Icma.az
close
up
RU
İŞ SAATINA GÖRƏ MAAŞ MƏSƏLƏSİ TƏXİRƏ SALINDI... Saatda nə qədər qazanırıq, nə dəyişəcəkdi?

İŞ SAATINA GÖRƏ MAAŞ MƏSƏLƏSİ TƏXİRƏ SALINDI... Saatda nə qədər qazanırıq, nə dəyişəcəkdi?

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda saatlıq əmək haqqı sisteminə keçidin təxirə salındığı bildirilir. Belə ki, regional məsələlər komitəsinin son iclasında Əmək Məcəlləsinə təklif olunan bir sıra mühüm dəyişikliklər edilib. Uşağın doğulması ilə əlaqədar atalara 14 günlük ödənişli məzuniyyətin verilməsi, distant işin hüquqi rəsmiləşdirilməsi və tələbələrin istehsalat təcrübəsi dövründə əmək müqaviləsi ilə təmin olunması kimi yeniliklər qanun layihəsində yer alıb. Bununla yanaşı, bir müddətdir gündəmdə olan saatlıq minimum əməkhaqqına keçid məsələsi isə layihəyə daxil edilməyib.

Qeyd edək ki, bir müddət əvvəl rəsmi qurumlar saatlıq minimum əmək haqqı ilə bağlı təkliflər hazırlandığını bildirsələr də, hazırda Əmək Məcəlləsinə edilən dəyişiklikdə bu məsələ nəzərdə tutulmayıb və saatlıq minimum əməkhaqqı barədə planlar təxirə salınıb.

Uzun müddətdir ictimai müzakirələrin mərkəzində olan bu mövzu ilə bağlı bir sıra ekspertlər bildirirdilər ki, əmək bazarına təsiri baxımından, saatlıq minimum əmək haqqı rejiminə keçid bəzi sahələrdə əmək şəffaflığının artmasına və işçilərin hüquqlarının daha yaxşı qorunmasına səbəb ola bilər. Qeyd olunur ki, bu sistem əməkdaşların faktiki işlədiyi saatlara əsasən ödəniş almalarını təmin edərək qeyri-rəsmi məşğulluğun qarşısını almağa da kömək edə bilərdi.

İqtisadçı Xalid Kərimli “AzPolitika”-ya açıqlamasında bildirib ki, Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid ümumilikdə faydalı ola bilərdi.


Onun sözlərinə görə, hazırkı əmək haqqı modeli sovet dövründən qalma sistemdir və müasir əmək bazarının tələblərinə cavab vermir:“Hazırda elə çoxlu işlər var ki, frilanserlər və ya qeyri-sabit qrafiklə çalışan insanlar əvvəlki 8–10 saatlıq iş sistemi ilə uyğunlaşa bilmir. Sovet dövründə insanlar yalnız dövlət sektorunda, muzdlu işlərdə çalışırdı və başqa iş formaları demək olar ki, yox idi. Amma indi vəziyyət tam fərqlidir. Bu gün dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə saatlıq əmək haqqı geniş tətbiq olunur. Biz də həmin yaxşı praktikanı ölkəyə gətirmək istəyirdik”.

İqtisadçının sözlərinə görə, nəzərdə tutulan model üzrə minimum əmək haqqı olan 400 manat ay ərzindəki ümumi iş saatlarına bölünəcəkdi: “Lakin burada bir problem var. Bizdə minimal əməkhaqqı real bazar qiymətlərindən xeyli aşağıdır. Orta aylıq əməkhaqqı təxminən 1100 manatdır, minimum əməkhaqqı isə 400 manat. Bununla belə, minimal maaş alan insanlar da mövcuddur. Dövlət üçün də maraqlı idi ki, minimal hədd dəqiq müəyyən olunsun və müqavilələr bağlanarkən vergi düzgün hesablansın”.

Hesablamaya gəlincə, ekspert gözlənilən sistemi belə izah edir:“Təxmini hesablasq, ayda 22 iş günü var. 22-ni 8 saataa vuranda 176 saat edir. 400 manatı 176 saata bölsək, saatlıq əmək haqqı təxminən 2 manat 27 qəpik olur. Yəni, burada maaş artımından söhbət getmir, sadəcə yeni qaydada hesablamanın müəyyən edilməsindən gedir”

X. Kərimli sonda qeyd edib ki, gələcəkdə bu rejimə keçidin baş verməsi gözləniləndir.


Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycanda ixtisassız əməyə və xidmət sahələrinə görə işçilərə minimum əmək haqqı əsasında ödəniş edilir. Hazırda ölkədə minimum əmək haqqının məbləği 400 manatdır. Bu rəqəm 1 yanvar 2025-ci ildə müəyyən edilib və təxminən 700 min nəfəri əhatə edir. Bunun da 400 mini dövlət, 300 mini isə özəl sektorda çalışır.

Qeyd edək ki, dünyada saatlıq minimum əmək haqqı ölkədən-ölkəyə dəyişir və bu fərqliliklər iqtisadi inkişaf səviyyəsi, həyat dəyəri və əmək bazarının xüsusiyyətləri ilə əlaqədardır. Məsələn, Avropa ölkələrinin əksəriyyətində uzun illərdir ki, artıq saatlıq minimum əmək haqqı sistemi tətbiq olunur. Hazırda Avropada orta hesabla saatlıq minimum əmək haqqı təxminən 11 avro təşkil edir. Bununla belə, bir çox ölkələrdə bu göstərici 11 avronu üstələyir və hər il yenilənərək artırılır.

Məsələn, qardaş ölkə Türkiyədə 2025-ci il üçün aylıq minimum əmək haqqı 22104 türk lirəsi təşkil edir. Həftəlik 45 saatlıq iş rejimi nəzərə alındıqda, bu, saatlıq təxminən 122 türk lirəsi və ya təxminən 10 manat 44 qəpik edir. Qonşu Gürcüstanda isə dövlət səviyyəsində minimum əmək haqqı 5.15 dollar olsa da, əksər işçilərə saatlıq 7.25 dollar məvacib ödənilir ki, bu da təxminən 12 manat 33 qəpik edir.

Rusiyada aylıq minimum əmək haqqı 22440 rubl təşkil edir. Həftəlik 40 saatlıq iş rejimi nəzərə alındıqda, bu, saatlıq təxminən 129.65 rubl, cari məzənnə ilə təxminən 2 manat 38 qəpik edir.

Ermənistana gəlincə, burada aylıq minimum əmək haqqı məbləği 75000 erməni dramıdır. Bu, saatbaşına 500 erməni dramına (təxminən 2 manat 25 qəpik) bərabərdir.

Maraq üçün digər ölkələrdə saatbaşına ödənilən minimal əmək haqqı məbləğini təqdim edirik:

- Avstraliya - 15,23 dollar (25.90 AZN);

- Yeni Zellandiya - 13,90 dollar (23. 64 AZN);

- Almaniya - 12 avro (21.60 AZN);

- Fransa - 11.65 avro (20.97 AZN);

- Niderland - 10.44 avro (18.79 AZN);

- Belçika - 10.38 avro (18.68 AZN);

- İrlandiya - 9.62 avro (17.31 AZN);

- ABŞ (Kaliforniya) - 20 dollar (34 AZN);

- ABŞ (Vaşinqton) - 17.50 dollar (29.75 AZN);

- İsrail - 9.46 dollar (16.08 AZN);

- Yaponiya (Tokyo) - 7.50 dollar (12.75 AZN);

- İsveçrə (Cenevrə) - 23 İsveç kronu (44.16 AZN).

E. Bəyməmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Dekabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri