Icma.az
close
up
RU
“Azərbaycanda hücumçu yoxdur” Ekspert millini TƏNDİQ ETDİ

“Azərbaycanda hücumçu yoxdur” Ekspert millini TƏNDİQ ETDİ

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə Azərbaycan milli komandası yenə məğlub olub. 

Yığmamız ötən gün Dünya Çempionatı 2026-nın seçmə mərhələsi çərçivəsində 5-ci tur matçında İslandiya ilə qarşılaşıb. Millimiz “Neftçi Arena”da keçirilən matçda 2-0 hesabı ilə məğlub olub.  Artıq millimizin məğlubiyyəti ənənə halını alıb. Hətta oyun başlamadan belə, onun məğlub olacağı barədə danışılır. 

Çünki meydanda mübarizə aparan futbolçularımızın bir-birilə anlaşa bilməməsi, düzgün pas atma və son vuruşu endirmədə yaşadıqları problemlər açıq şəkildə gözə çarpır. Görünən odur ki, millimizdən qələbə gözləntilərimiz hələ uzun müddət davam edəcək... 


“CBC Sport” telekanalının aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan milli komandasını tamamilə yeniləmək lazımdır: 

“Milli komandanın inkişafını istəyiriksə, ən aşağı yaş kateqoriyasından başlamalıyıq. Belə etsək, 4-5 ildən sonra yığmamızda nəyəsə ümid edə bilərik. Əslində, hazırda millimizdə önəmli və istedadlı futbolçular var. Sadəcə olaraq onları bir sistem və oyun planı əsasında oynatmaq mümkün deyil. 

Ayxan Abbasov millidə də “Şamaxı”da tətbiq etdiyi modeli oynatmaq istəyər. Yəni məsafəni dar saxlayaraq, rəqibə daha yaxın oynayaraq, onların daha geniş zona tapmalarına imkan yaratmamaq və müdafiə arxasına atılan toplarla təhlükəli epizodlar yaratmaq taktikasından istifadə edir. Lakin Azərbaycan milli komandasının oyunçu profili bu oyun planına uyğun deyil”. 

Ekspert qeyd edib ki, əslində Ayxan Abbasov İslandiya ilə matçda nələrsə etmək istədi: 

“Buna baxmayaraq, mövqelərarası məsafələrdə ciddi boşluqlar var idi. Məsələn, öz komandasında heyətə düşə bilməyən futbolçular millidə əsas heyətdə başlayırlar. Bu da təəccüblə qarşılanır. Eyni zamanda, öz klubunda mütəmadi oynayan və oyun praktikası olan futbolçulara kifayət qədər şans verilmir. 

Görünür, yığmada performansa görə deyil, adlara görə əsas heyət formalaşır. Ancaq Ayxan Abbasov “Şamaxı”da adlara deyil, performansa görə heyət qurduğu üçün uğurlu olur. Millidə adlara üstünlük verdiyi üçün oyun şablonu iflasa uğrayır”. 

Onun sözlərinə görə, millidə futbolçuların bir-birlərinə uyğunlaşma cəhətdən də problemləri var: 

“Dünən də açıq-aşkar bunun şahidi olduq. Məsələn, bəzi milli komandalarda hər matç əsas heyətdə başlayacaq ən azı 7 futbolçunu təxmin etmək olur. Azərbaycan millisində isə hər oyun 6-7 fərqli futbolçu meydana daxil olur. Buna görə də istənilən effekt əldə olunmur”. 

Elçin Cəfərov vurğulayıb ki, Azərbaycanda ciddi şəkildə hücumçu problemi var: 

“Bu gün problem Ayxan Abbasov deyil, illərdir düzgün strategiyanın qurulmamasıdır. Ondan əvvəlki problemlər bu gün özünü biruzə verir. Vahid strategiya müəyyənləşdirməliyik, əsas komanda hansı taktika ilə oynayırsa, aşağı yaş kateqoriyaları da həmin oyun şablonu ilə oynamalıdır. 

Bu gün Azərbaycan millisində hücumçu problemi yaşanır. Klublarımız günlük uğuru deyil, gələcək 10 ili düşünürək addımlar atmalıdırlar. Hətta klublarımızın belə hücum xətti legionerlərdən formalaşır. Qarşıdakı 3-4 ildə də bu problemin həll olunacağı gözlənilmir”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan milli komanda

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri