Icma.az
close
up
RU
Dövlət Başçıları Şurasının 13 cü Zirvə Görüşü

Dövlət Başçıları Şurasının 13 cü Zirvə Görüşü

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Oktyabrın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin paytaxtı Ankarada keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşündə iştirak edib.

Ceyhun Bayramov Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Türkiyə tərəfinə təşəkkürünü bildirib, Türkiyə xalqını Cümhuriyyətin 103-cü ildönümü münasibətilə bir daha təbrik edib. Azərbaycanın keçən bir il ərzində TDT-yə sədrliyi dövründə əsas prioritetin “Regional sülh və təhlükəsizlik” olduğunu bildirən nazir beynəlxalq münaqişələrin vüsət aldığı, təhlükəsizlik təhdidlərinin artdığı, beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu hazırkı şərtlərdə sözügedən prioritetin aktuallığını vurğulayıb.

Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində xarici işlər nazirlərinin, Təhlükəsizlik Şuraları katiblərinin və eləcə də müdafiə sənayesi qurumları rəhbərlərinin görüşlərinin keçirildiyi diqqətə çatdırılıb. Müdafiə sənayesi sahəsində 2027-ci il üçün Əməkdaşlıq Yol Xəritəsinin qəbul edildiyi vurğulanıb. TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsinin əsas prioritetlərdən olduğu bildirilib. Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin reallaşdırılması, nəqliyyat bağlantılarının genişləndirilməsi, qarşılıqlı investisiyalar və birgə layihələrin ticarət və sənaye sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd olunub.

Azərbaycanın ənənəvi enerji resurslarının etibarlı təchizatçısı kimi rolunu davam etdirməklə yanaşı, Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerji və rəqəmsal bağlantıların inkişafına töhfə verdiyi vurğulanıb. Sədrliyimiz dövründə Bakıda Mərkəzi Banklar Şurasının, həmçinin Maliyyə Monitorinqi Xidmətləri rəhbərlərinin görüşlərinin keçirildiyi, müvafiq əməkdaşlıq platformasının yaradıldığı bildirilib.

Ortaq tarix, dil və mədəni irsin qorunmasının əhəmiyyətinə toxunularaq, bu il Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin, eləcə də Müsəlman Dini İdarələri rəhbərləri Şurasının toplantısının keçirildiyi qeyd olunub.

TDT-nin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından TDT+ formatının əhəmiyyəti vurğulanıb, Təşkilatın BMT Baş Assambleyasında müşahidəçi statusu qazanması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda C.Bayramov Azərbaycanın sədrliyi dövründə göstərdikləri dəstəyə görə üzv dövlətlərə təşəkkür edib, Türkiyəyə sədrliyi müddətində uğurlar arzulayıb.

Təşkilatın inkişafına verdiyi töhfələrə görə Baş katib Kubanıçbek Ömüralıyevə minnətdarlıq ifadə olunub. Eyni zamanda, yeni Baş katib Mirvoxid Azimov təyinatı münasibətilə təbrik edilib və ona fəaliyyətində uğurlar arzulanıb.

Sonda Ankara Bəyannaməsi qəbul olunub.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri