Icma.az
close
up
RU
Azərbaycanda qənaət rejimi tətbiq olunacaq?

Azərbaycanda qənaət rejimi tətbiq olunacaq?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər dünyada baş verən iqtisadi dəyişikliklər, bahalaşma, enerji xərclərinin artması və qlobal qeyri-müəyyənlik bir çox ölkələri daha ehtiyatlı davranmağa məcbur edir. 

Artıq bəzi dövlətlər vətəndaşları resurslardan düzgün istifadəyə, israfın azaldılmasına və qənaət vərdişlərinə çağırır. Xüsusilə enerji, yanacaq və gündəlik istehlak sahəsində nəzarətli davranış həm ailə büdcəsi, həm də ölkə iqtisadiyyatı üçün vacibdir.

Bu baxımdan Hindistanda da oxşar çağırışlar səsləndirilib. Hindistanın Baş naziri Narendra Modi ölkə vətəndaşlarını yanacaq, enerji və lazımsız xərclərlə bağlı daha qənaətcil olmağa çağırıb.

O, ictimai nəqliyyatdan istifadənin artırılması, israfın azaldılması və yerli məhsullara üstünlük verilməsinin iqtisadi baxımdan vacib olduğunu bildirib.

Maraqlıdır, Azərbaycan da qənaət rejiminə keçməlidirmi? Biz hansı sahələrdə qənaət etməli, nələrdən imtina etməliyik?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, həm vətəndaş, həm də dövlət səviyyəsində səmərəlilik əsas olmalıdır:

"Hindistanın Baş naziri Narendra Modinin səsləndirdiyi fikirlər təkcə Hindistan üçün deyil, ümumilikdə qlobal iqtisadiyyat üçün aktualdır. Son vaxtlar xüsusilə Hörmüz boğazı ilə bağlı yaranan problemlər və ümumilikdə geosiyasi gərginliklər bu məsələnin əhəmiyyətini daha da artırıb.

Hindistan enerji resurslarının böyük hissəsini məhz bu regiondan əldə edir və bu ölkə coğrafi baxımdan həmin risklərə yaxın yerləşdiyi üçün daha həssas mövqedədir.

Eyni proseslərin təsirini biz də hiss edirik. Son dövrlərdə inflyasiya artıb, logistika xərcləri yüksəlib və bu, birbaşa iqtisadi aktivliyə təsir göstərir.

Xüsusilə İran üzərindən, Bəndər-Abbas istiqamətindən gətirilən malların alternativ marşrutlara yönləndirilməsi məcburiyyəti yaranıb. Bu isə öz növbəsində qiymətlərin artmasına səbəb olur.

Qlobal miqyasda geosiyasi risklər getdikcə artır. Qırmızı dənizdə yaranan problemlər, Hörmüz boğazı ilə bağlı mümkün məhdudiyyətlər dünya ticarətinə ciddi təsir göstərir.

Bu şəraitdə iqtisadi qərarlarda yalnız xərclərin azaldılmasına deyil, səmərəliliyin artırılmasına diqqət yetirilməlidir".Onun sözlərinə görə, yanaşma ondan ibarətdir ki, hər bir xərclərin azalması avtomatik olaraq müsbət nəticə vermir:

"Çünki bir tərəfin xərci digər tərəfin gəliridir. Məsələn, insanlar restoranlara getməsə, bu, həmin sahədə fəaliyyətin zəifləməsinə və iş yerlərinin itirilməsinə səbəb ola bilər. Yəni məqsəd ümumi iqtisadi aktivliyi azaltmaq deyil, onu daha səmərəli idarə etməkdir.

Bu baxımdan dövlətlər də yalnız qənaət siyasəti ilə kifayətlənməməli, iqtisadi səmərəliliyi artırmağa yönəlmiş addımlar atmalıdır. Hazırkı vəziyyətdə bir çox şirkət maliyyə çətinlikləri yaşayır, borcların qaytarılmasında problemlər yaranır və iqtisadi fəallıq zəifləyir".

O vurğulayıb ki, xüsusilə enerji sahəsində ciddi islahatlara ehtiyac var:

"Ölkədə mövcud binaların böyük hissəsi köhnədir və tikinti zamanı enerji səmərəliliyi nəzərə alınmayıb. Bu isə istilik və enerji xərclərini artırır. Ona görə də yeni tikilən binalarda mütləq enerji pasportu tətbiq olunmalı, enerji səmərəliliyi normativlərlə müəyyənləşdirilməlidir.

İzolyasiya materiallarının düzgün seçilməsi, istilik itkisini azaldan texnologiyaların tətbiqi bu sahədə vacibdir. Əks halda vətəndaşın təkbaşına kombini tənzimləməsi ilə problem həll olunmur. Bu, fərdi yox, sistem məsələsidir və dövlət siyasəti səviyyəsində həll edilməlidir.

Nəqliyyat sahəsində də eyni vəziyyət müşahidə olunur. İctimai nəqliyyatın zəif inkişafı vətəndaşları şəxsi avtomobillərdən istifadə etməyə məcbur edir. Halbuki metro, dəmir yolu xətləri və şəhərdaxili nəqliyyat sistemləri genişlənsə, şəxsi nəqliyyata tələbat azalar, idxal yükü və infrastruktur sıxlığı da azalır.

Bakı–Sumqayıt istiqamətində elektrik qatarlarının mövcudluğu müsbət addımdır, lakin bu sahənin daha da genişləndirilməsi, məsələn metronunda olması vacibdir. İctimai nəqliyyatın inkişaf etməməsi şəraitində vətəndaşlardan şəxsi avtomobildən imtina etməyi tələb etmək real deyil".

Ekspert qeyd edib ki, fərdi istehlak davranışlarında da dəyişikliklərə ehtiyac var:

"İnsanlar “demonstrativ istehlak” davranışından uzaqlaşmalıdırlar. Yəni “filankəs aldı, mən də alım” yanaşması iqtisadi baxımdan düzgün deyil. Hər kəs öz büdcəsinə uyğun qərar verməlidir, lazımsız və kredit hesabına edilən xərclərdən çəkinməlidir.

Qənaət siyasəti yalnız vətəndaş səviyyəsində deyil, dövlət səviyyəsində də tətbiq olunmalıdır. Maliyyə intizamı gücləndirilməli, dövlət xərcləri səmərəli şəkildə idarə edilməlidir. Hesablama Palatasının illik hesabatlarında da bu istiqamətdə müəyyən tənqidi yanaşmalar yer alır.

Həm dövlət, həm də vətəndaş səviyyəsində əsas məqsəd sadəcə xərcləri azaltmaq deyil, resurslardan daha səmərəli istifadə etmək olmalıdır".

Gülər Həsənli 
"Cebheinfo.az"

Açar sözlər: qənaət Xalid Kərimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 May 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri