, ABŞ-ın Miçiqan Dövlət Universiteti və Gürcüstanın İlya Dövlət Universiteti Yer Elmləri İnstitutu ilə seysmik təhlükənin müşahidələri əsasında bu xəritənin qurduq. İndi onu çapa verəcəyik”.

O bildirib ki, bu xəritə əsasında ölkədə “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nın səmərəliliyi baxımında müsbət olacaq:

“Məhz burada söhbət tikintidən gedir, seysmik təhlükəli ərazidən getmir. 

Yəni əksinə tikinti zamanı riski azaltmaqdan gedir. Məsələ burasındadır ki, yeni binalar yerindən asılı olaraq ya 8, ya da 9 bala uyğun tikilir. Yəni tikinti apararkən layihədə bu normativlərin hamısı nəzərə alınmalıdır. Bu xəritə əsasən tikinti normativlərinə üçün səmərəli olacaq. Binanı harada istəsək tikə bilərik, amma təbii ki, normativləri gözləmək şərtilə”. 

Qurban Yetirmişli qeyd edib ki, hazırda Azərbaycan seysmik aktiv bölgədə yerləşir:

“Baxmayaraq ki, bəzi bölgələrdə - Şamaxıda, İsmayıllıda, Xəzərdə, Gəncəbasarda, Şəkidə, Zaqatala və s bölgələrdə seysmik aktivlik daha yüksəkdir. Bu ərazilərdə zəlzələnin gücü (maqnitudası) 7 və 7-dən yuxarıdır. Hətta Ağsuda, Göyçayda və Salyanda Oksford Universiteti ilə birgə apardığımız tədqiqatlar göstərir ki, qabaqlar bu ərazilərdə də güclü zəlzələlər olub".

Əfsanə Rəcəb
“Cebheinfo.az

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Noyabr 2024 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri