Icma.az
close
up
RU
AZƏRBAYCANDA İŞ SAATINA GÖRƏ MAAŞ DÖVRÜ GƏLİR Kim qazanacaq?

AZƏRBAYCANDA İŞ SAATINA GÖRƏ MAAŞ DÖVRÜ GƏLİR Kim qazanacaq?

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiq olunacağı bildirilir.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məlumat verib. O, bildirib ki, nazirlik tərəfindən əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədilə davamlı tədbirlər görülür.

“Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı müəddəaların və sair məsələləri nəzərdə tutur”, - deyə o, bildirib.

Yeni nazir saatlıq minimum əməkhaqqı sisteminə hansı tarixdən keçid ediləcəyini açıqlamasa da, artıq bu mövzu xeyli müddətdir ki, ictimai müzakirələrin mərkəzindədir. Bu məsələ son zamanlar tez-tez gündəmə gətirilir. Təbii olaraq cəmiyyətdə bu dəyişikliklə bağlı bir sıra suallar yaranır və onların əksəriyyəti hələ cavabsız qalır. Bu gün ən çox maraq doğuran məsələlərdən biri odur ki, əgər bu sistemə keçid baş verərsə, əməkhaqqılar artacaqmı? Eyni zamanda, bu dəyişikliyin həm işəgötürənlər, həm də işçilər üçün hansı üstünlüklər və çatışmazlıqlar yaradacağı da digər bir ciddi müzakirə mövzusudur.

Ekspertlər hesab edirlər ki, əmək bazarına təsiri baxımından, saatlıq minimum əməkhaqqı rejiminə keçid bəzi sahələrdə əmək şəffaflığının artmasına və işçilərin hüquqlarının daha yaxşı qorunmasına səbəb ola bilər. Qeyd olunur ki, bu sistem əməkdaşların faktiki işlədiyi saatlara əsasən ödəniş almalarını təmin edərək qeyri-rəsmi məşğulluğun qarşısını almağa da kömək edə bilər.

Digər tərəfdən, belə bir məsələ də var ki, kiçik və orta sahibkarlıq subyektləri üçün bu keçid əlavə maliyyə yükü yarada və bəzi hallarda iş yerlərinin azalmasına səbəb ola bilər.

Bu barədə iqtisadçı ekspert Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, bu dəyişikliyə görə, maaşlarda heç bir artım baş verməyəcək.


Ekspert qeyd edib ki, sadəcə maaşların hesablama mexanizmi dəyişəcək: “Hazırd "freelancer"lər (sərbəst işçi), qısa müddətli çalışan, qısa müddətli müqavilələr bağlayan işçilər çoxdur. İnsanlar özlərinə fərdi işlər tapırlar, işə getmədən, evdən çalışırlar. Başqa sözlə, onlar həftəlik 40 saatdan az çalışırlar. Bu kateqoriyadan olan işçilərin əməkhaqqılarında dəyişiklik olacaq. Onlar çalışdıqları saata uyğun məvacib alacaqlar. Özəl və dövlət sektorunda 30 günlük iş rejimində çalışan işçilərin əməkhhaqında isə hər hansı dəyişiklik olmayacaq”.

“Bu gün hökumət deyir ki, ay ərzində vətəndaşa minimum əməkhaqqından az maaş verilə bilməz. Amma əlində rıçaq yoxdur desin ki, 10 saat çalışana nə qədər məvacib verilə bilər. Bax, bu, problemdir. İndi isə saatlıq əməkhaqqı olacaq. Təyin olunacaq ki, məsələn, 1 saatlıq minumum əməkhaqqı məbləği 2 manat 40 qəpikdir. Artıq saatbaşına işçiyə bu məbləğdən aşağı məvacib verilməyəcək”, -deyə ekspert bildirib.

X. Kərimli əlavə edib ki, bu, işçilər və şirkətlər üçün müəyyən üstünlüklər gətirəcək: “İlk növbədə bu addım nəzarət imkanlarını artıracaq. Məsələn, bir adam 12 saat çalışıbsa, ona aşağı məbləğli ödəniş olunmayacaq. Yəni, yeni dəyişiklik işçilərin hüququnu qoruyacaq. İkinci növbədə vergidən yayınmaın qarşısını nisbətən alacaq. Şirkətlər üçün də maraqlı bir yanaşma olacaq. Məsələn, elə şirkətlər var ki, sezonda daha çox iş saatı, qeyri-mövsüm dönəmində isə daha az iş saatına ehtiyacları var. Bu məsələ də tənzimlənmiş olacaq”.

Hüquqşünas Əkrəm Həsənov “AzPolitika”-ya şərhində bildirib ki, əslində bu, sadəcə texniki bir məsələdir:“Aylıq minimum əməkhaqqı 400 manatdır. İndi bu məbləği bölüb hesablayacaqlar ki, saatbaşına işçiyə hansı məbləğ ödənəcək. Yəni, burada hər hansısa əməkhaqqı artımı falan yoxdur. Rahatlıq baxımından işçinin xeyrinə olan bir qərardır. Çünki bəziləri günlük və ya həftəlik çalışır. İndi saat hesabı olduğundan işçiyə ödənəcək maaşı da rahat hesablamaq mümkün olacaq”.

Ə. Həsənov qeyd edib ki, bunun üçün Əmək Məcəlləsinə elə də çox dəyişiklik edilməyəcək.

Milli Məclisin Əmək və əhalinin sosial müdafiəsi komitəsinin üzvü Vüqar Bayramov isə bildirib ki, saatlıq minimum maaşın tətbiq edilməsi vətəndaşın bir neçə yerdə çalışmasına və daha yüksək maaş almasına imkan verir.

Deputat vurğulayıb ki, saatlıq minimum əmək haqqı tətbiq edən ölkələrin praktikası bunun işləyən vətəndaşların maaş artımına təsir göstərdiyini ortaya qoyur:“Saatlıq əmək haqqı xüsusilə də əmək müqaviləsi ilə çalışan vətəndaşların maaşına təsir edir. Digər tərəfdən, bu həm həftəsonu, həm də iş saatlarından sonra, o cümlədən bayram günü işləyən vətəndaşların daha yüksək tarifli əmək haqqı almasına gətirib çıxarır. Bu, həmçinin işçilərin sosial hüquqlarının qorunması baxımından vacibdir. Çünki söhbət çalışılan hər saat üçün əmək haqqı ödənilməsi məsələsindən gedir. Ona görə də oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğun olardı. Bu istiqamətdə müzakirələrin və təhlillərin aparılması, saatlıq iş rejiminə keçilməsi istisna deyil”.

Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycanda ixtisassız əməyə və xidmət sahələrinə görə işçilərə minimum əməkhaqqı əsasında ödəniş edilir. Hazırda ölkədə minimum əməkhaqqı məbləği 400 manatdır. Bu rəqəm 1 yanvar 2025-ci ildə müəyyən edilib və 700 min nəfəri əhatə edir. Bunun da 400 mini dövlət, 300 mini isə özəl sektorda çalışır.

Mövcud göstəricilərə əsaslanaraq, əgər aylıq minimum əməkhaqqı sistemindən saatlıq sistemə keçiləcəksə, həmin vəsaitin saatlıq qarşılığını hesablamaq mümkündür. Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, ölkədə gündəlik normativ iş vaxtı maksimum 8 saat, həftəlik isə 40 saat təşkil edir. Ay ərzində orta hesabla 160 saatlıq iş vaxtı nəzərə alınarsa, 400 manatlıq aylıq minimum əməkhaqqı 160 saata bölündükdə (400 : 160 = 2.5 AZN) bu zaman həmin işçinin saatlıq məvacibi təxminən 2 manat 50 qəpik təşkil edəcək.


Qeyd edək ki, dünyada saatlıq minimum əməkhaqqı ölkədən ölkəyə dəyişir və bu fərqliliklər iqtisadi inkişaf səviyyəsi, həyat dəyəri və əmək bazarının xüsusiyyətləri ilə əlaqədardır. Məsələn, Avropa ölkələrinin əksəriyyətində uzun illərdir ki, artıq saatlıq minimum əməkhaqqı sistemi tətbiq olunur. Hazırda Avropada orta hesabla saatlıq minimum əməkhaqqı təxminən 11 avro təşkil edir. Bununla belə, bir çox ölkələrdə bu göstərici 11 avronu üstələyir və hər il yenilənərək artırılır.

Məsələn, qardaş ölkə Türkiyədə 2025-ci il üçün aylıq minimum əməkhaqqı 22104 türk lirəsi təşkil edir. Həftəlik 45 saatlıq iş rejimi nəzərə alındıqda, bu, saatlıq təxminən 122 türk lirəsi və ya təxminən 10 manat 44 qəpik edir. Qonşu Gürcüstanda isə dövlət səviyyəsində minimum əməkhaqqı 5.15 dollar olsa da, əksər işçilərə saatlıq 7.25 follar məvacib ödənilir ki, bu da təxminən 12 manat 33 qəpik edir.

Rusiyada aylıq minimum əməkhaqqı 22440 rubl təşkil edir. Həftəlik 40 saatlıq iş rejimi nəzərə alındıqda, bu, saatlıq təxminən 129.65 rubl, cari məzənnə ilə təxminən 2 manat 38 qəpik edir. Ermənistana gəlincə, burada aylıq minimum əməkhaqqı məbləği 75000 erməni dramıdır. Bu, saatbaşına 500 erməni dramına (təxminən 2 manat 25 qəpik) bərabərdir.

Maraq üçün digər ölkələrdə saatbaşına ödənilən minimal əməkhaqqı məbləğini təqdim edirik:

- Avstraliya 15,23 dollar (25.90 AZN);

- Yeni Zellandiya 13,90 dollar (23. 64 AZN);

- Almaniya- 12 avro (21.60 AZN);

- Fransa - 11.65 avro (20.97 AZN);

- Niderland - 10.44 avro (18.79 AZN);

- Belçika - 10.38 avro (18.68 AZN);

- İrlandiya - 9.62 avro (17.31 AZN);

- ABŞ (Kaliforniya) – 20 dollar (34 AZN);

- ABŞ (Vaşinqton) - 17.50 dollar (29.75 AZN);

- İsrail - 9.46 dollar (16.08 AZN);

- Yaponiya (Tokyo) - 7.50 dollar (12.75 AZN);

- İsveçrə (Cenevrə) – 23 İsveç kronu (44.16 AZN).

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Aprel 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

28 Aprel 2025 00:58see156

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

28 Aprel 2025 04:16see149

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

27 Aprel 2025 22:09see142

Bu gün İran prezidenti geniş nümayəndə heyəti ilə Azərbaycana gəlir

28 Aprel 2025 00:44see142

Lill , Oser və Marsel hesablarına 3 xal yazdırıblar

28 Aprel 2025 01:39see139

Mərkəzi Aran bölgəsinin uşaq və gəncləri Mingəçevirdə bir araya gəliblər

28 Aprel 2025 00:40see137

Özgür Özəl: Mühafizəçilərin kameranı bağlaması məcburi bir vəzifədir

28 Aprel 2025 01:19see137

Bakı Gəncə sürət qatarına biletlərin qiyməti bilindi CƏDVƏL VİDEO

28 Aprel 2025 00:05see135

Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama

28 Aprel 2025 00:56see132

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir Pezeşkian

27 Aprel 2025 23:55see131

9 vərdişdən imtina edin: qarındakı piy bir aya YOX OLACAQ

28 Aprel 2025 02:03see129

“Liverpul”a çempionluq üçün cəmi 1 xal lazımdı

27 Aprel 2025 23:18see127

Keçmiş icra başçısının Avstriyada mebel mağazası var? ARAŞDIRMA

28 Aprel 2025 17:47see127

Kənan Yıldız karyerasında ilk qırmızı vərəqə alıb

27 Aprel 2025 23:57see127

“Bavariya”nın müdafiəçisi Premyer Liqaya doğru

28 Aprel 2025 12:44see125

La Liqa: Espanyol evə xalsız qayıtdı

28 Aprel 2025 04:15see125

ABŞ döyüş təyyarəsi təyyarədaşıyan gəmidən dənizə düşüb

29 Aprel 2025 00:02see121

Mina terroru 26 nəfərin ölümünə səbəb oldu

29 Aprel 2025 13:00see114

Bakının mərkəzində restoran yanır

29 Aprel 2025 19:26see113

“Bu Platforma üzv təşkilatlar arasında təcrübə və məlumat mübadiləsini asanlaşdıracaq”

28 Aprel 2025 20:19see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri