Icma.az
close
up
RU
Bakıdan Tehrana və Təl Əvivə mesaj: Azərbaycan heç kimə hesabat vermir

Bakıdan Tehrana və Təl Əvivə mesaj: Azərbaycan heç kimə hesabat vermir

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, mayın 19-da “Araz-2025” adlı Azərbaycan–İran birgə hərbi təlimi başlayıb. Təlimin keçirilməsi, xüsusilə Müdafiə naziri Zakir Həsənovun İsrailə, Prezidentin köməkçisi Hikmət Hacıyevin isə Tehrana son səfərləri fonunda cəmiyyətin və siyasi müşahidəçilərin diqqətini cəlb edib. Bu paralel diplomatik və hərbi proseslər fonunda müəyyən suallar yaradır.

Bu təlimin regional və ikitərəfli münasibətlər baxımından perspektivləri nədir? Rəsmi Bakının bu addımı balanslı xarici siyasətin davamı kimi dəyərləndirilə bilərmi?

Globalinfo.az-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Azərbaycan rəsmilərinin həm İsrailə, həm də İrana səfərləri bir daha rəsmi Bakının xarici siyasətdə hər hansı bir tərəfin maraqlarını deyil, yalnız öz milli maraqlarını əsas götürdüyünü göstərir:

“Azərbaycan beynəlxalq münasibətlərdə öz strateji maraqları və hədəfləri çərçivəsində addımlar atır. İsraillə Azərbaycan arasında strateji əməkdaşlıq, o cümlədən hərbi və texnoloji sahələrdə müttəfiqlik münasibətləri mövcuddur. İran isə bizim yaxın qonşumuzdur və burada 30 milyondan artıq Azərbaycan türkü yaşayır. Onların maraqları və hüquqları Azərbaycan dövləti üçün xüsusi əhəmiyyət daşıyır.
Rəsmi Bakı göstərir ki, eyni zamanda həm İsraillə hərbi əməkdaşlığı davam etdirə, həm də İranla birgə hərbi təlimlər keçirə bilər. Azərbaycanın bu məsələlərdə heç bir kompleks yaşamaması, Cənubi Qafqazda həyata keçirdiyi balanslı və praqmatik xarici siyasətin göstəricisidir”.

Sədrəddin Soltan

Sədrəddin Soltanın fikrincə, İran tərəfi Azərbaycanla münasibətlərdə yol verdiyi səhvləri və əsassız iddiaları aradan qaldırsa, ölkəmizin hansı dövlətlərlə əməkdaşlıq edib-etməməsi barədə “məsləhət” verməyi dayandırsa, həmçinin Azərbaycan səfirliyinə qarşı törədilən terror aktının səbəbkarları ədalət qarşısında cavab versə, iki ölkə arasında münasibətlər daha da inkişaf edə bilər:

“Azərbaycanla İran arasında keçirilən birgə hərbi təlimlərin region üçün böyük əhəmiyyətə malikdir.

Regionda zaman-zaman terror təhlükəsi və xoşagəlməz hadisələr baş verə bilər. Bu isə təkcə bir ölkəyə deyil, bütün qonşu dövlətlərə təhlükə yarada bilər. Belə təlimlər qarşılıqlı etimadı artırmaqla yanaşı, perspektivdə hərbi əməkdaşlığın inkişafına zəmin yaradır. Bu həm də onu göstərir ki, Azərbaycan tərəfindən İran ərazisinə heç bir təhdid mövcud deyil”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:384
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 May 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri