Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Azərbaycanda boşanmaların sayı niyə artır? MÜSAHİBƏ

Azərbaycanda boşanmaların sayı niyə artır? MÜSAHİBƏ

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Mehriban Zeynalova: “İnformasiya çoxluğu ailə münasibətlərini  tənzimləməyə imkan vermir...”

“Biz hadisələrin kökünə enməli və boşanma hallarının qarşısını almaq üçün müvafiq hüquqi və sosial mexanizmlər yaratmalıyıq”

Rəsmi statistik rəqəmlərə görə, Azərbaycanda ailə quranların təxminən 3,1 faizi boşanır. Bu, olduqca ciddi problemdir və ölkəmizdə ailə inistitunun getdikcə sarsıldığının göstəricisi hesab oluna bilər. Üstəlik, onu da nəzərə alsaq ki, real faktlar rəsmi rəqəmlərdə əks olunanlardan hər zaman çox olur, deməli, boşanma ilə bağlı mənzərə daha acınacaqlıdır.

Əlbəttə, ailə cəmiyyətin və dövlətin təməlini təşkil edir. Ailə bağlarının qopmasının əsas səbəbləri kimi sevgi və qarşılıqlı anlaşmanın olmaması, insanların fərqli maraq və düşüncələrə malik olması, xəyanət, maddi problemlər, ailədə inamsızlıq, kənar şəxslərin (valideynlər, yaxın qohum-əqrəba) ailəyə etdiyi müdaxilələr və s. amilləri qeyd edə bilərik.

Bildiyiniz kimi, Avropada boşanmaların qarşısının alınması və bu səbəbdən günbəgün sayı çoxalan məhkəmə çəkişmələrindən xilas olmaq üçün “Vətəndaş nigahı” deyilən bir metod tətbiq olunmaqdadır. Hansı ki, insanlar bir müddət birgə yaşadıqdan sonra, artıq rəsmi evlilik haqqında qərar verirlər. “Vətəndaş nigahı”nda yaşadıqları müddətd bir-birilərini az-çox tanıdıqlarından, belə cütlüklərin rəsmi nigaha daxil olduqdan sonra ayrılma halları çox az olur. Əlbəttə, bizim milli-mənəvi dəyərlər nigahdankənar birgə yaşayışı istisna edir. Amma, bir halda ki, ölkəmizdə boşanma hallarının sayı sürətlə azalır, bu problemdən çıxış yolu haqda düşünmək mütləqdir. Ən azı yersiz məhkəmə çəkişmələrinin sayını azaltmaq məqsədilə müəyyən metodlar tətbiq etmək olar...

Məsələyə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə müsahibəmizdə cavab tapmağa çalışdıq.

- Mehriban xanım, ilk olaraq Azərbaycanda boşanma hallarının surətlə artmasının səbəbləri haqda fikrinizi bilmək istərdik?

- Bəli, son zamanlar boşanma halları  çox narahatçılıq doğurur. Boşanmalarla bağlı kifayət qədər məlumatlar alırıq və tərəflərin bir-birinə münasibətində dözümsüzlüyü müşahidə edirik. Amma təbii ki, bütün bu münasibətlərə təsir edən amillər də var və bu amillər bir deyil, çoxdur. Məsələn, kifayət qədər informasiya çoxluğu insanı o qədər gərginləşdirir ki, ailə münasibətlərini  tənzimləməyə imkan vermir.

Qıraqdan bəlkə də qəribə görünə bilər ki, informasiya ilə ailə münasibətləri necə bağlı ola bilər?! İnformasiyanın müxtəlifliyi və informasiyanın filtrdən keçirilə bilməməsi ailə münasibətlərinə çox təsir göstərir. Məsələn, müxtəlif məsləhətlər, müxtəlif yazılar. Bunları şəxslər öz üzərinə götürür, öz üzərində onu müqayisə edir və onu tətbiq etməyə çalışırlar. Bu cür məsələlər ailə münasibətlərinə təsirsiz ötüşmür.

Ənənəvi olaraq ailələrə müdaxilələr də var. Bilirik ki, Azərbaycanda gənc ailələrdə, ümumiyyətlə gənc olmasa belə, ənənəvi münasibətdir ki, ailə daha çox sosial və iqtisadi baxımdan ölçülür. Ənənəvi olan bir hal da var ki, ailə münasibətlərində ailə büdcəsi ailənin böyükləri - valideynlər tərəfindən idarə olunur. Bu isə bir çox hallarda iqtisadi asılılıq yaradır. Və ya ailənin iqtisadi gücü olmadığından, böyüklərin - valideynlərin iqtisadi basqısı altında qalırlar. Bu isə valideynlərə  ailəyə nəzarət etmək və öz istəklərini həyata keçirmək üçün fürsət verir. Onlar öz tələblərini irəli sürür, ailənin onların iradəsinə uyğun idarə olunmasına çalışırlar. Əksər hallarda bu, ifrat təzyiq formasında özünü göstərir və nəticədə problemə çevrilir.

Bəzən də insanlar bərabərliklə bağlı razılaşsalar da əməlləri fərqli olur. Məsələn, kişilər arasında keçirdiyim sorğuda onlar bərabərliyin tərəfdarı olduqlarını deyirlər. Bildirirlər ki, bəli, biz ailədə bərabərlik istəyirik. Lakin müəyyən mənada qadının bütün hərəkətlərini, münasibətlərini təftiş edir, öz istədikləri kimi davranmasını tələb edirlər. Bu da ondan irəli gəlir ki, ailə quran şəxslər əksər hallarda münasibətlərin necə tənzimlənəcəyini əvvəlcədən oturub müzakirə etmirlər.

