Beynəlxalq Xalça Festivalının rəsmi saytı istifadəyə verilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 18 aprel, AZƏRTAC
Mayın 2-dən 4-dək İçərişəhərdə “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçiriləcək Beynəlxalq Xalça Festivalının rəsmi internet saytı istifadəyə verilib.
“Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, üç gün davam edəcək xalça bayramında iştirak etməyi arzulayan hər kəs bakucarpetfest.az saytından festival haqqında istənilən məlumatı əldə etməklə yanaşı, mayın 2-də baş tutacaq Beynəlxalq Xalça Formuna da qeydiyyatdan keçə bilər.
Forum xalça sənayesinin yerli və xarici aparıcı mütəxəssislərini, dizaynerləri, istehsalçıları və tədqiqatçıları bir araya gətirəcək.
Plenar sessiyalar, panel müzakirələri, B2B görüşlər və gənc alimlər üçün xüsusi sessiyalar təşkil olunacaq.
Bütün suallar [email protected] ünvanına yönləndirilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 18 Aprel 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















