Icma.az
close
up
RU
Azərbaycanda vətəndaş cəmiyyətinin mövcüd durumu MÜSAHİBƏ

Azərbaycanda vətəndaş cəmiyyətinin mövcüd durumu MÜSAHİBƏ

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Əliməmməd Nuriyev: “Əgər biz dəyişiklik istəyiriksə, ilk növbədə özümüzü dəyişməliyik”

“Əgər ölkəmizdə vətəndaş cəmiyyəti daha güclü olmalıdırsa, bunun üçün ilk növbədə sosial şüur dəyişməlidir”

Hər bir dövlətin inkişafında vətəndaş cəmiyyətinin özünəməxsus rolu vardır. “Vətəndaş cəmiyyəti” dedikdə dövlət və kommersiya fəaliyyətinə nisbətən müstəqil olan ayrı-ayrı fərdlərin və qrupların öz maraqları və dəyərləri naminə əməkdaşlıq etdiyi ictimai sfera nəzərdə tutulur. Yəni vətəndaşların öz şəxsi təşəbbüskarlıqları ilə yaratdıqları qeyri-dövlət müəsisələri, icarə kollektivləri, aksioner təşkilatlar, korporasiyalar və digər könüllü ictimai birliklər nəzərdə tutulur.

Vətəndaş cəmiyyəti dövlət qurumlarından asılı olmayan, lakin müvafiq rəsmi təşkilatlarla bu və ya digər şəkildə əməkdaşlıq edən ictimai sfera kimi hüquqi dövlət quruculuğuna, cəmiyyətin inkişafına töhfə verir. Heç də təsadüfi deyil ki, Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafına böyük dəstək göstərir, bu sferanın genişlənməsi naminə mütəmadi olaraq qrand layihələri elan edir.

O cümlədən, müxtəlif sahələri əhatə edən ictimai birliklərin sayının son zamanlar surətlə artması da, bu sahəyə dövlət qayğısının bariz nümunəsi hesab oluna bilər. Bəs, bu gün vətəndaş cəmiyyəti nümayəndələrinin özləri bu haqda nə düşünür? Onlar dövlətin bu sahəyə dəstəyini yetərli hesab edirlər?

Bu və ya digər suallarımıza Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyevlə söhbətimizdə cavab tapmağa çalışdıq.

- Əliməmməd bəy, ilk olaraq Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyəti, mövcüd durumu haqda fikirlərinizi bilmək istərdik?

- Doğurdan da çox maraqlı sualdır. Belə desək, “Azərbaycanda vətəndaş cəmiyyəti hardan gəlir və hara gedir”? “Vətəndaş cəmiyyəti” anlayışı çox vaxt rəsmi qurumların hüzurunda bu cür düşünülür, deyirlər ki, QHT-lər, media, müxtəlif ictimai birliklər… Amma, əslində, bu, sadəcə qurumlardan ibarət deyil… Vətəndaş cəmiyyəti bizim gündəlik həyatımıza necə təsir edir, biz bir-birimizlə necə münasibət qururuq, dövlətlə olan əlaqəmiz necə formalaşır və s. bütün bunlar vətəndaş cəmiyyətinin əsas göstəriciləridir.

Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması uzun və mürəkkəb bir prosesdir. Bizim tariximizdə güclü dövlətçilik ənənəsi var. Bu, həm müsbət tərəfdir, həm də müəyyən çətinliklər yaradır. Dövlətin həmişə dominant olması insanların fərdi təşəbbüslərinə yer açmaqda çətinlik çəkməsinə səbəb olur. Yəni bizdə ənənəvi olaraq problemlərin həlli üçün daha çox dövlətdən gözləmək vərdişi var. Deyirik ki, hər şeyi dövlət həll etsin. Bu isə vətəndaş cəmiyyətinin inkişafına mane olur.

Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti müxtəlif çağırışlarla üzləşir. QHT-lər və media, digər ictimai qurumlar fəaliyyət göstərsə də, hələ geniş kütlələrin prosesdə aktiv, fəal iştirakı hiss olunmur. İnsan hüquqlarını müdafiə etməkdə, ictimai maraqlarla bağlı müzakirələrə qoşulmaqda biraz ehtiyatlı davranırlar, belə desək, çəkinirlər. Halbuki, ictimai maraqların qorunması - bütövlükdə cəmiyyətdə mövcud olan problemlərin aşkar edilməsi və problemin həllinə uyğun təkliflərin verilməsi ilə nəticələnir. Bu da dövlətin vətəndaş mərkəzli siyasətinin formalaşmasına böyük dəstək verir. Əlbəttə, bu, bir tərəfdən tarixi faktorlarla bağlıdırsa, digər tərəfdən, gündəlik qayğıların çoxluğu da buna təsir göstərir.

Bəzən vətəndaş cəmiyyəti xaricdən maliyyələşən təşkilatlarla və ya dövlətdən asılı olan ünsürlərlə assosiasiyaolunur. Bizdə ya deyirlər ki, vətəndaş cəmiyyəti xaricdən maliyyələşir, ya da dövlətdən tam asılı vəziyyətdədir. Ancaq ideal vətəndaş cəmiyyəti nə dövlətin tam nəzarətində, nə də xarici təsirlərlə bağlı olmamalıdır. Çünki bunun yeganə məqsədi cəmiyyətdə mövcud olan problemləri aşkar etmək, təqdim etmək, şəffaflıq və nəzarətin, belə deyək, geniş miqyasda təcəssüm etməsinə dəstək verməkdir. Yəni vətəndaş cəmiyyəti bütövlükdə cəmiyyətin içindən doğmalı, insanların öz həyatlarına təsir etmək istəyindən qaynaqlanmalıdır. Yəni biz öz həyatımızı necə dəyişmək istəyirik? Gələcəyə baxışımız nədən ibarətdir? Nəyi dəyişə bilərik?..

- Bəs, necə etməliyik ki, Azərbaycanda vətəndaş cəmiyyəti daha güclü olsun?

- Əgər Azərbaycanda vətəndaş cəmiyyəti daha güclü olmalıdırsa, bunun üçün ilk növbədə sosial şüurun dəyişməsi lazımdır. Yəni baxışlar dəyişməlidir. İnsanlar öz hüquq və maraqlarını qorumalı, yalnız dövlətdən asılı olmadığını anlamalıdır. Bütün məsələlərdə hər şeyi dövlətin üzərinə qoymaq və “dövlət bu məsələlərdə məsuliyyətli olmalıdır”, - demək doğru yanaşma deyil. Məsuliyyətin bölüşməsi çox vacibdir. Əgər vətəndaş cəmiyyəti inkişaf etmək, bütövlükdə əsas seqmentlərdən birinə çevrilmək istəyirsə, cəmiyyətdə daha çox təşəbbüslər etməli və insanlar bir-biri ilə daha aktiv ünsiyyətdə olmalıdır. Eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafı üçün iqtisadi faktorlar da önəmlidir. Burda ən vacib məsələlərdən biri də orta sinfin, orta təbəqənin güclü olması məsələsidir. İstər-istəməz ictimai fəallığı daha da gücləndirə bilər, maddi qayğılar azaldıqca insanlar ictimai proseslərdə iştirak etməyə daha çox maraq göstərəcəklər. Ona görə də cəmiyyətin sürətli, dinamik iqtisadi inkişafı nəticəsində, şübhəsiz, insanlar ictimai proseslərdə iştiraka daha çox maraq göstərəcək, daha çox onun bir hissəsi olmağa çalışacaq. Bundan əlavə, hazırda texnologiya sosial mediada yeni imkanlar yaradır. Bütövlükdə cəmiyyət üçün, o cümlədən vətəndaş cəmiyyəti üçün də. Əvvəllər mətbuat və televiziya əsas informasiya vasitəsi idisə, indi sosial şəbəkələr və rəqəmsal platformalar insanlara daha geniş ifadə azadlığı verir. Burada əsas məsələ bu imkanların necə istifadə edilməsidir. Əgər insanlar yalnız şikayət etmək üçün yox, həqiqətən problemlərinin həllini tapmaq üçün bir araya gələrsə, vətəndaş cəmiyyəti güclü və real şəkildə hiss olunacaqdır.

- Bəs necə edək ki, vətəndaş cəmiyyəti inkişaf istiqamətini daha da genişləndirsin?

- Azərbaycan vətəndaş cəmiyyəti hələ inkişaf yolundadır. Nə tamamilə məhdud, nə də tamamilə müstəqildir. Ancaq bir şey aydındır ki, prosesin necə davam edəcəyi bizim cəmiyyətin - fərdlərin, təşkilatların əlindədir. Əgər biz dəyişiklik istəyiriksə, özümüz dəyişiklik etməyə başlamalıyıq. Yəni özümüzdən başlamalıyıq. Bu gün də əsas sual ondan ibarətdir ki, biz ictimai proseslərdə nə qədər iştirak etməyə hazırıq?! Bax, bu suala cavabımız vətəndaş cəmiyyətinin gələcəyini müəyyən edəcəkdir. Yəni məhz bu sual vətəndaş cəmiyyətinin gələcəyini müəyyən edən əsas faktordur. Çünki vətəndaş cəmiyyəti rəsmi təşkilatlardan və inistitutlardan ibarət deyil. Onun əsas dayağı insanların fəallığı, təşəbbüskarlığı, ictimai proseslərə münasibətlərimizdir. Əgər biz yalnız şikayət etməklə kifayətlənib, amma dəyişiklik üçün heç bir təşəbbüs göstərmiriksə, bu zaman vətəndaş cəmiyyəti passiv olacaqdır. Ona görə də təkcə şikayət etməməliyik. Azərbaycan cəmiyyətinin indi hər tərəfinə baxırsan - yalnız şikayət və şikayətdir. Bu problemlər nədən qaynaqlanır, nədir, bunun həlli üçün hansı təkliflər verilməlidir?.. Kiçik bir addımdan başlamalıyıq. Bir problemi gündəmə gətirməliyik, cəmiyyətin inkişafına təkan verməyə çalışan insanlar da bu cəmiyyətin dirçəlişinə təkan vermiş olurlar. Soruşmalıyıq, öz haqqımızı müdafiə etmək üçün nə etməliyik? Doğru-düzgün müraciət edə bilirikmi? Problemi doğru-düzgün dərk edib, onun həlli istiqamətində addımlar atmağa çalışırıqmı? Cəmiyyətin inkişafına təpər vermək üçün hansı təşəbbüslər irəli sürürük? Yalnız müşahidəçi oluruq, yoxsa həqiqətən real iştirakçı?... Bug ün Azərbaycan cəmiyyətində real iştirakçılar yoxdur. Düzdür, müəyyən təşəbbüslərimiz var, amma bütövlükdə real iştirakçılıq məsələsində hələ irəliyə gedə bilməmişik. Doğrudur, bir çox institusional sturukturlar və ictimai şuralar yaradılmaqdadır. Bu, real iştirakçılıq formalarından biridir. İctimai dinləmə, ictimai müzakirələr təşkil edirik, amma bir çox hallarda buna da etik yanaşa bilmirik, nəinki real yanaşma. Ona görə də biz səmimi olaraq suallarımıza cavablar axtarmalıyıq ki, vətəndaş cəmiyyətinin hansı vəziyyətdə olduğunu və hara getdiyini daha yaxşı anlayaq. Məsələ təkcə dövlətin islahatlar aparması deyil, həm də bizim nə qədər aktiv olmağımızdadır. Bir çox hallarda təşəbbüslər aşağıdan gəlməlidir. Vətəndaş cəmiyyətini gücləndirən əsas faktor budur. İnsanlar öz gələcəklərinə biganə qalmamalıdır. Qeyd edim ki, bir neçə il əvvəl bir ölkədə seçki gedirdi və orada “biz bunu bacaracağıqmı” sualı qoyulmuşdu. İndi əgər biz də bunu bacarsaq, öz gələcəyimizə biganə qalmasaq, o zaman doğurdan da güclü bir vətəndaş cəmiyyətinə nail ola biləcəyik.

(Ardı var)

“Hürriyyət”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Mart 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see299

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see263

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see233

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see213

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see157

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see148

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see142

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see141

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see140

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see137

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see136

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see130

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see130

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see128

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see127

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see126

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see126

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see121

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see120

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri