Icma.az
close
up
RU
Azərbaycanda internetin kəsilmə riski sıfıra düşəcək

Azərbaycanda internetin kəsilmə riski sıfıra düşəcək

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, ixtisaslaşdırılmış gəmi Bakı limanından çıxaraq Qazaxıstanın Aktau limanı istiqamətində Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlayıb. 

Bu barədə Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb. Bildirilib ki, əlverişli hava şəraitində sualtı kabelin çəkilişinin 15-20 gün ərzində başa çatdırılması planlaşdırılır. 

Daha əvvəl Çində istehsal olunmuş və sınaqdan keçirilmiş zirehli optik kabel Kurık limanına çatdırılıb, sonra isə Bakıya daşınıb. Hazırda kabel tam olaraq kabel çəkən gəminin göyərtəsindəki xüsusi rezervuara yüklənib. İşlərə 20 min tondan çox su tutumuna malik, dinamik mövqeləndirmə sistemi ilə təchiz edilmiş ixtisaslaşmış gəmi cəlb olunub. 

Göyərtədə 70 heyət üzvü, texniki nəzarət mütəxəssisləri və "Kazakhtelecom"un nümayəndəsi var. Məlumata əsasən, layihəni Qazaxıstanın "Kazakhtelecom" SC və Azərbaycanın "AzerTelecom International" şirkəti tərəfindən yaradılmış "CaspiLink B.V." birgə müəssisəsi həyata keçirir. 

Kabelin Qazaxıstan və Azərbaycan hissələri artıq birləşdirilib, bütün optik xətlər sınaqdan keçirilib. Mütəxəssislər dəniz işlərinə başlamamışdan əvvəl mühəndislik araşdırmaları aparıb, lövbər dayanacaqlarından və hərbi təlim zonalarından yan keçən marşrutu müəyyən edib, eləcə də ekoloji icazə alıblar. Transxəzər Fiber-Optik Kabel Xəttinin 2026-cı ilin sonunadək istismara verilməsi planlaşdırılır. 

Transxəzər Fiber-Optik Kabel Xətti Azərbaycanın rəqəmsal infrastrukturu üçün hansı strateji əhəmiyyət daşıyır? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, Transxəzər Fiber-Optik Kabel Xəttinin ("Digital Silk Way" layihəsinin Xəzər seqmenti) tikintisinə başlanılması Azərbaycanın regional rəqəmsal mövqeyidir: 

“Bu daxili internet ekosistemi üçün geopolitik və texnoloji baxımdan dönüş nöqtəsidir. Bu layihə Azərbaycanı sadəcə internet istehlakçısı olan ölkədən Avropa ilə Asiyanı bağlayan böyük rəqəmsal tranzit koridoruna çevirir. 

Minimum 40 Tbit/s buraxılış zolağı imkan verəcək bu xətt ölkəmizin geoiqtisadi çəkisini, rəqəmsal suverenliyini kəskin artırır, ölkəyə tranzit data axınından sabit gəlir gətirir və regional Data Mərkəzlərinin (Data Centers) qurulması üçün zəmin yaradır. Bu infrastrukturun istismara verilməsi internetin sürəti, gecikmə müddəti (ping) və bağlantı sabitliyinə də birbaşa, müsbət təsir göstərəcək”. 

O qeyd edib ki, Asiya ilə Avropa arasında fiziki məsafəni qısaldan bu marşrut gecikmə müddətini minimal həddə endirərək canlı məlumat ötürülməsi və bulud xidmətlərində yüksək performans təmin edəcək: 

“Həmçinin, dənizaltı müstəqil optik magistralın olması beynəlxalq kanal asılılığını aradan qaldıraraq xarici xətlərdəki qəzalar zamanı internetin kəsilmə riskini sıfıra endirəcək. 

Ölkəyə daxil olan beynəlxalq internet zolağının həcminin qat-qat artması topdan satış maya dəyərini aşağı salacaq ki, bu da daxili bazarda 250–300 Mbit/s kimi yüksəksürətli paketlərin daha aşağı qiymətlərlə təqdim olunmasına güclü texniki-iqtisadi bazis yaradacaq”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: internet Elvin Abbasov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Avqust 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri