Azərbaycanda əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq? AÇIQLAMA
Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması barədə təkliflərə münasibət bildirib.
Deputat Pravda.az-a açıqlamasında deyib ki, E.Məmmədov qeyd edib ki, inkişaf etmiş müxtəlif ölkələrdə olduğu Azərbaycanda da orduda müqavilə ilə müddətdən artıq hərbi xidmət keçmə məsələsi var.
“44 günlük müharibə dövründə də şahidi olduq ki, əsas döyüş mövqelərində, vacib əməliyyatlarda komando dəstələri iştirak edirlər, həddindən artıq peşəkardırlar. Onların yaşları isə 18 deyil, 20-dən yuxarıdır. Bütün bu proseslərdə hamı şahid oldu ki, irəli, döyüş xəttinə yeni hərbi qulluğa getmiş əsgərlər buraxılmır. Onlar ən azı 6 ay xidmət keçməlidirlər ki, hərbi əməliyyatlarda iştirak edə bilsinlər. Yaş həddi məsələsi sovet dövründən qalma qaydadır. 18 yaşından hərbi xidmətə çağırış sovet dövründən bəri var. Amma indiki ordular artıq o dövrlərin orduları deyil. Orduda professionallıq, müqavilə ilə xidmət üstünlük təşkil edir. Xüsusi təyinatlıların hazırlanmasına önəm verilir. Azərbaycan vətəndaşı 18 yaşına çatanda vətənə xidmət borcunu yerinə yetirmək üçün hərbiyə yollanır. Bu məsələlər müzakirə olunur. Ola bilər, gündəmə gətirilər, qanunvericilikdə diqqət yetirilər və müəyyən qərarlar verilər. Hələ ki belə bir şey yoxdur”, - deputat bildirib.
Aytəkin Qardaşova