Mən həmişə deyirəm ki, insanlar bir-birində ideal obraz yaradırlar, lakin sonradan real obrazı qoruyub saxlaya bilməyəndə tərəflər arasında anlaşılmamazlıq yaranır, gözləntilər üst-üstə düşmür.

Boşanmalara səbəb kimi iqtisadi çətinliklər də göstərilə bilər. Təbii ki, sosial və iqtisadi çətinliklər də olur. Psixoloji münasibətlər də önəmlidir. Məsələn, əvvəldən qeyd etdiyim dözümsüzlük, bir-birinə güzəşt etməmək, bir-birini dinləməmək, eqoların toqquşması — bütün bunlar ailə münasibətlərinə öz təsirini göstərir.

- Bir sıra ekspertlər sosial iqtisadi vəziyyətin ağırlığı ilə yanaşı, əxlaqsızlığın geniş yayılmasının da boşanma hallarına ciddi təsir göstərdiyini iddia edirlər. Bu fikirlərlə razısınızmı?

- Mən, sosial-iqtisadi amillərlə bağlamıram. Adətən ideoloji amillər və boşluqlar bir çox hallarda öz təsirini göstərir. Məsələn, ekspertlər sosial-iqtisadi vəziyyətin ağırlaşmasının əxlaqsızlığın yayılmasına təsir etdiyini vurğulayırlar. Mən isə daha çox düşünürəm ki, ideoloji boşluqlar —xüsusilə ailə ilə bağlı ideoloji boşluqlar — kifayət qədər ciddi təsir göstərir.

Ailənin öz ideoloji proqramı, özünəməxsus ideoloji yanaşması olmalıdır. Məsələnin əsas mahiyyəti ondadır ki, insanlar köhnə adət-ənənələrlə idarəetməyə çalışır, lakin yeni qanunlara tabe olmaq istəmirlər. Bu isə ciddi şəkildə aqressiya yaradır və öz mənfi təsirini göstərir.

O ki qaldı əxlaq məsələsinə, bu, birmənalı deyil, çoxşaxəlidir. Yəni məsələ ondadır ki, iqtisadi-sosial problemlər əxlaqsızlıq üçün şərait yaratmır. Böyük Vətən Müharibəsi dövründə insanlar daha böyük iqtisadi-sosial problemlər yaşamışdılar. Amma ailələrin daha ağır durumda olmalarına baxmayaraq, möhkəm idilər, daha etibarlı, daha sadiq idilər. Məsələn, anam danışır ki, həmin dövrdə “jımıx” belə yeyirdik, amma ailələrdə bir sadiqlik var idi.

Demək istəyirəm ki, bunun bir tərəfi ideoloji amillə bağlıdır. İkinci tərəfi isə təklifin çoxluğudur. Reklamlar, televiziya verilişlərindəki çıxışlar... Əslində, ona çağırış da demək olar. Və yaxud “TikTok”-un açılması... Demək, biz ideoloji olaraq daha çox iş görməliyik və bu ideoloji boşluq həmin əxlaq məsələlərinə öz təsirini göstərir. İnsanlar ideologiyanı ancaq siyasi amil kimi bilirlər, amma ailə ideologiyası fərqli ideologiyadır və o düz xətt üzrə inkişafa doğru getməlidir. Yalnız düz xətlə qalmamalı, dayanıqlı və hansısa təsirlərə müqavimət göstərmək gücünə sahib olmalıdır. Və bu güc həmin ideologiyanın kökündə dayanmalı, o gücü verməlidir.

 Təəssüf ki, ətrafda qıcıqlandırıcı, cəlbedici çoxsaylı təsirlər var və tələb artır. Tələbə uyğun təklif formalaşır. Bu da daha çox qadınların təsirsizliyinə, məlumatsızlığına, hazırlıqsızlığına, o cümlədən də kişilərin ailələrində bu mövzuda söhbət etməməsinə səbəb olur. Əvvəlcədən ailə quranda münasibətlər elə qurulmalıdır ki, tərəflər bir-birindən gizli heç nə saxlamasın və bunlar gizli baş verməsin.

İndi ailəyə əvvəlki illərdən daha çox diqqət yetirmək lazımdır. Məsələn, ailə münasibətlərində bir model var idi: kişi işləyirdi, qadın evdə idi və ailə üzvləri bir-birinə dəstək olurdu. İndi kifayət qədər kənar təsirlər var və kişinin qadına diqqəti daha çox artmalıdır ki, o, həmin təsirlərə aludə ola bilməsin. Bu diqqət o demək deyil ki, bahalı hədiyyələr alınmalı və ya maraqlı gəzintilər təşkil olunmalıdır. Yox, bu, sadəcə onun varlığına, əhəmiyyətinə diqqət yetirməkdir. Bu, mənə elə gəlir ki, indiki dövrdə həm kişilərə, həm qadınlara daha çox tövsiyə olunası məsələdir.

- Adətən cəmiyyətdə boşanmaların sayının artması ilə bağlı insanların sosial şəbəkələrdə daha çox vaxt keçirməsi, qeyri-etik paylaşımlar etməsi və s. səbəb olaraq ortaya atılır. Sizcə, bu, nə üçün məhz bizim ölkədə qabarıq şəkildə özünü göstərir?

(Ardı var)

“Hürriyyət”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 May 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see394

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see351

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see326

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see282

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see279

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see265

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see250

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see230

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see230

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see225

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see221

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see221

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see220

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see219

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see213

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see207

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see205

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see194

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see190

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri