Icma.az
close
up
RU
Azərbaycanda ipoteka: Bu, heç xəyal da deyil, özünü ələ salmaqdır VİDEO

Azərbaycanda ipoteka: Bu, heç xəyal da deyil, özünü ələ salmaqdır VİDEO

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Bu ölkədə ali təhsil aldım, iş tapdım, vergi ödədim. Diplomum da, əmək müqaviləm də var. Amma bir dam altı qaraltmaq arzusuna düşəndə gördüm ki, ödədiyim vergi əsasında formalaşan ipoteka sistemində yoxam. Ölkədə isə mənim günümdə olan on minlərlə insan var. Azərbaycanda ev almaq arzusu artıq xəyal deyil, özünü ələ salmaqdır.

İpoteka - kağızda ölən ümidlər

Gəlin rəqəmlərə diqqət edək. 2024-cü ildə Azərbaycanda orta əməkhaqqı 950-1000 manat arasında dəyişib. Amma “güzəştli ipoteka” ilə verilən evlərin aylıq ödənişi 700-1000 manat arasındadır. Bu, rəsmi statistikaya görə, bir ailənin gəlirinin 70-80 faizinin təkcə mənzil ödənişinə getməsi deməkdir.

Digər bir fakt. İpoteka almaq istəyənlər İpoteka və Kredit Zəmanət Fonduna müraciət edir, aylarla, illərlə gözləyir. Nəticəsi nə olur?

Yenə də rəsmi statistikaya müraciət edək: 2023-cü ildə 100 mindən çox insan ipoteka üçün müraciət edib. Onlardan yalnız 2-3%-i təsdiq alıb.

Bu rəqəm ölkədə ipokeka ilə bağlı vəzittəin nə qədər fəlakətli olduğunu göstərir.

Güzəştli ipoteka: Adı var, özü yox

Xeyli vaxtdır ölkədə güzəştli ipoteka kreditləri üzrə vətəndaşların müraciətləri qəbul olunur. Bu ipoteka proqramı aşağıdakı sosial qruplar üçün nəzərdə tutulub:

* Dövlət qulluqçuları

* Müəllimlər və təhsil işçiləri

* Hərbi qulluqçular

* Səhiyyə və sosial müdafiə işçiləri

* FHN və DİN əməkdaşları

* Elmi-tədqiqat sahəsində çalışanlar

* 2022-ci ildən etibarən – Media Reyestrində olan jurnalistlər

Amma bu hüququn verilməsindən təxminən iki il keçməsinə baxmayaraq, güzəştli ipotekadan faydalana bilən jurnalistlərin sayı bir əl barmaqlarını keçmir. Rəqəmlər göstərilməsə də, güzəştli ipotekadan cəmi 2-3 nəfərin bəhrələnə bildiyi hər kəsə bəllidir. Onlar da hansı zülm, sənəd bolluğu və “gözlə görək” cavabları ilə üzləşib, bir Allah bilir.

İpoteka sistemində hoqqabazlıq

Rəsmən bəyan olduğunu görə, Azərbaycanda 4%-li ipoteka mövcuddur. Ancaq vətəndaşlar bundan yaralana bilirmi? Məsələ burasındadır ki, maaş nə qədər yüksək olsa da, vətəndaş evin qiymətinin ən azı 30%-ni əvvəlcədən ödəməlidir. İkincisi, qalan məbləğ üçün sənə maksimum 100 min manat kredit verilir.

Bəs, Bakıda 130 min manata ev varmı? Yoxsa Salyanda ev alıb Bakıda işləmək lazımdır?

Sualı cavablandırmaq üçün ekspert olmağa ehtiyac yoxdur: mövcud ipoteka sistemi göstəriş xarakterlidir.

İpoteka faizləri: Rəsmi rəqəmlər və real ödənişlər arasındakı fərq

Rəsmi məlumatlara görə, güzəştli ipotekanın faiz dərəcəsi – 4%-dir. Adi ipotekanın faiz dərəcəsi isə – 7-8%. Amma sən bu “möcüzəvi” kreditlərdən birinə sahib olsan belə, əlavə ödənişlərlə real faiz 9-10%-ə qalxır.

Bunun səbəbi nədir? Məsələ burasındadır ki, daşınmaz əmlakın icbari sığortasının Bakı üzrə illik qiyməti 50 AZN-dir. Həyat sığortası isə kreditin 110%-i miqdarında illik əsasda tutulur. Əlavə rüsum və xidmət haqları da aylıq ödənişi 50-100 manat artırır.

Nəticədə, bankın 4%-lə təklif etdiyi ipotekanı sən 9%-lə ödəyirsən. Və “güzəştli ipotekam var” deyə susmalı olursan.

İpoteka sistemi faktiki olaraq iflas edib

Araşdırılsa, görünər ki, dövlətin ipoteka üçün ayırdığı vəsait faktiki olaraq bank sektorundakı müəyyən qrupların nəzarətindədir. Bu vəsaitlər real ehtiyac sahiblərinə deyil, çevrəyə, qohuma, tanışa daxili tapşırıqla yönləndirilir.

İpoteka sistemindən istifadə etmək üçün bu "amillər" vacibdir:

* Tanışın olmalıdır

* Tapşırıq göndərilməlidir

* “Sistem içindəki sistem” səni tanımalıdır

Əgər bu "imtiyazlar"a sahib deyilsənsə, o zaman sadəcə, bu sistemi kənardan müşahidı edib, tamaşaya çevrilmiş mənzil siyasətinə əl çalacaqsan. Bu bir həqiqətdir ki, “ipoteka” adı ilə təqdim olunan sistem yalnız banklara və elitar qruplara xidmət edir. Bu sistem dəyişməzsə, Azərbaycanda gənc ailələrin gələcəyi qaranlıqdır. Onlar nə ev ala biləcək, nə ailə quracaq, nə də bu ölkəyə bağlı qalacaq.


Zaur,
BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 May 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri