Icma.az
close
up
RU
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq DETALLAR

Azərbaycanda karantin rejimi belə ləğv olunacaq DETALLAR

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bakı-Tbilisi-Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlamasını çox yüksək qiymətləndirirəm. Azərbaycan və Gürcüstan arasında siyasi-iqtisadi əlaqələr yüksək səviyyədə olduğuna görə tərəflər belə bir addım atıb”.

Bunu “Yeni Sabah”a açıqlamasında Milli Məclisin sabiq deputatı, iqtisadçı Vahid Əhmədov deyib.

O bildirib ki, Azərbaycan və Gürcüstan arasında dəmiryolu reysinin bərpası hər iki ölkə vətəndaşları üçün sevindirici haldır: Toyuqlu pizza

“Regionda çox ciddi problemlərin olmasına baxmayaraq, bu addımın atılması onu göstərir ki, Bakı və Tbilisi arasında olan isti münasibətlər dəmiryolu reysinin yenidən açılması üçün şərait yaradıb. Bu bizim üçün böyük əhəmiyyət kəsb edir. Düzdü, Gürcüstanda da qiymətlər kifayət qədər yüksəlib və müəyyən inflyasiya prosesi orada da gedir. Amma insanlar üçün dəmiryolu reysinin açılması çox böyük əhəmiyyət kəsb edir. Çünki Gürcüstan bizim qonşumuzdur və tarixi qohumluq əlaqələrimiz mövcuddur. . Bakı-Tbilisi-Bakı reysinin açılması Azərbaycanın logistik və iqtisadi inkişafına təkan verən amillərdən biridir. Bu addım həm də digər qonşu dövlətlərə də bir mesajdır ki, əgər sizdə də vəziyyət stabil olarsa, Azərbaycan həmin dövlətlərlə, xüsusən Rusiya və İranla sərhədləri aça bilər. Hesab edirəm ki, qonşu dövlətlərlə nə qədər sıx iqtisadi-siyasi əlaqələr qurularsa, əhalinin sosial vəziyyəti də bir o qədər yaxşı olar”.

İqtisadçı vurğulayıb ki, bilet qiymətləri vətəndaşların cibinə münasib olmalıdır:

“İnsanların həyat şəraitini, gediş-gəlişin sayını nəzərə almaq lazımdır. Qiymətləri yüksək qoymaq olmaz. İnsanların maddi durumunu nəzərə alıb, ona uyğun qiymətlər təyin edilməlidir”.

V.Əhmədovun fikrincə, ölkəmizdə artıq 6 ildir tətbiq edilən karantin rejimi tədricən aradan qaldırılacaq:

“Karantin rejiminin ləğv edilməsinə gəlincə, onsuz da Azərbaycanda karantin rejiminin tətbiqi o qədər də hiss olunmur. İnsanlar sərbəst gəzirlər və ciddi problem yoxdur. Amma qonşu dövlətlərdə yaranan problemlər ciddi şəkildə nəzərə alınmalıdır. Xüsusən, hazırda Ermənistanda parlament seçkilərinin kampaniyası gedir və digər dövlətlərdən bu prosesə ciddi müdaxilələr var. Ona görə də, karantin rejimini saxlamağa müəyyən qədər ehtiyac var. Düşünürəm ki, yavaş-yavaş karantin rejimi də aradan qaldırılacaq”.

Xatırladaq ki, mayın 26-da Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 May 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri