Azərbaycanda gələn il dövlət investisiya hesabına 169 yeni layihə maliyyələşdiriləcək
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025-ci ildə Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşu hesabına ümumi dəyəri 21,5 milyard manat olan 169 yeni layihənin maliyyələşdirilməsi nəzərdə tutulub.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisi bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu layihələrdən 14-ü yeni, 155-i isə keçid layihələridir.
Bundan başqa, sədr deyib ki, gələn il ümumi dəyəri 798,4 milyon manat olan 85 layihənin başa çatdırılması üçün 267,8 milyon manat vəsait ayrılması planlaşdırılır.
"Bundan əlavə, beynəlxalq qurumlardan layihələrin maliyyələşdirilməsi üçün 895,9 milyon manat vəsait cəlb ediləcək ki, bu da xarici dövlət borcunun artmasına səbəb olacaq”, - deyə V.Gülməmmədov əlavə edib.
Onun sözlərinə görə, 2025-ci ildə dövlət borcuna və öhdəliklərinə xidmət xərcləri üzrə faiz ödənişləri 1,3 milyard manat təşkil edəcək. Bu da, 2024-cü ilə nisbətən 3 dəfə çoxdur.
Sədr borc yükünün artımının fiskal dayanıqlığa təsirini azaltmaq üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 25 Noyabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















