Icma.az
close
up
RU
Qohumla evlənmək özünü göz görə görə çətinliyə salmaqdır AÇIQLAMA

Qohumla evlənmək özünü göz görə görə çətinliyə salmaqdır AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda son illər əvvəlki illərlə müqayisədə nikah sayı azalsa da bu ilin ilk rübündə evlənənlərin sayı artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin birinci rübündə 11 min 206 nikah qeydə alınıb. Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı 4,0-dan 4,4-ə qədər artıb. Evlənənlərin sayının birdən-birə artmasının səbəbini bəziləri bu ilin iyul ayında qüvvəyə minəcək qohum evliliklərinin qadağasında görürlər. Bildiyimiz kimi, Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa iyulun 1-dən qüvvəyə minəcək.
Bununla bağlı sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlama verib.
O deyib ki, hazırda ölkədə bağlanan nikahların tərkibində qohum nikahlarının payı barədə ictimaiyyətə dəqiq statistika təqdim olunmayıb:
“Əgər bu istiqamətdə hər hansı araşdırma aparılsaydı, yəqin ki, nəticələr də cəmiyyətlə paylaşılardı. Nikahların sayında artım varsa, bunun nə dərəcədə qohumlar arasında bağlanan nikahlarla bağlı olduğunu bilmədən dəqiq qiymətləndirmə aparmaq çətindir. Aidiyyəti qurumlar nikahlarla bağlı statistik məlumatları daha detallı şəkildə açıqlamalı, qohum və yad nikahların nisbətini ayırd etməlidirlər. Bu cür təhlil gələcəkdə ailədaxili sağlamlıq və sosial problemlərin qarşısının alınması baxımından da mühüm əhəmiyyət daşıyır. Son dövrlər Azərbaycanda nikahların artması müşahidə olunsa da, bu artımın səbəbi narahatlıq doğurur. Qohum nikahlarının sayının artması bu rəqəmlərdə ciddi rol oynayır və bu, sevindirici deyil, əksinə, faciəvi bir tendensiyadır.
Sosioloq diqqətə çatdırıb ki, yaxın vaxtlarda qohum nikahlarına dair hüquqi məhdudiyyətlərin qüvvəyə minəcəyi gözlənilir və bu səbəbdən bir çox ailələr nikahlarını tələsik şəkildə rəsmiləşdirməyə çalışırlar:
“Bu cür ailə qurmaq, əslində, gələcəkdə ciddi sosial və tibbi problemlərə yol aça bilər. Qohumla evlənmək özünü göz görə-görə çətinliyə salmaqdır, gələcək faciələrə dəvət göndərməkdir. Əhalidə tibbi savadlılıq zəifdir. Qohum nikahlarının fəsadlarına dair kifayət qədər məlumat yoxdur və ən pisi – bu məlumatı almaq istəmirlər. Bu istiqamətdə maarifləndirmə işləri gücləndirilməli, xüsusilə regionlarda əhalinin qohum nikahlarının tibbi və genetik riskləri barədə məlumatlandırılması vacibdir. Əks təqdirdə, bu tip ailə quruluşları gələcək nəsillər üçün ağır nəticələrə səbəb ola bilər”.
Leyla Turan 
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 May 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri