Icma.az
close
up
RU
Həsrət Cəfərov: “III MDB Oyunları Azərbaycanın gənc istedadları üçün böyük fürsətdir” MÜSAHİBƏ/FOTO/VİDEO

Həsrət Cəfərov: “III MDB Oyunları Azərbaycanın gənc istedadları üçün böyük fürsətdir” MÜSAHİBƏ/FOTO/VİDEO

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ildə Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək.

İdman.biz xəbər verir ki, yarış MDB ölkələrinin və bir sıra dəvət olunmuş dövlətlərin ən yaxşı gənc idmançılarını bir araya gətirən böyük idman tədbiridir.

Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc medalçısı, üçqat Avropa çempionu və ikiqat dünya çempionatlarının mükafatçısı olan Həsrət Cəfərov (67 kq) MDB Oyunlarında ölkəmizi təmsil etməyin və orada qalib gəlməyin nə demək olduğunu yaxşı bilir. O, 2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının çempionu olub və açılış mərasimində Azərbaycan bayrağını daşıyıb.

Sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın 7 şəhərində keçiriləcək III MDB Oyunları ərəfəsində Həsrət Cəfərov Bakı Şəhər Halqasının mətbuat xidmətinə idman yolundan danışıb, yeni nəsil gənc idmançılara tövsiyələrini verib.
- Həsrət, bu il III MDB Oyunları Azərbaycanda keçiriləcək. Bu tədbir, ölkəmiz və gənc idmançılar üçün nə qədər əhəmiyyətlidir?

- Bu, çox böyük bir hadisədir. III MDB Oyunları Azərbaycanın gənc istedadları üçün böyük fürsətdir. Məncə, bizim idmançılar bu şansı dəyərləndirməlidirlər. Onlara böyük bir şərəf nəsib olub – ölkəmizi nüfuzlu beynəlxalq turnirdə, özü də doğma vətəndə təmsil edəcəklər.

- Güləşçilərimizdən nə gözləyirsiniz?

- Gənclərimiz güclüdür. Onların məşqlərini izləyirəm və inanıram ki, yaxşı nəticələr göstərəcəklər. Azarkeşlərin dəstəyi böyük motivasiyadır.

- Bu, eyni zamanda, əlavə təzyiqə səbəb ola bilərmi?

- Mənim üçün bu heç vaxt təzyiq olmayıb. Əksinə, tribunaların dəstəyi mənə hər zaman güc verib.

- Gənc idmançılara Oyunlardan öncə nə tövsiyə edərdiniz?

- Oyunlara maksimum məsuliyyətlə yanaşsınlar. Hər bir yarış – böyük məsuliyyətdir. Biz Azərbaycanı təmsil edirik və Oyunlara çox az vaxt qalıb. Hazır olmaq lazımdır – həm fiziki, həm də mənəvi cəhətdən. III MDB Oyunlarında iştirak edəcək bütün azərbaycanlı idmançılara uğurlar arzulayıram. Bu, ölkəmiz üçün çox önəmli bir hadisədir. Əminəm ki, Oyunlar ən yüksək səviyyədə keçiriləcək.

- I MDB Oyunlarını necə xatırlayırsınız?

- Mən çempion oldum və açılış mərasimində bayraqdar idim. Bu, həm böyük məsuliyyət, həm də şərəf idi. İstəyirdim ki, mərasimə qızıl medalla çıxım – və bu, mümkün oldu. Çünki güləş yarışlarının ilk günü açılış mərasimdən öncə idi. Açılışda çempion kimi bayrağı daşımaq istəyirdim. Rəqabət çox yüksək idi, amma öhdəsindən gəldim.

- Bu 5 ildə Həsrət Cəfərov necə dəyişdi?

- Çox medal qazandım, Parisdə Olimpiya bürüncünü aldım, üç dəfə Avropa çempionu oldum. Amma ən əsası – insan olaraq dəyişmədim. Ən böyük uğurum olimpiya medalım olsa da, dayanmıram.

- Növbəti hədəfiniz nədir?

- Dünya çempionu olmaq istəyirəm. Sonra isə – Los-Anceles-2028 Olimpiadasında qızıl medal.

- Sizi idmanda nə motivasiya edir?

- Nəticələr və güləşə olan sevgim. Bu, sadəcə bir iş deyil – bu, mənim həyat tərzimdir. Milyonlar sənin uğurlarını izləyirsə, dayanmağa haqqın yoxdur.

- Yeni başlayan güləşçilərə nə deyərdiniz?

- İlk uğurlardan sonra arxayınlaşmaq olmaz. İdman – daim əziyyət, zəhmət tələb edir. Öz üzərində işləmirsənsə - nəticə də olmayacaq. Xüsusilə böyüklər kateqoriyasına keçiddə bu daha da çətindir. Daim üzərində işləyin.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 İyul 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri