Icma.az
close
up
RU
8 ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı olub

8 ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı olub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 sentyabr, Anara Axundova, AZƏRTAC

Sentyabrın 3-də Şirvanşahlar Sarayı Kompleksində 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı olub. Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FILM” MMC tərəfindən təşkil olunub.

AZƏRTAC xəbər verir ki, festivalın açılışının əsas hadisəsi Çexiya, Slovakiya, Sloveniya və Fransanın istehsalı olan “Sehrli bağdan nağıllar” (Tales from the magic garden) animasiya filminin nümayişi olub. 2025-ci il filmi artıq 75-ci Berlin Beynəlxalq Film Festivalında təqdim olunub.

“ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru, rejissor, prodüser, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb: “Festivalın açılışına bu qədər insanın gəldiyinə görə çox minnətdaram və özümü xoşbəxt hiss edirəm. Bu il bizə dəstək olan hər kəsə təşəkkür edirəm!”.

“ANİMAFİLM-2025”in mövzusu “Pişiklər”dir. Festivala 4 beynəlxalq və 1 yerli kateqoriya üzrə 62 ölkədən 317 film qeydiyyatdan keçib.

8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı çərçivəsində animasiya filmlərinin nümayişi, tədbirlər, ustad dərsləri, xarici və azərbaycanlı mütəxəssislərlə görüşlər, təqdimatlar və viktorinalar təşkil olunacaq.

Festival sentyabrın 7-dək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see237

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see197

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see192

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see162

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see161

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see147

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see146

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see139

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see136

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see136

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see134

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see134

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see131

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri