Icma.az
close
up
RU
Ənənələrimiz hələ də yaşayır Azərbaycanda Novruz bayramı

Ənənələrimiz hələ də yaşayır Azərbaycanda Novruz bayramı

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

Novruz bayramı Azərbaycan xalqının tarixində yalnız mövsüm dəyişikliyinin deyil, həm də mənəvi yenilənmənin, birliyin və bərəkətin simvolu kimi xüsusi yer tutur.

Minilliklərin dərinliyindən gələn bu bayram insanların təbiətlə harmoniyasını, toplumun bir araya gəlmək ehtiyacını və milli kimliyin davamlılığını ifadə edir.

Novruzun hər bir elementi  bir xalqın yaddaşını formalaşdıran mədəni kodların daşıyıcısıdır.

Müasir dövrdə isə Novruz sadəcə qədim adətlərin xatırlanması deyil, həm də sosial dinamikanın, dəyişən yanaşmaların və yeni nəsillərin bayrama baxışının bariz göstəricisinə çevrilib.

Şəhər mühitinin sürətlənməsi, ailə modelinin transformasiyası, turizm və xidmət sektorunun genişlənməsi kimi faktorlar Novruzun keçirilmə tərzinə təsir edir. Bu da bayramın həm ənənəvi, həm də modern çalarlarla zənginləşməsinə gətirib çıxarır.

Bugün Novruz cəmiyyət üçün həm mədəni irsin qorunması, həm də yeni dövrün sosial reallıqları fonunda bayram dəyərlərinin necə yaşadıldığına dair mühüm sualları gündəmə gətirir. Elə buna görə də Novruzun mahiyyətini və onun müasir dövrdə necə dəyişdiyini araşdırmaq aktualdır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən tarixçi Boran Əziz deyib ki, xalqımızın tarixində xüsusi yeri olan ən mühüm bayramlardan biri Novruzdur:

"Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərini özündə birləşdirən ən qədim mərasimlərdən sayılır. Bayramın mahiyyəti həm mürəkkəbdir, həm də məzmun baxımından çoxqatlıdır. İnsanlığın odla ilkin təmasından başlayaraq bu günə qədər formalaşan ənənələr tarixi inkişafın müxtəlif mərhələlərində dəyişmiş, lakin hər zaman xalqımızla sıx bağlı olmuşdur".

Onun sözlərinə görə, novruz təkcə Azərbaycanda deyil, bir çox türk dövlətlərində də geniş qeyd olunur:

"Bu bayramı dinlə əlaqələndirmək isə doğru yanaşma deyil. Bəziləri Novruzu islamla bağlamağa çalışsa da, odla bağlı ritualların kökü eramızdan əvvəlki paleolit dövrünə gedib çıxır. O zaman insanlar odun süni əldə edilməsindən əvvəl ona müqəddəs varlıq kimi baxırdılar. Oddan tullanma, odun üzərində yemək bişirmə kimi ənənələr insanın antropoloji inkişafına da təsir etmişdir".

"Xalq yaddaşımızda da od və ocaq anlayışının xüsusi yeri var. Hələ də ağır hadisələr zamanı “ocağı söndü” ifadəsinin işlədilməsi, çətinliyə düşəndə “filankəsin ocağına gedək” deməyimiz qədim inancların şüuraltımızda yaşadığını göstərir. Ocağın sönməsi fəlakət kimi qəbul edilib və bu düşüncə dinlərdən daha qədim dövrlərə dayanır. Oda sitayiş də məhz bu inanclardan qaynaqlanırdı",- tarixçi vurğulayıb.

Həmsöhbətimiz bildirib ki, Novruzun izlərinə xalq ədəbiyyatında da geniş şəkildə rast gəlinir:

"Divani Lüğət-it-Türk", "Qutadğu Bilik", Ömər Xəyyamın “Novruznamə”si, eləcə də "İsgəndərnamə" kimi mənbələrdə bu bayramla bağlı maraqlı məlumatlar yer alır. Orta əsrlərdə isə Övliya Çələbinin Azərbaycana etdiyi üç səyahət zamanı Novruzun müxtəlif bölgələrdə qeyd olunma formaları təsvir edilmişdir".

Boran Əziz: Elmdə bayramın mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur

Tarixçi onu da söyləyib ki, Novruz qış və yazın bərabərləşdiyi gün kimi astronomik baxımdan da qədimliyə malikdir:

"Elmdə bayramın mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Hətta onu əkinçiliyin başlanğıcı və torpağın oyanması ilə əlaqələndirən yanaşmalar geniş yayılmışdır. Kosa-Kosa oyunu və digər mərasim elementləri də bu bayramın ayrılmaz hissələridir. İşğal dövründə xalqımız Novruzu ürəkdən qeyd edə bilmirdi. Torpaqlarımızın işğalda olduğu illərdə geniş bayram şənliklərinin keçirilməsi çoxlarına yaraşmırdı. Lakin 44 günlük Vətən müharibəsində Zəfərdən və antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu gündən etibarən Novruz bayramı daha böyük mənəvi yük, xüsusi ruh yüksəkliyi ilə qeyd olunur".

Sonda müsahibimiz vurğulayıb ki, Novruzun yaddaşlarda daim yaşadılması mühüm əhəmiyyət kəsb edir:

"Bu il isə bayramın Ramazan ayına təsadüf etməsi nadir tarixi uyğunluqdur və həm dini, həm də milli dəyərlərin bir arada qeyd olunması üçün gözəl fürsət yaradır. Bu Tanrı lütfünü birlik və həmrəylik üçün dəyərləndirmək hər birimizin borcudur".

Aparılan araşdırmalar və mütəxəssis rəyləri bir daha göstərir ki, Novruz bayramı sadəcə təqvim hadisəsi deyil, xalqın yaddaşında, düşüncəsində və gündəlik həyatında öz dərin izini qoymuş milli-mənəvi dəyərdir. Bu bayramın əsrlər boyunca qorunub saxlanması, müxtəlif dövrlərin sınaqlarından keçərək bu günə qədər gəlib çatması onun cəmiyyət üçün nə qədər vacib olduğunu sübut edir. Müasir dövrdə Novruz həm ənənələrin yaşadılması, həm də yeni sosial reallıqlar fonunda dəyərlərin necə qorunduğunu göstərən güzgüyə çevrilib. Qədim ocaq kultundan tutmuş yazın gəlişinə qədər, Kosa-Kosa oyunundan süfrə ənənələrinə qədər bütün elementlər bu bayramın nə qədər dərin qatlara malik olduğunu nümayiş etdirir.

Bu il Novruzun Ramazan ayı ilə üst-üstə düşməsi isə onu həm mənəvi, həm də ictimai baxımdan daha da xüsusi edir. Bu uyğunluq insanların birliyini, həmrəyliyini və paylaşma mədəniyyətini daha güclü şəkildə ortaya qoyur. Novruz bayramı xalqımız üçün təkcə bir ənənə yox, həm də milli kimliyimizin dəyişməz rəmzidir. Onun yaşadılması, gənc nəsillərə ötürülməsi və cəmiyyət həyatında qorunması bizim həm tariximizə, həm də gələcəyimizə olan hörmətimizin ifadəsidir.

Novruz bayramının müasir dövrdə daşıdığı mənanı dəyərləndirərkən aydın görünür ki, bu bayram artıq yalnız təbiətin oyanışı ilə bağlı qədim ənənələrin davamı deyil, həm də cəmiyyətin sosial-mədəni inkişafını əks etdirən mühüm fenomenə çevrilib. Şəhər həyatının sürətlənməsi, ailə modelinin dəyişməsi, turizm və xidmət sektorunun genişlənməsi kimi faktorlar Novruzun keçirilmə tərzinə yeni çalarlar əlavə edir. Digər tərəfdən, Qarabağın azad olunmasından sonra bu bayramın milli yaddaşda yaratdığı sevinc və birliyə çağırış daha da güclənib. Novruz həm mədəni irsimizin qorunması, həm də yeni nəsillərin milli kimliklə bağlı duyğularının formalaşması baxımından əvəzolunmaz dəyər olaraq qalır.

Əli Hüseynov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:458
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Mart 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri