Icma.az
close
up
RU
Azərbaycana gətirilən dərmanlar keyfiyyətsizdir? Deputatdan AÇIQLAMA

Azərbaycana gətirilən dərmanlar keyfiyyətsizdir? Deputatdan AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Eyni tərkibli dərmanların müxtəlif qiymətlərə satılması əsasən istehsal olunduğu ölkədən asılıdır. Dərmanın istehsalçısı patent hüququ alır və dərmanın hazırlanması zamanı çəkdiyi xərcləri çıxarmaq üçün orijinal dərman vasitəsini istehsal edir. Patent hüququ bitdikdən sonra digər istehsalçılar eyni dozada, tərkibdə və formada dərman istehsalına başlaya bilərlər. Məsələn, aspirin Türkiyə, Rusiya, Almaniya və Bolqarıstanda hazırlanır və ölkəmizə marka adları ilə idxal olunur, tərkibi eyni olsa da, qiymətləri fərqli olur. Lakin bunlar dərmanın “generic”ləri hesab olunur. Cenerik dərman — patent müddəti bitmiş, eyni aktiv maddəyə malik, lakin orijinal marka adı ilə satılmayan dərmandır. Bu kimi dərmanları aşağı və orta gəlirli ölkələr büdcələrinə uyğun olduğu üçün satın ala bilir. Avropada istehsal olunan dərmanlar daha bahadır, çünki Avropada dərmanlar yüksək texnologiyalarla hazırlandığı üçün daha keyfiyyətli olur. Ölkəmizə də Avropa ölkələrinin bir çoxundan dərman idxal olunur”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva deyib. 
O bildirib ki, dərmanların keyfiyyətinin yoxlanması və beynəlxalq səviyyədə tanınması üçün onlar bir sıra standartlara uyğun olmalı və beynəlxalq sertifikatlara malik olmalıdır:
“Bu, həm istehsalçı ölkənin daxili qanunvericiliyi, həm də beynəlxalq qurumların tələbləri ilə tənzimlənir. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının “WHO Prequalification” (ÜST tərəfindən ilkin qiymətləndirmə proqramı) proqramı dərmanların keyfiyyət, təhlükəsizlik və effektivlik meyarlarına uyğun olub-olmadığını müəyyən edir.
Əsasən İİV/QİÇS, malyariya, vərəm və digər yoluxucu xəstəliklərin müalicəsində istifadə olunan dərmanlara aiddir. Bu proqram vasitəsilə dərmanlar beynəlxalq təşkilatlar tərəfindən (məsələn, UNICEF, GDF, Gavi, UNDP) satın alınmaq üçün uyğun hesab olunur. Həmin humanitar beynəlxalq təşkilatlar vasitəsilə dərmanları satın almaq ölkələrə istehsalçıda olandan daha ucuz başa gəlir, həmçinin onlar keyfiyyətli və etibarlı dərman vasitələri olur”.
Deputat qeyd edib ki, dərman vasitələrinin qiymətinin tənzimlənməsinə və müəyyən olunmasına bir çox parametrlər təsir edə bilər:
“Azərbaycanda dərman vasitələrinin qiyməti Tarif Şurası tərəfindən təyin olunur. Dərmanlara isə satışa buraxılmazdan əvvəl Səhiyyə Nazirliyinin müvafiq laboratoriyaları tərəfindən rəy verilməli və keyfiyyəti təsdiqlənməlidir.
Digər məsələ isə, bir ölkədən gətirilən dərmanlar apteklərdə eyni qiymətə satılmalıdır. Təəssüf ki, eyni dərmanın müxtəlif apteklərdə fərqli qiymətlərə satıldığının şahidi oluruq. Əgər qiymət fərqi varsa, bu, qanunun pozulmasıdır. Ölkə üzrə vahid qiymət tənzimləməsi olduğu halda, buna nəzarət də gücləndirilməlidir ki, sui-istifadə hallarına yol verilməsin”.
Cavidan Mirzəzadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 İyul 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri