Icma.az
close
up
RU
“Azərbaycanda hələ də qadının rolunu evlə məhdudlaşdıran düşüncələr yaşayır” MÜSAHİBƏ

“Azərbaycanda hələ də qadının rolunu evlə məhdudlaşdıran düşüncələr yaşayır” MÜSAHİBƏ

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəhla İsmayıl: “Qanunda bərabərlik təmin olunub, praktikada isə bu bərabərliyin nəticələrini hər yerdə görmək üçün daha çox sosial dəyişikliklərə ehtiyac var

Son illər Azərbaycanda gender bərabərliyi mövzusu hər zaman öz aktuallığını qoruyub saxlayır. Doğrudur, bəzən bu məsələyə birtərəfli qaydada yanaşılır. Belə ki, “gender bərabərliyi” dedikdə yalnız qadın hüquqları ön plana çəkilir. Halbuki, gender bərabərliyi cəmiyyətin bütün sahələrində, eləcə də şəxsi həyatda kişi və qadına bərabər imkanlar və iştirak hüququnun verilməsi anlamı daşıyır. Bu baxımdan, sözügedən məsələyə məhz insan hüquqlarının qorunması çərçivəsindən yanaşmaq mütləqdir.

Təbii, onu da etiraf etmək lazımdır ki, bir çox ölkələrdə, xüsusilə də müsəlman dövlətlərində qadın hüquqları olduqca məhdudlaşdırıldığından, orada gender bərabərliyi haqda danışmaq mümkün deyil. Buna misal olaraq, Əfqanıstanda qadınların təhsil hüquqlarının yasaqlanmasını, hətta bəzi hallarda onların küçəyə çıxmasının belə qadağan olunmasını göstərə bilərik. Bəs, Azərbaycanda bu sahədə vəziyyət necədir? Bu və ya digər suallara Gender mütəxəssisi, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl ilə müsahibəmizdə cavab tapmağa çalışdıq.

- Azərbaycanda gender bərabərliyi mövzusu hər zaman aktualdır. Doğrudur, bəzən bunu yalnış olaraq qadın hüquqlarının pozulması kimi gündəmə gətirirlər. Halbuki “gender bərabərliyi” dedikdə heç bir cinsi ayrı-seçkilik nəzərdə tutulmur. Siz bu sahədə ölkəmizdəki vəziyyəti necə xarakterizə edərdiniz?

- Azərbaycanda gender bərabərliyi artıq yalnız ekspert müzakirələrinin yox, geniş ictimai şüurun bir hissəsinə çevrilib. Lakin tez-tez bunu sadəcə qadın hüquqları prizmasında dəyərləndirmək yanlış yanaşmadır. Gender bərabərliyi həm qadınların, həm kişilərin eyni imkanlardan faydalanması, sosial və peşəkar həyatda ədalətli iştirakının təmin edilməsidir. Ölkəmizdə qanunvericilik bazası mövcuddur, lakin ən böyük çətinlik gender-əsaslı stereotiplərin gücüdür. Bizdə hələ də qadının rolunu evlə məhdudlaşdıran, kişinin isə əsas qərarverici olduğu düşüncələr yaşayır. Mənzərəni belə ifadə edərdim: qanunda bərabərlik təmin olunub, praktikada isə bu bərabərliyin nəticələrini hər yerdə görmək üçün daha çox sosial dəyişikliklərə ehtiyac var. Məsələn, bu dönüşümü sürətləndirmək üçün uşaq baxımı xidmətlərinin əlçatanlığı, iş yerlərində şəffaf karyera mexanizmləri və kişilərin müttəfiq olaraq prosesə cəlbi kimi praktik addımlar vacibdir.

- Siz Azərbaycanda qadınlara qarşı diskriminasiya siyasətinin həyata keçirildiyi haqda iddiaları qəbul edirsinizmi?

- Mən hesab edirəm ki, Azərbaycanda dövlət səviyyəsində qadınlara qarşı məqsədli diskriminasiya siyasəti yoxdur. Əksinə, bərabərlik üçün hüquqi çərçivə, beynəlxalq sənədlərə qoşulma və strategiyalar mövcuddur. Amma bu, problemin olmadığını göstərmir. Diskriminasiya çox zaman gizli formada üzə çıxır. Məsələn, qadınların işə qəbulunda qeyri-rəsmi qərəz, rəhbər vəzifələrdə qadınların azlığı, qeyri-bərabər əmək bölgüsü və s. Bu, dövlətin rəsmi siyasətindən çox, cəmiyyətin köklü düşüncə tərzindən qaynaqlanır. Əslində, mübarizə aparmalı olduğumuz əsas “siyasət” stereotiplərin siyasətidir. Lakin formal səviyyədə də, əlbəttə ki, müəyyən faydalı təcrübələrdən istifadə etmək lazımdır. Məsələn, işə qəbulda kor skrininq, valideynlik məzuniyyətinin hər iki cins üçün istifadə olunmasını təşviq edən HR qaydaları və anonim şikayət kanalları bu “gizli mexanizmləri” zərərsizləşdirir.

- Bəzən qadınlara qarşı ayrı-seçkilik tətbiq olunduğunu iddia edənlər bunu ölkəmizdə kişilərin qadınlara nisbətən siyasi vəzifələrdə, dövlət sturukturlarında daha çox təmsil olunmaları ilə əsaslandırmağa çalışırlar. Bu haqda siz nə düşünürsünüz?

- Rəqəmlər açıqdır: yüksək vəzifələrdə kişilərin payı daha çoxdur. Mən bunu tək “rəsmi qadağa” kimi yox, illərlə yığılan amillərin nəticəsi kimi görürəm: ictimai-siyasi sahənin “kişi məkanı” kimi təqdim olunması, qayğı yükünün əsasən qadınların üzərində qalması, partiya və media şəbəkələrinə çıxışın zəifliyi, kampaniya mühitində aqressiya və reputasiya riskləri. Nəticədə qadın “istəyirəm” dedikdə belə, resurs, zaman və təhlükəsizlik baxımından daha çox maneə ilə üz-üzə qalır.

Həll yolları da sadə və praktik olmalıdır: partiya daxilində mentorluq və namizədlik inkubasiyası, kiçik start qrantları, debat və efirdə bərabər vaxt, onlayn/oflayn təhqir və təzyiqə qarşı aydın protokollar, kampaniya dövrü üçün uşaq baxımı həlləri, ilkin seçmələrdə şəffaf meyarlar... Üstünə bir də “kişilər müttəfiq kimi” mesajını və uğurlu qadın nümunələrinin görünürlüyünü əlavə etdikdə, risk-dəstək-qayda üçlüyü bərabərləşir. O zaman rəqəmlər də tədricən düzəlir, təmsilçilik real məzmun qazanır.

- Azərbaycanda qadınların çoxluq olaraq siyasi fəaliyyətdən kənarda qalması nə ilə əlaqədardır? Bu, onların seçimidir, yoxsa buna imkan verilmir?

- Mənim cavabım belədir: həm seçim, həm də məhdudiyyət var. Bir çox qadın siyasəti çox riskli, emosional təzyiqlərlə dolu və ailə həyatına mane olan sahə kimi görür. Bu, onların öz seçimidir. Amma bu seçimin arxasında real məhdudiyyətlər də dayanır: ictimai mühitin aqressivliyi, partiyadaxili dəstəyin azlığı, maliyyə və resurs çatışmazlığı, ictimai qınaq qorxusu. Ona görə də qadınların siyasətdə iştirakı “istəmirəm”lə bitmir, “istəyə bilərdim, amma imkan verilmir” hissi də güclüdür. Həqiqi seçim yalnız o vaxt mümkündür ki, qadın da, kişi də eyni imkanlara və dəstəyə malik olsun.

- BMT-nin 185 ölkənin imzaladığı, qadınlara qarşı diskriminasiyanın bütün formalarının aradan qaldırılması haqqında konvensiyası mövcuddur və bu haqda müəyyən proqramlar həyata keçirilir. Bu sənəd əksər ölkələrdə bu problemin hələ də mövcud olduğunu təsdiq etmirmi?

- Əlbəttə, CEDAW Konvensiyası hələ də bu məsələnin qlobal miqyasda problem olduğunu göstərir. Əgər problem tam aradan qalxmış olsaydı, dövlətlər belə bir sənədə ehtiyac duymazdı. Ancaq bu sənədin mövcudluğu həm də dövlətlərin məsuliyyət götürməsi deməkdir. Konvensiya bir kompas rolunu oynayır – ölkələrə hüquqi, institusional və sosial dəyişikliklər üçün yol göstərir. Azərbaycanda da bu istiqamətdə hesabatlılıq və monitorinq öhdəlikləri var. Əsas məsələ odur ki, bu öhdəliklər kağız üzərində qalmasın, real praktik nəticələr doğursun.

- Sizcə, ölkəmizdə təhsilin inkişafı gender bərabərliyi sahəsində mövcud olan problemlərin həllinə müsbət təsir göstərə bilərmi?

- Təhsil bərabərliyin açarıdır. Məktəbdən başlayaraq qızlara və oğlanlara eyni imkanlar verdiyimiz halda gələcəkdə bərabər təmsilçilik də təmin oluna bilər. Dərslik və tədris materiallarında qadın və kişi obrazlarının dil, məzmun və illüstrasiya baxımından balanslı təqdimatı uşaqlarda bərabər baxış formalaşdırır. Bu prosesdə müəllim hazırlığı həlledicidir – müəllimlərə genderə-həssas pedaqogika, sinifdaxili ünsiyyətdə dilin seçimi və qiymətləndirmədə qərəzin tanınması üzrə praktiki təlimlərin keçirilməsi ilk addımlardandır. Universitetlərdə isə qızların STEM sahələrinə, oğlanların isə sosial-humanitar sahələrə yönləndirilməsi gender rollarını dar çərçivədən çıxarır. Təhsil həm bilik, həm də motivasiya verir. Yəni təhsil zəncirinin hər halqasında bu mexanizmlər işlədikcə, gender bərabərliyi abstrakt niyyət yox, gündəlik həyatda hiss olunan bir standarta çevrilir və gender bərabərliyi məsələsində cəmiyyətin müqaviməti təbii formada azalır.

“Hürriyyət”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Sentyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri