Icma.az
close
up
RU
Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Xalça Festivalının açılışı olub

Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Xalça Festivalının açılışı olub

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Xalça Festivalının açılış mərasimi olub.

Bakıvaxtı.az xəbər verir ki, açılış mərasimində “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov, “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud, İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun sədri Yusif Abdulla, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliyin rəhbət heyəti, deputatlar, eləcə də xalça sənayesinin aparıcı mütəxəssisləri, dizaynerləri, istehsalçı-tədqiqatçıları və digər qonaqlar iştirak edib.

“İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud beynəlxalq festivalın əhəmiyyətindən, Azərbaycanda xalçaçılıq sənətinin ənənəviliyindən, həmçinin “İçərişəhər”in özünəməxsus xalçaçılığı barədə danışıb.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov ötən il keçirilən Milli Xalça Festivalına olan sevgidən bəhs edib. O, məhz bu cür maraqdan sonra festivalın beynəlxalq səviyyədə keçirilməsinin zəruriliyinə diqqət çəkib.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun sədri Yusif Abdulla da, öz növbəsində, festivalın beynəlxalq səviyyəyə daşınması təşəbbüsünü yüksək qiymətləndirib.

Rəsmi nitqlərin ardınca tədbirin bədii hissəsi başlayıb.

Əvvəlcə Xalq Pərviz Məmmədrzayevin quruluşunda kiçik tamaşa nümayişi olunub, ardınca musiqili kompozisiya təqdim edilib.

Bədii hissə ilə bərabər Bakıda ilk dəfə keçirilən Beynəlxalq Xalça Festivalı açıq elan olunub.

Qeyd edək ki, Beynəlxalq Xalça Festivalının əsas məqsədi Azərbaycanın xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.

Festivalin dünən keçirilən rəsmi hissədən əlavə olaraq, iki gün “İçərişəhər”in tarixi küçələrində davam edəcək. Qədim karvansaraylar və meydanlarda xalça sərgiləri, ustad dərsləri, interaktiv teatr tamaşaları və musiqili tədbirlər təşkil ediləcək.

Eyni zamanda dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr öz xalçaçılıq ənənələrini təqdim edəcəklər.

Festival "Azərxalça" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun dəstəyi ilə keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 May 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri