Azərbaycanda internetsiz məktəb yoxdur RƏSMİ
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda məktəblərin 63 faizi genişzolaqlı internetə qoşulub.
Modern.az xəbər verir ki, bu sözləri Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov qeyd edib.
Onun sözlərinə görə, rəqəmsallaşmanın əsas məqsədi şagirdlər üçün bərabər təhsil və öyrənmə imkanlarının yaradılmasıdır.
"Bəzən elə düşünülür ki, interneti olmayan məktəblər var. Amma bu belə deyil, internet bağlantısı olmayan məktəbimiz yoxdur. Sadəcə olaraq məktəblərin 63 faizi genişzolaqlı internetə qoşulub", - deyə o vurğulayıb.
Vüsal Xanlarov bildirib ki, hazırda ölkədə 2 857 məktəb genişzolaqlı internetlə təmin olunub. Həmçinin, şagirdlərin 82 faizi genişzolaqlı internet bağlantısı ilə əhatə edilib. 2020-ci ildə isə bu göstərici 171 məktəb təşkil edib.
İdarə rəisinin sözlərinə görə, 2026-cı ilədək məktəblərə ümumilikdə 236 min 295 kompüterin verilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 15 İyul 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















