Icma.az
close
up
RU
Azərbaycanda follikul donorluğu: Nəzarətsizlik ciddi təhlükə yaradır

Azərbaycanda follikul donorluğu: Nəzarətsizlik ciddi təhlükə yaradır

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda bəzi qadınların 700-800 manat qarşılığında follikul (yumurta hüceyrəsi) donorluğu etdiyinə dair məlumatlara rast gəlinir. Sosial şəbəkələrdəki elanlardan görünür ki, belə halların sayı son vaxtlarda daha çox artıb.  Sosial şəbəkələr və bəzi özəl klinikaların reklamlarında bu sahədə təkliflərin çoxalması isə həm genetik, həm hüquqi, həm də etik baxımdan ciddi narahatlıqlar doğurur. Ən önəmlisi isə budur: bu proses nə qanunla tənzimlənir, nə də dövlət nəzarətinə tabedir.

Dövlət nəzarətindən kənarda

Sfera.az məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladı. Qurumdan verilən cavabda bildirilib ki, follikul donorluğu prosedurları TƏBİB-in tabeliyində olan tibb müəssisələrində həyata keçirilmir. Yəni, bu xidmət yalnız özəl klinikalarda aparılır və dövlət nəzarətindən kənarda baş verir.

Qanuni baza yoxdur

Səhiyyə Nazirliyindən isə bildirilib ki, hazırda Azərbaycanda follikul donorluğunu birbaşa tənzimləyən qanun və ya normativ akt mövcud deyil. Qurumun cavabında qeyd olunur:

“Ölkədə orqan və toxumaların transplantasiyasını əhatə edən ümumi hüquqi çərçivə olsa da, mövcud normativ sənədlərdə follikul donorluğuna dair konkret müddəalar yer almır. Bu səbəbdən, belə hallarla üzləşən şəxslərin mütləq hüquqi məsləhət alması tövsiyə olunur”.


Beləliklə, bu proses nə hüquqi çərçivəyə, nə də inzibati nəzarətə tabedir. Nəticədə isə sui-istifadə halları üçün münbit zəmin yaranır.

Ekspert rəyi: "Hüquqi boşluq təhlükəlidir"

Tanınmış səhiyyə eksperti, professor Adil Qeybulla məsələ ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, follikul donorluğu Azərbaycanda mütləq qanunla tənzimlənməlidir:

“Bu sahədə ciddi hüquqi boşluq mövcuddur. İnsanlar maddi ehtiyac səbəbilə bu cür təkliflərə yönəlirlər, lakin nəzarətsizlik həm sui-istifadəyə, həm də gələcəkdə genetik risklərə yol aça bilər. Bu məsələ yalnız tibbi deyil, eyni zamanda etik və hüquqi xarakter daşıyır”.

Professorun fikrincə, donorluq prosesi anonim şəkildə aparılsa belə, bütün əməliyyatlar xüsusi qeydiyyata alınmalı, etnik mənsubiyyət, valideyn razılığı və şəffaflıq təmin edilməlidir:

“Əks halda gələcəkdə genetik mənsubiyyət, hüquqi valideynlik və irsi xəstəliklərlə bağlı ciddi araşdırma ehtiyacları yarana bilər. Bu səbəbdən follikul donorluğu qanunla tənzimlənməli və qeydiyyat sistemi qurulmalıdır”.

Genetik fəlakət riski

Mütəxəssisləri ən çox narahat edən məqamlardan biri də budur: eyni donorun follikulundan istifadə edilməklə müxtəlif ailələrdə uşaqlar dünyaya gəlir və bu uşaqlar gələcəkdə bioloji qohumluqlarını bilmədən evlənə bilərlər. Bu, ciddi genetik təhlükədir və “genetik fəlakət potensialı” kimi qiymətləndirilir.

Kommersiya aləti və nəzarətsizlik

Hüquqi mexanizmlərin olmaması bəzi özəl klinikalara bu prosesi kommersiya alətinə çevirmək imkanı verir. Donorluq əməliyyatlarına dair nə xüsusi lisenziya, nə də nəzarət mexanizmi mövcuddur. Bu isə həm donor qadınların sağlamlığını, həm də gələcək nəsillərin hüquqlarını təhlükə altına alır.

Nəticə: Təcili tənzimlənməyə ehtiyac var

Səhiyyə Nazirliyi və TƏBİB-in cavabları bir daha göstərir ki, Azərbaycanda follikul donorluğu sahəsində ciddi hüquqi boşluq mövcuddur. Mütəxəssislər bu sahənin dərhal qanunla tənzimlənməsini, nəzarət və qeydiyyat mexanizmlərinin tətbiq olunmasını zəruri hesab edirlər.

Hazırda isə bu xidmətlər daha çox fərdi təşəbbüslər və kommersiya maraqları ilə həyata keçirildiyindən, cəmiyyətin genetik təhlükəsizliyi sual altındadır.

Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 İyul 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see236

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see182

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see177

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see159

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri