Azərbaycanda inflyasiya artımı pul kredit siyasətini sərtləşdirə bilər
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Azərbaycanda inflyasiyanın artması pul-kredit siyasətini sərtləşdirə bilər.
Bu barədə Avtosfer.az Niderlandın "ING" qrupunun Qafqaz, Mərkəzi Asiya və Rusiya üzrə baş iqtisadçısı Dmitri Dolqin bildirib.
Bununla yanaşı o qeyd edib ki, Azərbaycan xarici inflyasiyanın çox yaxşı sabitləşdiricisinə malikdir.
"Lakin, digər tərəfdən, Azərbaycan Qafqaz və Mərkəzi Asiyanın digər ölkələrinə nisbətən Aİ və ya Çin kimi ticarət tərəfdaşlarının təsirinə daha çox məruz qalır ki, bu da inflyasiya səviyyəsinə təsir göstərə bilər", - D. Dolqin qeyd edib.
İqtisadçının sözlərinə görə, inflyasiya 6% olan hədəf diapazonunun yuxarı həddindən davamlı olaraq kənara çıxdıqda, faiz dərəcəsinin artırılmasına ehtiyac yaranacaq.
Qeyd edək ki, "ING Group" mənzil-qərargahı Amsterdamda yerləşən və 1991-ci ildə əsası qoyulan Niderland beynəlxalq bank və maliyyə xidmətləri qrupudur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 19 Noyabr 2026 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















