Icma.az
close
up
RU
Azərbaycanda ev tikintisi azalır: Səbəb bu imiş

Azərbaycanda ev tikintisi azalır: Səbəb bu imiş

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda ümumi sahəsi 1 milyon 349 min 574.8 kvadrat metr olan 10 282 ədəd yaşayış evi tikilib istifadəyə verilib. 

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 14% və ya 1 664 ədəd azalıb. 

Belə ki, 2023-cü ilin müvafiq dövründə ölkədə ümumi sahəsi 1 milyon 397 min 930 kvadrat metr olan 11 946 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi. Qeyd edək ki, hesabat dövründə tikilib istifadəyə verilmiş bina evlərinin sayı 4 633 ədəd, fərdi yaşayış evlərinin sayı isə 7 313 ədəd təşkil edib. 

Maraqlıdır, yaşayış evlərinin tikintisinin azalmasına səbəb nədir?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, yaşayış evlərinin azalmasına səbəb tikinti materiallarının qiymətinin artmasıdır: 

“Ölkəmizdə yanacağın qiyməti artdıqdan sonra bütün sektorlara olduğu kimi, tikinti sahəsinin qiymətlərinə də təsir etdi. 

Tikinti materiallarının istehsalında və daşınmasında dizel yanacağı çox önəmli rol oynayır. Dizel yanacağının qiymətinin kəskin artması yerli istehsal materiallarının qiymətlərinə önəmli ölçüdə təsir göstərir”. 

O bildirib ki, ölkəmiz böyük ölçüdə tikinti materialları idxal edir:

“Tikinti materiallarını Rusiyadan, Türkiyədən, İrandan, Çindən idxal edirik və yol xərclərinin artması idxal mallarının qiymətinə də təsir göstərir. Xüsusən də Rusiya və Ukrayna arasında müharibə tikinti materiallarının qiymətlərinə böyük ölçüdə təsir etdi”. 

İqtisadçı vurğulayıb ki, işğaldan azad olunmuş bölgələrimizdə çox böyük sürətlə təmir, tikinti işləri gedir: 

“Təmir işlərinə dörd il ərzində təxminən 20 milyard manatdan artıq vəsait xərclənib. Ona görə də tikinti materiallarına tələb artıb. Təbii ki, iqtisadiyyatın qanununa görə tələb artdıqca, qiymət də yüksəlir. Buna görədə mənzil qiymətlərinin artmasının əsas səbəblərindən biri də məhz elə bu tikinti materialları bazarındakı bahalıqdır. Yaxın zamanda qiymətlərin sabitləşəcəyini söyləmək təəssüf ki, mümkün deyil”. 

O qeyd edib ki, tikinti materiallarının ucuzlaşması üçün bəzi tədbirlər görülə bilər:

“Tikinti materiallarının qiymətinin ucuzlaşması üçün öncəliklə yerli istehsala təkan verilə bilər.

Bu, yaxın perespektivdə reallaşa bilməyəcəyindən, sadələşdirilmiş vergi hesabına idxalı artırmaqla buna nail olmaq olar. Belə olan halda ölkəmizdə tikinti materiallarının qiymətləri ucuzlaşar. Yaxud dizel yanacağının qiyməti ucuzlaşarsa, o zaman tikinti bazarnda da 20-25 faiz arası ucuzlaşma ola bilər”. 

Həsən Məmmədov 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:755
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Noyabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri