Gənc Peşəkar Velosipedçilər Klubu İctimai Birliyinin ilin yekunlarına aid hesabat görüşü keçirilib FOTO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Gənc Peşəkar Velosipedçilər Klubu" İctimai Birliyinin 2025-ci ilin yekunları ilə bağlı hesabat görüşü keçirilib.
Milli.Az report-a istinadən xəbər verir ki, tədbir peşəkar velosipedçilərin, tanınmış idmançıların, tərəfdaş şirkət və qurumların nümayəndələrinin, eləcə də ictimaiyyət və media təmsilçilərinin iştirakı ilə baş tutub.
Görüşün əsas məqsədi 2025-ci il ərzində klub tərəfindən həyata keçirilmiş tədbirlərin, layihə və təşəbbüslərin yekun hesabatının təqdim olunması, əldə edilmiş nəticələrin ictimailəşdirilməsi və gələcək dövr üçün əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
Tədbirdə klubun 2025-ci il üzrə illik fəaliyyət hesabatı təqdim edilib, fəxri qonaqların və tərəfdaş qurum nümayəndələrinin çıxışları dinlənilib. Eyni zamanda, il ərzində təşkil olunan veloyürüşlərdə fəal iştirakına, bu idman növünün təsviqinə və klubun inkişafına verdiyi töhfələrə görə bir sıra idmançılara və tərəfdaşlara, kütləvi informasiya vasitələrinə, həmçinin "Report" İnformasiya Agentliyinə təşəkkürnamələr təqdim olunub.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində təşkil edilən bu görüş velosiped idmanına töhfə verən şəxslərin və qurumların bir araya gələrək həmrəylik nümayiş etdirməsi baxımından rəmzi əhəmiyyət daşıyır.
Sonda "Gənc Peşəkar Velosipedçilər Klubu" İctimai Birliyi bundan sonra da Gənclər və İdman Nazirliyinin, Azərbaycan Velosiped Federasiyasının yaxından dəstəyi ilə ölkədə velosiped idmanının inkişafına, gənclərin sağlam həyat tərzinə cəlb olunmasına və beynəlxalq arenada uğurların artırılmasına yönəlmiş fəaliyyətini davam etdirəcəyini bəyan edib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 30 Dekabr 2025 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















