Icma.az
close
up
RU
Azərbaycanda insanlar şəcərələrini axtarıb tapa biləcəklər? “Sənədlər elektronlaşdırılıb və fond yaradılıb” ARXİVLƏ BAĞLI AÇIQLAMA

Azərbaycanda insanlar şəcərələrini axtarıb tapa biləcəklər? “Sənədlər elektronlaşdırılıb və fond yaradılıb” ARXİVLƏ BAĞLI AÇIQLAMA

Icma.az bildirir, Pravda.az portalına istinadən.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) 1823-1918-ci illəri əhatə edən arxivinin Tiflisdən Azərbaycana gətirilməsi ilə bağlı proses dayanıb.

Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq QMİ-dən bildirilib.

Qeyd olunub ki, 2012-ci ildən sonra Azərbaycana arxiv sənədi gətirilməyib: “Hazırda proses dayanıb. Sənədlərin tam gətirlməsi üçün külli miqdarda vəsait lazımdır. Müəyyən qədər vacib sənədlər ölkəyə gətirilib, lakin sənədlərin çox hissəsi Tiflisdədir. Gürcüstan Mərkəzi Dövlət Arxivi hər sənədi vermək üçün pul istəyir. Yəni dövlət dəstəyi olmasa, çətindir. QMİ bu prosesdə öz gücünə xeyli iş görüb, nə qədər bacarıbsa, sənəd gətirib. Gətirilən sənədlər elektronlaşdırılıb və fond yaradılıb, lakin bu, arxivin az bir qisimdir. O arxivdə İrəvanla bağlı çox sənəd var. Bu işlə QMİ-in Analitik təhlil və araşdırmalar şöbəsi bilavasitə məşğul olur, sadəcə vəsait lazımdır ki, işçi qrupu yenidən Tiflisə gedib işləyə bilsin”.

Xatırlatma: 2010-cu ildə Şeyxülislam Allahşükür Paşazadənin şəxsi təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin arxiv sənədlərinin Tbilisidən Bakıya gətirilməsi prosesi başlamışdı. 2012-ci ilə qədər 4 min səhifəyə qədər arxiv sənədi gətirilmişdi.

Qeyd: 1823-cü ildə çar Rusiyasında Qafqaz (Zaqafqaziya) şiələrinə başçılıq etmək üçün Tiflis şəhərində şeyxülislam vəzifəsi təsis edilib. Bundan 9 il sonra - 1832-ci ildə Tiflisdə Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də yaradılıb. Şeyxülislamın rəhbərlik etdiyi idarənin nəzdində şiə, müftinin rəhbərlik etdiyi idarənin nəzdində isə sünni ruhani idarələri 1872-ci il 5 aprel tarixli çar fərmanı ilə təsis edilib və 1917-ci ilin fevralına qədər fəaliyyət göstərib.

Aytəkin Qardaşova 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://pravda.az
archiveBu xəbər 28 Mart 2025 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elgünün işi ilə bağlı rəsmi çağırış: Kimdə varsa, gətirsin

20 May 2025 14:19see253

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

21 May 2025 19:43see191

BDU nun Psixoloji yardım sektoru Gənc istedadlar liseyində Sənin peşən, sənin gələcəyin adlı təlim keçirib

20 May 2025 10:51see147

Elgünün dostları və qohumları da dindirilib RƏSMİ AÇIQLAMA

20 May 2025 13:17see132

Bakı Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var FOTO VİDEO

21 May 2025 06:36see127

Bakıdakı dünya çempionatına start verildi Azərbaycan Bəhreynə qarşı

21 May 2025 09:47see119

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

21 May 2025 18:04see118

Bakıdan Tehrana və Təl Əvivə mesaj: Azərbaycan heç kimə hesabat vermir

20 May 2025 18:07see118

Bu meyvə ürəyin dərmanı imiş MÖCÜZƏ

20 May 2025 13:20see118

Bu kolbasalar böyrəkdə daş yaradır

20 May 2025 11:31see118

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

21 May 2025 07:16see117

Ukrayna Rusiyanın mühüm zavodunu vurdu

21 May 2025 10:06see116

Qarabağ FCSB matçı Avropa Liqasının TOP 10 da

20 May 2025 21:07see116

NATO bu ölkədə əməliyyat mərkəzi yaradır

20 May 2025 18:10see116

"İsrail özünü dostlarından təcrid edir"

20 May 2025 22:39see115

Dünən bank kartlarından oğurlanan vəsait açıqlanıb

20 May 2025 11:29see115

Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxsə ağır cəza verdi

20 May 2025 12:07see115

Bakıda qadın avtobusda bıçaqla sərnişinləri hədələdi Video

20 May 2025 10:09see115

Tbilisidəki bu məşhur tikili söküləcək

22 May 2025 03:17see114

Türkiyə minifutbol yığmasının baş məşqçisi: Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir

21 May 2025 16:39see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri