Azərbaycanda ilk dəfə yaşıl büdcənin xərcləri açıqlanıb
Azərbaycanda iqlim dəyikiliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi istiqamətində büdcə islahatlarına başlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
"Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı sektoru, ekoloji profilli məqsədli büdcə fondları və 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində "yaşıl büdcə" üzrə xərclərin işarələnməsinə başlanılıb. 2025-ci ildə bu istiqamət üzrə 1,3 milyard manat vəsaitin 1 milyard manatı iqlim dəyişiklikləri üzrə adaptasiya və mitiqasiya tədbirlərinə, 300 milyon manatı isə ətraf mühitin mühafizəsi tədbirlərinə yönəldiləcək", - S. Şərifov bildirib.
Milli Məclisdə müzakirə olunan layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çox), xərclərinin isə 41 milyard 367,6 milyon manat (4,1 % çox) olacağı gözlənilir.
![see](https://icma.az/template/assets/see.png)