Icma.az
close
up
RU
Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

Icma.az bildirir, Azertag portalına istinadən.

Gəncə, 21 may, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) növbəti əməkdaşlıq mərhələsinə qədəm qoyur. Bu məqsədlə İRİA-nın nümayəndə heyəti ATU-ya səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində ATU-nun rektoru Yaşar Ömərovun İRİA-nın nümayəndə heyətini təmsil edən İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayev, İT və informasiya təhlükəsizliyi şöbəsinin müdiri İlkin Əzizov, Kibertəhlükəsizlik üzrə davamlı inkişaf və araşdırma şöbəsinin qrup rəhbərləri Xəyyam Məsiyev və Gülnar Mirhüseynova ilə görüşü olub.

Rektor Yaşar Ömərov görüşdə qeyd edib ki, rəqəmsal bacarıqların inkişafı və kibertəhlükəsizlik sahəsində kadr hazırlığının gücləndirilməsi universitetin əsas prioritetlərindəndir. Rektor bu əməkdaşlığın tərəflər üçün qarşılıqlı faydalı olacağını və tələbələrin innovativ mühitə inteqrasiyasına töhfə verəcəyi vurğulayıb.

Görüş zamanı Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin həyata keçirdiyi, ölkədə kibertəhlükəsizlik sahəsində kadr potensialının artırılmasını hədəfə alan “Beyin Mərkəzi” layihəsi çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Müzakirələr zamanı ATU-da kibertəhlükəsizlik ixtisası üzrə dərslərin təşkili, müəllimlər üçün master-klasların keçirilməsi, tələbələr üçün hakatonların təşkil edilməsi, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ixtisaslarının kurikulum və sillabuslarının yenilənməsi və əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində də müvafiq addımlar atılmasına dair qərar verilib.

Görüş çərçivəsində İRİA-nın nümayəndə heyəti ATU-nun Kibertəhlükəsizlik laboratoriyası ilə tanış olub. Tanışlıq zamanı ATU-nun Kibertəhlükəsizlik laboratoriyasının bazasında tələbələrin praktiki bacarıqlarının artırılması məqsədilə “Cyber Club”un yaradılması, burada mütəmadi olaraq onlayn və oflayn formatda “workshop”ların təşkili ilə bağlı razılıq əldə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri