Icma.az
close
up
RU
Azərbaycanda ilk: üç xəstəyə meyitin orqanları köçürülüb Təfərrüatlar AÇIQLANDI

Azərbaycanda ilk: üç xəstəyə meyitin orqanları köçürülüb Təfərrüatlar AÇIQLANDI

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın səhiyyə tarixində ilk dəfə meyitdən orqan köçürülməsi əməliyyatları həyata keçirilib. Orqan transplantasiyası Mərkəzi Gömrük Hospitalında və Milli Oftalmologiya Mərkəzində gerçəkləşib.
Bəs əməliyyatlar neçə xəstə üzərində aparılıb, xəstələrə meyitin hansı orqanları köçürülüb? Ümumiyyətlə, hazırda orqanlarını öldükdən sonra bağışlamaq istəyənlər varmı?
Modern.az saytı bu və digər suallara cavab almaq üçün Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edib.
Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycanda orqan transplantasiyası sahəsində atılan addımlar son illər intensivləşib. Meyitdən orqan köçürülməsi tibbi və etik baxımdan ciddi prosedurlarla tənzimlənir və bu prosesin inkişafı üçün geniş maarifləndirmə işləri aparılır.
Mərkəzdən verilən məlumata görə, son iki il ərzində ölümündən sonra orqanlarını bağışlamaq istəyənlərin sayı təxminən 100-ə yaxın olub.

“Müxtəlif xəstəliklər səbəbindən orqan transplantasiyasına ehtiyac duyan insanların sayı kifayət qədər çoxdur. Hər il yüzlərlə insan donor orqanı gözləyir. Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi (ODTKM) bu sahədə geniş təbliğat işləri aparır. Mərkəzin rəhbərliyi və əməkdaşları könüllü olaraq orqan donorluğu üçün müraciət ediblər ki, bu da cəmiyyətdə nümunəvi addım kimi qiymətləndirilə bilər. Bununla yanaşı, cəmiyyətin bu prosesə baxışı hələ tam formalaşmayıb. Maarifləndirmə tədbirlərinin intensivləşdirilməsi bu sahədə irəliləyişə səbəb ola bilər”, - deyə qurumdan bildirilib.


Qeyd edilib ki, fevralın 24-də həyata keçirilən orqan köçürmə əməliyyatı üç xəstə üzərində aparılıb:
“Bütün əməliyyatlar uğurla həyata keçirilib. Meyitdən götürülmüş qaraciyər Mərkəzi Gömrük Hospitalında, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi peşəkar tibbi heyət tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 12.10.2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına uğurla köçürülüb.

Gözün buynuz qişası isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ixtisaslaşmış cərrah-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Cəmil Həsənov və peşəkar komanda tərəfindən iki resipiyentə transplantasiya edilib. Onlardan biri Zaqatala, digəri isə Füzuli rayon sakinidir.

Hazırda hər üç pasiyentin vəziyyəti qənaətbəxşdir və mütəxəssislərimizin nəzarəti altındadır”.
 

Mərkəzin məlumatında qeyd edilib ki, orqanı götürülən meyitlə orqan köçürülən şəxslər arasında heç bir qohumluq əlaqəsi yoxdur:
“Meyit donorun orqanları gözləmə siyahısında olan və tibbi göstərişlərə uyğun gələn şəxslərə köçürülüb. Seçim prosesi ciddi tibbi və etik qaydalara əsaslanır və donor orqanlarının ədalətli şəkildə bölüşdürülməsini təmin etmək üçün xüsusi qaydalar tətbiq edilir”.
Həyata keçrilən orqan transplantasiyası əməliyyatları dövlət vəsaiti hesabına aparılıb. Xəstələrdən əlavə ödəniş tələb olunmayıb.
“Dövlətin bu sahəyə dəstəyi, donor orqanı gözləyən insanların həyatını xilas etməyə yönəlib”, - deyə Mərkəzdən qeyd edilib.


Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən onu da deyiblər ki, vəfat edəndən sonra sağlam orqanlarını bağışlamaq istəyən vətəndaşlar bunun üçün həmin quruma müraciət edə bilərlər:
“Ölümündən sonra orqanlarını bağışlamaq istəyən şəxslər Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət etməli və Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilmiş ərizə formasını doldurmalıdırlar.

Müraciət ünvanı: Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi
Ünvan: Nəsib bəy Yusifbəyli küç. 107, G blok, 8-ci mərtəbə
İş günləri: Bazar ertəsi - Cümə; İş saatları: 08:00 - 17:00

Donor olmaq istəyən şəxslər, həmçinin, odtkm.gov.az rəsmi internet səhifəsindəki "Donor ol" bölməsindən qeydiyyatdan keçərək, bu prosesə dəstək ola bilərlər”.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Fevral 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri