Icma.az
close
up
RU
Azərbaycanda internetlə bağlı yeni fakt açıldı “Bu, daha baha, ləng və güvənsiz internet deməkdir” AzPolitika onlayn siyasiictimai qəzet

Azərbaycanda internetlə bağlı yeni fakt açıldı “Bu, daha baha, ləng və güvənsiz internet deməkdir” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Osman Gündüz: “Ölkədaxili internet trafiki xarici tranzit şəbəkələrdən keçir. İnformasiya mübadiləsi dünyanı dolaşaraq baş tutur”

“Qlobal şəbəkəni analiz edəndə görmək olur ki, Azərbaycanda hazırda, nə qədər qəribə görünsə də, digər qonşu ölkələrdən fərqli olaraq İnternet Mübadilə Mərkəzi (Internet Exchange Point - IXP) yoxdur”.

“AzPolitika” xəbər verir ki, bu barədə multimedia sahəsi üzrə tanınmış ekspert Osman Gündüz bildirib.

Onun sözlərinə görə, bu mərkəz ölkə daxilindəki internet trafikini yerli səviyyədə yönləndirərək xarici şəbəkələrdən asılılığı, trafikin gecikmə müddətini azaldır və internet xidmətlərinin keyfiyyətini artırır.

“Mərkəzin olmaması ölkədaxili trafikin xarici tranzit şəbəkələrdən keçməsinə səbəb olur. Anlaşıqlı desək, belə bir mərkəzin olmaması səbəbindən iki yerli istifadəçimiz arasında informasiya mübadiləsi dünyanı dolaşaraq baş tutur”, - o, əlavə edib.

Ekspert özünün də buna təəccübləndiyini, bəzi ikinci səviyyəli provayderlərin müraciətindən sonra bu məsələni yenidən araşdırdığını vurğulayıb: “Bildiyim qədər, əvvəllər Delta Telecom magistral provayderi tərəfindən belə bir layihə aparılırdı. Bir müddət də işlək vəziyyətdə olmuşdu. İndi isə baxıram ki, bu az-ix.net layihəsi işləmir. İXP-lərlə bağlı qlobal rəsmi resurslarda da Azərbaycanda rəsmi bir İXP olmadığı görünür. Bizim magistral provayderlər bir sıra qlobal resursların serverlərini Azərbaycanda yerləşdirdiklərini bildirmişdilər. Eyni zamanda milli kontentin inkişafına yönəlik addımlar atılırdı. Əlbəttə, bütün bunlar ölkədaxili trafik mübadiləsini xeyli yaxşılaşdırır. Amma bunlar İXP-nin yerini verə bilməz”.

O.Gündüzün sözlərinə görə, İnternet Mübadilə Mərkəzinin olmaması daha bahalı internet, daha ləng internet və daha güvənsiz internet deməkdir.

“Trafikə çəkilən əlavə xərclər də sonda adi istifadəçilərin üzərinə düşür ki, bu da onsuz da baha olan internetin ölkəmizdə daha da bahalaşmasına gətirib çıxarır”, - o, qeyd edib.

Hansı addımların atılmasının vaibliyin gəlincə Osman Gündüz bunları qeyd edib: “Maraqlıdır ki, xeyli vaxtdır sektorda tənzimləyici qurum – İKTA formalaşıb, amma qurum indiyədək belə bir ciddi problemə diqqət yetirməyib. Düşünürəm ki, Azərbaycanda bir Milli İnternet Mübadilə Mərkəzi qurulmalıdır. İKTA hər üç magistral provayderi – “Azertelecom”, “Delta Telecom” və “AzTelekom”-u da cəlb etməklə bu problemi həll etməlidir. İKTA qlobal qurumları da bu prosesə qoşa bilər. Belə bir mərkəzin formalaşdırılması internetin keyfiyyətini artıracaq, qiymətləri aşağı salacaq, daha çevik, sürətli və effektiv informasiya mübadiləsi təmin edəcək və ölkə daxilində təhlükəsizliyi xeyli gücləndirəcək”.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Yanvar 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri