Icma.az
close
up
RU
Azərbaycanda jurnalistlər nə qədər maaş alır Rəqəmlər açıqlandı

Azərbaycanda jurnalistlər nə qədər maaş alır Rəqəmlər açıqlandı

Icma.az bildirir, Sitat.info portalına istinadən.

Media sektorunda tez-tez paylaşılan iş elanlarındakı əməkhaqqı təklifi müzakirə mövzusu olur. Bəzən tələblər bölməsində hərtərəfli bilik və bacarıqları qeyd edən işəgötürənlər təklif bölməsində ona adekvat olmayan bir rəqəmlə əməkhaqqını göstərirlər. Əsasən 400-500 manatlıq əməkhaqqı təklifi jurnalistləri narazı salır. Onlar,  işçidən savad, təhsil, təcrübə, dil bilgisi, SMM bacarığı, diqqət, gərgin rejimdə işləmək  bacarığı və sürət tələb edən ən çətin fəaliyyət sahələrindən biri olan jurnalistikada əməkhaqqının bu səviyyədə olmasını yanlış hesab edirlər. 

Onu qeyd edək ki, Azərbaycanda media sahəsində distant iş təcrübəsi o qədər də yayılmayıb, ofisdən işləmək şərti bütün iş elanlarında qeyd edilir. İş yeri də şəhərin mərkəzində... Bu əmək haqqının ən az 200 manatının yol xərcinə hesablanması deməkdir. Nəticədə jurnalistin cibində qalan pul onun minimum ehtiyaclarına ancaq yetmiş olur. 

Jurnalistlərtin bu narazılığına cavab olaraq, qarşı tərəf də qeyd edir ki, sözügedən iş təklifinə tələb var, müraciətlər də olunur və bu maaşla çalışanlar da var.  

Onu da əlavə edək ki, bu rəqəmlər media sektorunda orta aylıq əmək haqqı deyil. Orta aylıq əməkaqqı daha yüksəkdir. Ehtimal ki, aşağı əməkhaqqı ilə olan iş təklifləri də daha çox jurnalist fəaliyyətinə yeni başlayan gənclər üçün sərfəli olur.

Sitat.info-ya açıqlamasında tez-tez müzakirə olunan bu mövzuya münasibət bildirən Mətbuat Şurasının İH üzvü, media eksperti Müşviq Ələsgərli bildirdi ki, bu cür elanlar Azərbaycanda jurnalistika sahəsində orta statistik əməkhaqqı göstərici hesab edilmir: "Bu Azərbaycanda orta statistik göstərici deyil, ən aşağı göstəricidir. Biz Azərbaycanda media sahəsində əməkhaqqlarını 3 kateqoriya üzrə bölürük. 500 manata qədər əmək haqqı verən media subyektləri, 500-dən 1000 manata qədər olanlar və 1000 manatdan yuxarı olanlar... Biz təsnifatlaşmanı təqribən bu cür edirik. Hər il  bu statistikanı paylaşırıq. Düzdür, bu gün Azərbaycanda jurnalistə 400-500 manat əmək haqqı verənlər var, amma onların sayı kifayət qədər aşağıdır. Təxminən 15-20 faiz media subyektləri az maaş verir".

M.Ələsgərli jurnalistlərin orta aylıq əmək haqqı statistikasını da açıqladı: "Azərbaycanda jurnalistlər üçün orta aylıq əmək haqqı keçən il 700-800 manat civarında idi, bu il də təxminən 800-900 manat olacaq. Ölkəmizdə jurnalistlərin 20 faizə qədəri 500 manat civarında, 60-70 faizi 500-1000 manat arasında, 10-15 faizi isə 1000 manatdan yuxarı maaş alır. Yəni, burada heç bir media qurumuna nə qədər maaş verməsi ilə bağlı şərt qoymaq, tələb qoymaq olmaz. Əsas odur ki, ölkədə minimum əmək haqqı var və ondan aşağı maaş verilə bilməz. Yuxarı həddi isə redaksiyanın öz imkanlarından asılıdır".

Tehran,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sitat.info
archiveBu xəbər 09 Dekabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri