Icma.az
close
up
RU
İnnovasiya ekosistemi oyunçularının sertifikatlaşdırma proqramına yekun vurulub

İnnovasiya ekosistemi oyunçularının sertifikatlaşdırma proqramına yekun vurulub

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Qlobal İnnovasiya İnstitutu və “Code Academy” ilə əməkdaşlığı çərçivəsində keçirilən İnnovasiya Ekosistemi Oyunçularının Sertifikatlaşdırılması və Akkreditasiyası Proqramının yekun bağlanış tədbiri baş tutub.

Bu barədə "APA-Economics"ə İRİA-dan bildirilib.

Məlumata görə, tədbirdə innovasiya ekosisteminin oyunçuları, universitetlər, akselerasiya və inkubasiya mərkəzləri, həmçinin korporativ sektorun nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan İRİA-nın sədr müavini Rəşad Xalıqov qurumun innovasiya ekosistemi quruculuğunda insan kapitalının inkişafı üzrə fəaliyyəti haqqında ətraflı məlumat verib. O bildirib ki, İRİA dünyanın aparıcı innovasiya mərkəzləri ilə birgə beynəlxalq sertifikatlaşdırma, mentor və təlimçi hazırlığı proqramları həyata keçirib, 200-dən çox ekspert bu cür inkişaf proqramlarında iştirak edib, 30-dan çox innovasiya ekosistemi üzvü qurumun dəstəyi ilə “Founders Academy” kimi beynəlxalq proqramdan dəyərli təcrübə əldə edib.

R. Xalıqov, həmçinin Qlobal İnnovasiya İnstitutu ilə həyata keçirilən proqramın ekosistem üçün önəmini vurğulayıb: ”Proqram sayəsində yerli mütəxəssislərimiz innovasiyanın təhsil, dövlət sektoru, innovasiya, akselerasiya, inkubasiya proqramları və özəl sektor kimi müxtəlif sahələrdə tətbiqinə dair, eləcə də həmin sahələrdə innovativ strategiya quruculuğu, innovasiya proseslərinin dizaynı və qiymətləndirilməsi üzrə qabaqcıl bilik və təcrübələrə yiyələniblər”.

Tədbirin davamında Qlobal İnnovasiya İnstitutu və “Code Academy” nümayəndələri proqramın gedişatı və əldə olunmuş nəticələr haqqında çıxış ediblər. Daha sonra sertifikat almış iştirakçıların layihə təqdimatı baş tutub.

Qeyd edək ki, mütəxəssislərlə yanaşı, bu proqramda innovasiya fəaliyyəti ilə məşğul olan qurumlar iştirak ediblər və proqramın yekunu olaraq rəsmi qlobal akkreditasiya əldə ediblər. Proqramdan məzun olan 38 mütəxəssis 45 beynəlxalq sertifikata, 8 ekosistem oyunçusu isə akkreditasiyaya yiyələniblər.

Beləliklə, proqram yalnız fərdlərin deyil, həm də təşkilatların beynəlxalq səviyyədə tanınmasını mümkün edir. Yerli mütəxəssislər beynəlxalq sertifikatlara yiyələnərək bilik və təcrübələrini, digər tərəfdən isə şirkət və təşkilatlar akkreditasiyadan keçməklə keyfiyyət göstəricilərini qlobal standartlara uyğunlaşdırırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Oktyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri