Icma.az
close
up
RU
Azərbaycanda innovasiya ekosistemi

Azərbaycanda innovasiya ekosistemi

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

İnnovasiya ekosisteminin qlobal müstəvidə təhlilini aparan “StartupGenome” platforması 2025-ci il üçün hesabatını açıqlayıb. Hesabatda Azərbaycanın bir sıra innovativ texnologiyalar üzrə irəliləyiş əldə etdiyi vurğulanır. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib ki, ölkəmiz İKT, dövlət idarəetməsində rəqəmsal texnologiyaların tətbiqi və oyun sənayesi kimi sahələrdə rəqabətqabiliyyətli göstəricilərə sahibdir. Bundan əlavə, hesabatda bildirilir ki, Azərbaycan “Asiya ekosistemində istedadların əlçatanlığı” reytinqində ilk iyirmi beş ölkə arasında yer alır.

“Startup Genome” hesabatında göstərilir ki, Azərbaycandakı ekosistem dövlətin rəqəmsal transformasiya yanaşması, kibertəhlükəsizlik və insan kapitalının inkişaf təşəbbüsləri ilə hərtərəfli dəstəklənir. Bu kontekstdə İRİA-nın həyata keçirdiyi fəaliyyət xüsusilə qeyd edilib. Agentliyin təşəbbüsü sayəsində 2024-2025-ci illərdə startaplar üçün “Microsoft”, “Viveka” və “Startup Wise Guys” kimi qlobal səviyyədə tanınan şirkətlərin cəlb edilməsi ilə bir sıra layihələr reallaşdırılıb, rəqəmsal dövlət xidmətlərinin spektri və miqyası genişləndirilib. Ölkədə, həmçinin oyun sənayesinin inkişafı strategiyasının bir hissəsi olaraq nüfuzlu “Xsolla” şirkəti ilə oyun studiyaları üçün inkubasiya proqramı keçirilir.

Hesabatda Azərbaycan texnoparklarının da yerli və xarici texnologiya şirkətləri üçün əlverişli olduğu qeyd edilib. Belə ki, texnoparklarda rezidentlik həm Azərbaycan, həm də xarici şirkətlər üçün müvafiq imtiyazlar təqdim edir. Xarici şirkətlər coğrafi mövqeyi, vergi güzəştləri və yüksək həyat standartlarının əlçatanlığına görə məhz bizim ölkəni seçirlər.

İRİA-nın sədri Fərid Osmanovun ölkənin rəqəmsal transformasiyası və innovativ ekosistemi haqqında fikirləri hesabatda yayımlanıb: “Azərbaycanın innovasiya ekosistemi rəqəmsal transformasiya, strateji yatırımlar və dövlət-özəl tərəfdaşlıqları əsasında inkişaf edir. Biz yerli insan kapitalını və startapları yetişdirməklə effektiv texnoloji həlləri bir araya gətirən, qlobal çağırışlarla ayaqlaşan və dayanıqlı sahibkarlıq prinsipləri ilə formalaşan regional texnologiya mərkəzini qururuq”.

“Startup Genome”un idarəedici ortağı Stefan Kuesser də ölkəmizin startap ekosistemi haqqında fikirlərini bölüşüb: “Azərbaycanın startap ekosistemi beynəlxalq əlaqələri və dinamik texnologiya icmasının inkişafı ilə regionda strateji əhəmiyyətə sahibdir. İnnovasiya təşəbbüsləri dərinləşir və bu da uzunmüddətli inkişaf üçün fundamental imkanlar yaradır. Bizimlə tərəfdaş olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycanda innovativ sahibkarlığın inkişafı və ölkənin regional innovasiya gücünə çevrilməsi istiqamətində əhəmiyyətli işlər görür”.

Qeyd edək ki, “Startup Genome” builki hesabatında 65-dən çox ölkənin innovasiya ekosisteminin təhlilini təqdim edib. Platformanın son 10 ildə dərc edilmiş hesabatlarında regionlar və ölkələr üzrə innovasiya ekosisteminin əsas göstəriciləri, ekosistemin hərəkətverici oyunçuları və strateji inkişaf hədəfləri kimi məlumatlar yer alır.

Azərbaycanda innovasiya fəaliyyəti dövlət tərəfindən müxtəlif mexanizmlər, xüsusən də vergi güzəştləri vasitəsilə dəstəklənir. İnnovasiya fəaliyyəti üzrə vergi güzəştləri almış mikro və kiçik sahibkarlıq subyektlərinin sayı 213-ə çatıb. “Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclasında KOB subyektlərindən daxil olmuş 8 müraciətə baxılıb və onlardan 3-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.

“Startap” şəhadətnamələri "Cool Bears" MMC-nin mobil və veb oyunların tərtibi və istehsalı, "Multi Solutions" MMC-nin sürücülər və daşıyıcılar üçün balans idarəetmə və ödəniş sistemi, "Noteservice" MMC-nin xidmətlər üçün veb platforma və mobil tətbiq layihələri üçün təqdim edilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilər.

Vergi güzəşti almış layihələr kənd təsərrüfatı, aqrar biznes, fintek, “yaşıl iqtisadiyyat” və elektron ticarət sahələrində innovativ həllərdir. 2024-cü ildə 104-ü mikro və 5 kiçik sahibkarlıq subyekti olmaqla “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) ümumilikdə 109 müraciət daxil olub. Müraciətlərə “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən baxılıb və 65 KOB subyektinə “Startap” şəhadətbaməsi verilib. Şəhadətnamə almış sahibkarların 52-si hüquqi, 13-ü fiziki şəxs olmaqla, 62-si mikro və 3-ü kiçik sahibkardır. “Startap” şəhadətnaməsi almış layihələr kənd təsərrüfatı, aqrar biznes, fintek, “yaşıl iqtisadiyyat” və elektron ticarət sahələrində innovativ həlləri özündə birləşdirir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən dövlət dəstəyi mexanizmlərindən yararlanmış sahibkarların və biznesə başlamaq istəyən şəxslərin əhəmiyyətli hissəsi gənclərdir. Təkcə 2024-cü ildə Agentliyin biznes üzrə bilik və bacarıqların artırılmasına dair təlim, məsləhət və biznes planın hazırlanması xidmətlərindən faydalananların 40%-ni gənclər təşkil edib. Biznes subyektini vergidən azad edən "Startap" şəhadətnaməsi almış KOB-ların 30%-dən çoxu, qrant dəstəyindən yararlanmış sahibkarların isə 30%-i gənc sahibkarlar və startaplardır.

KOBİA gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və bu sahədə onların təşəbbüslərinin dəstəklənməsi üçün peşə və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Agentliyin biznes üzrə mütəxəssisləri müxtəlif peşə və ali təhsil müəssisələrinin tələbələri ilə görüşərək sahibkarlıq fəaliyyəti, bu sahədə dəstək alətləri üzrə ilkin məlumat verir, gənclərin suallarını cavablandırırlar. Həmçinin, biznes fəaliyyətinə marağı olan tələbələr üçün təlimlər təşkil edilir.

Eyni zamanda KOBİA və tərəfdaş qurumların birgə təşkilatçılığı ilə gənclərin biznes təşəbbüslərinə dəstək məqsədilə müxtəlif layihə və proqramlar həyata keçirilir. Gənclərin biznesə başlaması üçün ilkin dəstəyi təmin edən “Gənclərin biznes emalatxanası” və biznes ideyalarının maliyyələşdirilməsinə töhfə verən “Bizdən biznəsə” layihələrindən 60 gənc faydalanıb.

Agentliyin “KOB könüllüləri” proqramı da idarəetmə, biznes və menecment ixtisasları üzrə təhsil alan tələbə və magistrların sahibkarlıq sahəsində ilkin biliklərə yiyələnmələri üçün faydalıdır. Bugünədək 700-dən çox gənc proqramı uğurla başa vurub. Onlar arasında özəl sektorda çalışan gənclər xüsusilə seçilir.

2024-cü ildə KOBİA-nın biznes biliklərinin və bacarıqlarının artırılması üzrə dəstək və xidmətlərindən 13 mindən çox sahibkar, startap və biznesə başlamaq istəyən şəxs faydalanıb. Ötən il KOB subyektlərinin biznes sahəsində bilik və bacarıqlarının yaxşılaşdırılması, sahibkarlığa dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 1047 təlim təşkil olunub. Təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun olaraq, satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması, “yaşıl iqtisadiyyat” və digər mövzuları əhatə edib. 41 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnməsi üçün “Almaniya ilə biznes əməkdaşlığı” Proqramı çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.

KOBİA-nın video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 618 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb. KOBİA tərəfindən satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 2473 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib. Agentlik 2024-cü ildə kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 1137 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək verib. Ümumilikdə, 2024-cü ildə Agentliyin KOB subyektlərinin biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən 13 mindən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.

Regionlarda biznesə başlamaq və ya sahibkarlıq fəaliyyətini inkişaf etdirmək istəyən iş adamları dəstək üçün KOBİA-nın struktur bölmələrinə müraciət edə bilərlər. Regionlarda mövcud biznes potensialının reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də iş adamlarının investisiya təşəbbüslərinin dəstəklənməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) geniş infrastruktur şəbəkəsi mövcuddur.

Mahir Həmzəoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 İyun 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see278

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see274

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see255

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see240

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see231

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see230

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see226

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see224

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see210

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see208

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see206

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see206

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see200

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see199

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see192

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see191

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see180

Rembrandtın avtoportreti 80 ildən sonra Qotaya qayıdıb

06 Sentyabr 2026 10:32see175

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see162

Yetkinlərin 10 50 faizi yuxusuzluqdan əziyyət çəkir Səbəbləri və müalicəsi

06 Sentyabr 2026 10:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri