Icma.az
close
up
RU
Azərbaycanda idman polisi yaradılmalıdır? Qarabağ ın maskotu Kəhər müzakirə yaratdı

Azərbaycanda idman polisi yaradılmalıdır? Qarabağ ın maskotu Kəhər müzakirə yaratdı

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

""Qarabağ" maskotu ilə bağlı baş verənlər bir daha idman polisi mövzusunu gündəmə gətirir".

AZXEBER.COM xəbər verir ki, bu sözləri İTV-nin aparıcısı, tanınmış idman yazarı Ürfan Məmmədli sosial media hesabında yazıb.

Telaaparıcı qeyd edib ki, bir çox ölkəfə idman polisi faəliyyət göstərir və bu modeli Azərbaycanda da tətbiq etmək olar:

"İdman məkanlarında polislərlə azarkeşlər arasında yaşanan xoşagəlmək hallardan yola çıxaraq bu fəaliyyət istiqamətinin vacibliyini dəfələrlə qeyd etmişəm. Bu polislər idman tədbirindən geniş məlumatlı olur, oradakı obrazlardan, azarkeş yanaşmasından agah olur, şüarları öncədən bilir, klublarla sıx əməkdaşlıq edir. Təəssüflər olsun ki, bizdə olan indiki vəziyyət bəzən xoşagəlməz mənzərəyə yol açır. Əslində, velosiped icad etməyəcəyik. Dünyanın bir sıra ölkələrində idman polisi(və ya futbol polisi) bölmələri var. Türkiyə, İtaliya, İspaniya, Fransa, B.Britaniya, Braziliya və Yunanıstanda nümunəsini görə bilərik. Bundan əlavə, Almaniya, Polşa, Argentina, Meksika kimi ölkələrdə də stadion və idman təhlükəsizliyi üçün xüsusi polis bölmələri fəaliyyət göstərir, amma adları fərqli ola bilər".

Telejurnalistin bu statusuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov reaksiya verib. Nazirliyin əməkdaşı mövzu ilə bağlı bu fikirləri bildirib: 

"Məlumat üçün deyim ki, kütləvi, o cümlədən idman tədbirlərində ictimai asayişin qorunması, azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək xoşagəlməz halların qarşısının alınması polis əməkdaşları tərəfindən tam icra olunur. Buna misal olaraq indiyədək ölkəmizdə keçirilən beynəlxalq tədbirləri, idman yarışlarını göstərmək olar. Müxtəlif idman yarışlarında, o cümlədən futbol oyunlarında xidmət aparan polis əməkdaşları yalnız təhlükəsizlik tədbirlərini icra etmir, həm də azarkeş davranışlarını öncədən təhlil edir, təşkilatçılar və klublarla sıx əməkdaşlıq qururlar. Bu əməkdaşlıq nəticəsində stadion ətrafında və daxilində təhlükəsizlik, fan zonalarda isə asayiş təmin edilir".

Xatırladaq ki, "Qarabağ" klubunun maskotu "Kəhər"in UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" - "Şkendiya" matçı zamanı polislər tərəfindən stadiona buraxılmaması ilə bağlı sosial şəbəkələrdə xeyli videolar paylaşılıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 14 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see174

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see156

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see141

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see139

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri