Misli Premyer Liqasının cari mövsümündə 101 debut gerçəkləşib
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının 2025/26 mövsümü 101 futbolçunun turnirdə debütü ilə əlamətdar olub. Onlardan 17-si yerli, 84-ü legioner statuslu futbolçudur.
İdman.Biz xəbər verir ki, sözügedən statistika ilə bağlı Peşəkar Futbol Liqası məlumat yayıb.
“Qəbələ” və “Karvan-Yevlax”da daha çox – hərəsində 14 debüt gerçəkləşib. “İmişli” 13, “Kəpəz”, “Neftçi” və “Şamaxı” hərəyə 10 yeni oyunçuya Premyer Liqada ilk matça çıxmaq imkanı verib.
“Sumqayıt” 8, “Sabah” 7, “Qarabağ” 6, “Turan Tovuz”la “Araz-Naxçıvan” hərəyə 4 debütanta şans verib. “Zirə”də hamıdan az – cəmi 1 belə oyunçu meydana çıxıb.
12 klubdan yalnız 6-da yerli futbolçu debüt edib. “Qəbələ” bu göstəricidə liderdir – 5 oyunçu. “Şamaxı”da 4, “İmişli”də 3, “Kəpəz”lə “Karvan-Yevlax”ın hərəsində 2, “Sumqayıt”da 1 azərbaycanlı debüt şansı əldə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 30 Dekabr 2025 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















