Icma.az
close
up
RU
Azərbaycanda hüquqi dövlət konsepsiyası real müstəvidədir

Azərbaycanda hüquqi dövlət konsepsiyası real müstəvidədir

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

Azərbaycan cəmiyyəti insan hüquq və azadlıqlarının qorunmasına, vətəndaşların hüquqi və siyasi biliklərinin artırılmasına xüsusi diqqət yetirir.

Ölkəmizdə bu sahədə mühüm addımlar qədim tarixdən başlayaraq müasir dövrə qədər davam edib. Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti dövründə  qadınlara seçki hüququ verilməsi regionda ilk nümunələrdən biri olub. Bu, ölkəmizin demokratik dəyərlərə olan sədaqətini və vətəndaşların hüquqlarına hörmətini göstərir.

Müstəqillik dövründə isə Azərbaycanın Konstitusiyası və qanunvericiliyi insan hüquq və azadlıqlarının qorunmasını təmin edən əsas sənədlər kimi qəbul edilib. Ümumilikdə, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası hər bir vətəndaşın hüquq və azadlıqlarını təmin edir və onların müdafiəsini dövlətin əsas vəzifələrindən biri kimi müəyyən edir. Ölkədə vətəndaş cəmiyyətinin inkişafı, gənclərin hüquqi maarifləndirilməsi və sosial fəallığının artırılması istiqamətində müxtəlif proqramlar və layihələr həyata keçirilir. Məsələn, “Gənclərin Hüquqi Maarifləndirilməsi” layihəsi onların  biliklərini artırmaq, onların ictimai proseslərdə iştirakını stimullaşdırmaq məqsədi daşıyır.

Müasir dövrdə Azərbaycan hökuməti və ictimai təşkilatlar birgə çalışaraq vətəndaşların hüquq biliklərini yüksəltmək, onların hüquqlarını qorumaq və sosial-siyasi fəallığını artırmaq üçün müxtəlif maarifləndirmə kampaniyaları həyata keçirirlər. Bu tədbirlər vətəndaşların hüquq pozuntularına qarşı daha həssas olmalarını təmin edir və cəmiyyətdə demokratik mədəniyyətin formalaşmasına töhfə verir.

İnsan hüquqları və azadlıqlarının qorunması, hüquqi və siyasi mədəniyyətin yüksəldilməsi Azərbaycan cəmiyyətində davamlı inkişafın və demokratik dəyərlərin möhkəmlənməsinin əsas amillərindən biridir.

Ayxan Məmmədli: Ölkədə sosial-siyasi fəallıq olduqca yüksəkdir

Mövzu ilə bağlı hüquqşünas Ayxan Məmmədli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Həmsöhətimiz bildirib ki, Azərbaycan cəmiyyətində insan hüquq və azadlıqlarının qorunması və vətəndaşların hüquqi-siyasi maariflənməsinin yüksəldilməsi sahəsində görülən işlər son illərdə müəyyən irəliləyişlər göstərib. Ölkədə müvafiq qanunvericilik bazası gücləndirilmiş, insan hüquqlarının təminatı istiqamətində bir sıra normativ aktlar qəbul edilib.

"Xüsusilə vətəndaşların hüquqlarını qoruyan məhkəmə və hüquq-mühafizə sistemi üzərində aparılan islahatlar diqqətəlayiqdir. Eyni zamanda, maarifləndirmə və təhsil sahəsində həyata keçirilən layihələr vətəndaşların hüquqi savadlılığını artırmağa yönəlib. Media vasitəsilə insan hüquqları, demokratiya prinsipləri və seçki hüquqları barədə məlumatların yayılması genişləndirilib. Vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviqi də hüquqi-siyasi maariflənməyə töhfə verir".

Hüquqşünas qeyd edib ki, bununla yanaşı, sosial media və informasiya texnologiyaları vasitəsilə vətəndaşların hüquq və azadlıqlar barədə məlumatlılığı daha da artırılıb. Bu tədbirlər insanların öz hüquqlarını bilməsinə və onları qorumağa həvəsləndirir. Hüquqi biliklərin yüksəlməsi vətəndaşların ictimai proseslərdə aktiv iştirakını stimullaşdırır. Nəticədə, sosial-siyasi fəallıq yüksəlir və demokratiya prinsiplərinin real həyata keçirilməsi üçün zəmin möhkəmlənir.

"Həmçinin, vətəndaşların seçki prosesində iştirakını təmin edən təşəbbüslər, ictimai müzakirələr və forumlar onların dövlət idarəçiliyinə münasibətdə daha fəal olmalarına imkan yaradır. İnsan hüquqlarının qorunması üzrə keçirilən tədbirlər vətəndaş cəmiyyətində hüquqi şüurun formalaşmasına və fərdlərin öz hüquqlarını müdafiə etmə bacarığının artırılmasına şərait yaradır. Hüquqi maarifləndirmə proqramları, təlimlər və seminarlar vətəndaşların dövlət strukturları ilə qarşılıqlı əlaqəsini gücləndirir və demokratik proseslərdə iştirakını təşviq edir".

Müsahibimizin fikrincə, insan hüquqları sahəsində beynəlxalq standartlara uyğunlaşma üzrə aparılan işlər ölkənin beynəlxalq nüfuzunu artırır və daxili siyasətdə şəffaflığın təmin olunmasına xidmət edir. Bu proseslər vətəndaşların dövlətə inamını artırır və sosial stabilliyi möhkəmləndirir. İnsan hüquqları və vətəndaş azadlıqlarının qorunması ilə bağlı aparılan işlər həm də ölkədə hüquqi dövlət prinsiplərinin tətbiqini təşviq edir.

"Bütün bu tədbirlər sosial-siyasi fəallığın artmasına və demokratik proseslərin inkişafına birbaşa təsir göstərir. Vətəndaşlar öz fikirlərini ifadə etmək, ictimai proseslərdə iştirak etmək və hüquqlarını qorumaq imkanına malik olur. Hüquqi-siyasi maarifləndirmə, cəmiyyətin demokratik dəyərlərə uyğun şəkildə formalaşmasına və vətəndaşların məsuliyyətli vətəndaş kimi yetişməsinə imkan verir. Ölkədə sivil dialoq, fərqli baxışların ifadəsi və ictimai nəzarətin güclənməsi üçün əlverişli mühit yaranır. Bu isə həm sosial sabitliyin, həm də demokratik transformasiyaların dərinləşməsinə təkan verir".

Onun sözlərinə görə, dövlətin və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti vətəndaş cəmiyyətinin inkişafına, gənclərin və qadınların ictimai proseslərdə iştirakına imkan yaradır. Bu, müxtəlif sosial qrupların səsilə demokratik təmsilçiliyin güclənməsinə xidmət edir.

"Hüquqi və siyasi maarifləndirmənin nəticəsi olaraq, vətəndaşlar daha məlumatlı, aktiv və öz hüquqlarını müdafiə etməyə hazır olurlar. Beləliklə, Azərbaycan cəmiyyətində insan hüquqları və vətəndaş azadlıqlarının qorunması sahəsində aparılan tədbirlər sosial-siyasi fəallığın artmasına və demokratik proseslərin möhkəmlənməsinə əhəmiyyətli töhfə verir".

Asim Mollazadə: Hüquqi dövlət konsepsiyası institusional formada möhkəmlənir

Məsələnin digər bir prizması ilə bağlı Milli Məclisin deputatı Asim Mollazadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bu istiqamətdə son illər mühüm addımlar atılır.

"Söhbət təkcə hüquqi dövlət konsepsiyasının kağız üzərində qalmasından deyil, onun real şəkildə formalaşması və institusional olaraq möhkəmlənməsindən gedir. Bu prosesin əsasında isə hər bir vətəndaşın hüquqlarını qoruyan, ədalətin bərqərar olmasına xidmət edən müasir və effektiv hüquq sistemi dayanır".

Deputat ölkədə qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə-hüquq islahatları, vətəndaşların ədalətə əlçatanlığının artırılması kimi sahələrdə ciddi işlər görüldüyünü bildirən deputat məqsədin həm insan hüquqlarının qorunmasını gücləndirmək, həm də hüquqi dövlətin başlıca prinsipi olan qanunun aliliyinin təmin edilməsi olduğunu qeyd edib.

Onun fikrincə, bu istiqamətdə aparılan islahatlar və yeniliklər Azərbaycan cəmiyyətində hüquqi mədəniyyətin yüksəlməsinə, vətəndaşların hüquqi maarifliliyinin artmasına da töhfə verir.

Zeynəb Rzayeva

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Noyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri