Icma.az
close
up
RU
Azərbaycanda hüquqi və demokratik dövlət prinsiplərinin tətbiqi

Azərbaycanda hüquqi və demokratik dövlət prinsiplərinin tətbiqi

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra dövlətin suverenliyinə, siyasi plüralizmə, demokratiyanın inkişafına, həmçinin siyasət və iqtisadiyyat sahəsində azadlığa xüsusi diqqət yetirilib. Müstəqillikdən sonrakı qısa müddət ərzində vətəndaş cəmiyyəti ilə yanaşı hüquqi dövlətin formalaşması prosesi də sürətlənib.

Bəs hüquqi dövlət nə deməkdir və bu istiqamətdə hansı tədbirlər həyata keçirilir?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənovun sözlərinə görə, hüquqi dövlət hakimiyyətin elə bir təşkilati formasıdır ki, burada qanunun və hüququn aliliyi idarəetmənin əsas sütunları kimi qəbul olunur:

“Belə bir quruluşda bütün prinsiplər məhz qanunun aliliyinin və hüququn təmin edilməsinə əsaslanır. Hüquqi dövlətdə hakimiyyət öz fəaliyyətində müəyyən çərçivələrlə məhdudlaşır və bu məhdudiyyətlərin əsas məqsədi insan hüquq və azadlıqlarının qorunmasıdır. Məhz bu hüquq və azadlıqlar dövlət tərəfindən ali dəyər kimi müəyyən edilir və əsas prinsiplər səviyyəsinə qaldırılır.

Belə bir sistemdə dövlətlə vətəndaş arasında qarşılıqlı məsuliyyət mövcuddur və hər iki tərəf bir-biri qarşısında bu məsuliyyəti daşıyır. Dövlət öz fəaliyyətini sabit qanunlar və müəyyən olunmuş prosedurlar çərçivəsində həyata keçirir, idarəetmənin bütün sahələrində hüquqi mexanizmlərin işlək olmasını təmin edir. Qanun qarşısında hamının bərabərliyi hüquqi dövlətin əsas qaydalarından biri hesab olunur.

Ümumilikdə dövlət anlayışına tarixi retrospektiv baxış etdikdə görürük ki, hələ Platon və Aristoteldən başlayaraq, sonrakı dövrlərdə Makiavelli, Hegel və digər mütəfəkkirlərin əsərlərində hüquqi və ədalətli dövlət ideyası geniş şəkildə tədqiq edilmişdir. Tarixin süzgəcindən keçərək formalaşmış bu konsepsiya bu gün müasir demokratik dövlətlərin əsasını təşkil edir. Hüquqi dövlət anlayışı demokratik cəmiyyətin mahiyyəti ilə vəhdət təşkil edərək onun ayrılmaz tərkib hissəsinə çevrilmişdir”.

Deputatın sözlərinə görə, müasir dövrdə bu konsepsiya bir çox demokratik ölkələrdə praktik şəkildə tətbiq olunur:

Azərbaycan da həm demokratik, həm də hüquqi dövlət kimi bu prinsipləri öz siyasətində əks etdirir və onların həyata keçirilməsini təmin edən kompleks yanaşmaya malikdir. Qanunun və hüququn aliliyi burada əsas prinsip kimi çıxış etsə də, hüquqi dövlət anlayışı bununla məhdudlaşmır və bir sıra digər vacib prinsipləri də özündə birləşdirir.

Bu prinsiplərdən biri insan hüquq və azadlıqlarının təmin olunmasıdır. Dövlət bu sahədə məqsədyönlü siyasət həyata keçirir və hüquqların qorunmasını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirir. Digər mühüm prinsip hakimiyyət bölgüsüdür. Konstitusiyaya uyğun olaraq qanunverici, icraedici və məhkəmə hakimiyyətləri bir-birindən ayrıdır və hər biri öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərir. Bu bölgü hüquqi dövlətin səmərəli işləməsini təmin edən əsas mexanizmlərdən biridir.

Hüquqi dövlətin mühüm göstəricilərindən biri də inkişaf etmiş vətəndaş cəmiyyətinin mövcudluğudur. Vətəndaş cəmiyyəti institutları vasitəsilə vətəndaşlar ölkənin ictimai-siyasi həyatında və idarəetmə proseslərində fəal iştirak edirlər. Bu institutların inkişaf səviyyəsi hüquqi dövlətin gücünü göstərən əsas meyarlardandır. Hüquqi dövlət nə qədər güclüdürsə, vətəndaş cəmiyyəti də bir o qədər inkişaf etmiş olur və əksinə”.

Azər Allahverənov vurğulayıb ki, Azərbaycanda da vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm addımlar atılır:

“Bu sahədə konsepsiyalar, strategiyalar və zəngin normativ-hüquqi baza mövcuddur. Dövlət tərəfindən həyata keçirilən müxtəlif proqramlar, dəstək mexanizmləri və təşəbbüslər vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini stimullaşdırır. Burada dövlətlə cəmiyyət arasında sağlam balans və qarşılıqlı əməkdaşlıq formalaşdırılır.

Bu balansın qorunması olduqca vacibdir. Çünki dövlətlə cəmiyyət arasında uyğunluq və qarşılıqlı etimad olduqda, həyata keçirilən siyasət daha səmərəli nəticə verir. Vətəndaş cəmiyyəti nümayəndələri dövlətin müəyyən etdiyi məqsədlərin reallaşmasına dəstək göstərir, bu da ümumi inkişaf prosesinə müsbət təsir edir. Əks halda, yəni dövlət cəmiyyətlə uzlaşmadan siyasət yürütməyə çalışdıqda, balansın pozulması və demokratik prinsiplərə zidd mühitin formalaşması riski yarana bilər.

Azərbaycanda bu məsələlər xüsusi həssaslıqla nəzarətdə saxlanılır və müxtəlif sahələr üzrə aparılan islahatlara diqqət yetirdikdə görmək olar ki, vətəndaş cəmiyyəti institutları bu proseslərdə fəal iştirak edir və dövlətin həyata keçirdiyi siyasətin reallaşmasına öz töhfəsini verir. Bu prosesə töhfə verməklə, nəticə etibarilə dövlətin daha da güclənməsinə xidmət edilmiş olur. Bu, olduqca vacib və prinsipial məsələdir. Düzdür, yazı formatı müəyyən qədər qısa və məhdud ola bilər, lakin xüsusilə vurğulamaq istədiyim bir məqam var ki, son illər ərzində həyata keçirilən bir çox islahatlar öz mahiyyəti və əhəmiyyəti baxımından cəmiyyət üçün xüsusi önəm daşıyıb.

Bu islahatların uğurla reallaşmasında və real nəticə verməsində vətəndaş cəmiyyəti institutlarının da mühüm rolu olub. Onların fəal iştirakı və təşəbbüskarlığı prosesə əlavə dinamika qazandırıb. Dövlət də vətəndaş cəmiyyəti institutlarının bu rolunu düzgün qiymətləndirir və onların fəaliyyətinə hərtərəfli dəstək göstərir. Məhz bu yanaşma Azərbaycanda həyata keçirilən islahatların əsas dayaqlarından biri kimi çıxış edir.

Xüsusilə qeyd etmək lazımdır ki, Prezident, Müzəffər Ali Baş Komandan son çıxışlarında və sosial şəbəkə paylaşımlarında qeyri-hökumət təşkilatlarının bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib, onların cəmiyyət həyatındakı rolunu xüsusi vurğulayıb. Bu isə ölkəmizdə fəaliyyət göstərən inkişafyönlü təşkilatlara, vətəndaş cəmiyyəti institutlarına verilən yüksək dəyərin və etimadın bariz nümunəsidir”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Mövzu: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Dekabr 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri