Icma.az
close
up
RU
Azərbaycanda karantin rejimi tətbiq olunacaq?

Azərbaycanda karantin rejimi tətbiq olunacaq?

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Samuxda 5 nəfərdə ilkin müayinələr nəticəsində qarayara xəstəliyinin əlamətləri olduğu müəyyən olunub. Hazırda onların müalicəsi Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Yoluxucu xəstəliklər şöbəsində aparılır.

Hurriyyet.Media  bildirir ki, məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablayan infeksionist Mərdan Əliyev qarayaranın necə yayıldığı, xəstəliyin əsas əlamətləri, yoluxma riskləri barədə məlumat verib.

O bildirib ki, qarayara xəstəliyi çöpşəkilli xüsusi bakteriyalar tərəfindən törədilir və adətən heyvanlardan insanlara yoluxur:

“İnsandan insana yoluxma hallarına nadirən rast gəlinir. Bu xəstəlik qəssab peşəsi ilə məşğul olan şəxslərdə daha çox görülür. Qarayaraya yoluxan insanlardan da birinci elə peşəsi soruşulur. Qarayaranın ən çox yayılan forması dəri formasıdır. Əgər dəridə mikrozədələr varsa, xəstə heyvanın qanı, ifrazatı ilə təmasda olarkən bakteriya dəriyə düşür. İlk növbədə kiçik səpgilər yaranır. Bu səpgilərə bəzən diqqət edilmir, lakin sonradan həmin səpgilər getmir, böyüyür və yaraya çevrilir. Ona qarayara deyilməsinin səbəbi orta hissəsinin kömür kimi qara rəngdə olması ilə əlaqəlidir. Bu nahiyə nekroz sahəsi olduğu üçün ağrı müşahidə olunmur. Yaranın qıraqlarında isə qırmızı, eritematoz, ödemli forma olur, yəni şişkin, bir qədər qabarıq olur”.

İnfeksionist qeyd edib ki, daxili orqanlarda qarayaraya nadirən rast gəlinir:

“Ağciyər, bağırsaqlarda bunlar daha təhlükəli hesab olunur. Qarayaraya yoluxan insanlar əsasən xəstəxana şəraitində müalicə almalıdırlar. Hansı heyvandan yoluxubsa, tez bir zamanda həmin heyvan tapılmalı, həmin ocaqda ehtiyac olarsa, sanitar-epidemioloji tədbirlər görülməlidir ki, artıq yeni yoluxma halları qeydə alınmasın”.

Mərdan Əliyev bildirib ki, bu xəstəlik insandan insana keçmədiyi üçün karantin rejiminin tətbiqinə ehtiyac yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Avqust 2026 05:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri