Icma.az
close
up
RU
Azərbaycanda karantin rejimi tətbiq edilə bilər?

Azərbaycanda karantin rejimi tətbiq edilə bilər?

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Samuxda 5 nəfərdə ilkin müayinələr nəticəsində qarayara xəstəliyinin əlamətləri olduğu müəyyən olunub. Hazırda onların müalicəsi Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Yoluxucu xəstəliklər şöbəsində aparılır.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı oxu.az-ın suallarını cavablayan infeksionist Mərdan Əliyev qarayaranın necə yayıldığı, xəstəliyin əsas əlamətləri, yoluxma riskləri barədə məlumat verib.

O bildirib ki, qarayara xəstəliyi çöpşəkilli xüsusi bakteriyalar tərəfindən törədilir və adətən heyvanlardan insanlara yoluxur:

"İnsandan insana yoluxma hallarına nadirən rast gəlinir. Bu xəstəlik qəssab peşəsi ilə məşğul olan şəxslərdə daha çox görülür. Qarayaraya yoluxan insanlardan da birinci elə peşəsi soruşulur. Qarayaranın ən çox yayılan forması dəri formasıdır. Əgər dəridə mikrozədələr varsa, xəstə heyvanın qanı, ifrazatı ilə təmasda olarkən bakteriya dəriyə düşür. İlk növbədə kiçik səpgilər yaranır. Bu səpgilərə bəzən diqqət edilmir, lakin sonradan həmin səpgilər getmir, böyüyür və yaraya çevrilir. Ona qarayara deyilməsinin səbəbi orta hissəsinin kömür kimi qara rəngdə olması ilə əlaqəlidir. Bu nahiyə nekroz sahəsi olduğu üçün ağrı müşahidə olunmur. Yaranın qıraqlarında isə qırmızı, eritematoz, ödemli forma olur, yəni şişkin, bir qədər qabarıq olur".

İnfeksionist qeyd edib ki, daxili orqanlarda qarayaraya nadirən rast gəlinir:

"Ağciyər, bağırsaqlarda bunlar daha təhlükəli hesab olunur. Qarayaraya yoluxan insanlar əsasən xəstəxana şəraitində müalicə almalıdırlar. Hansı heyvandan yoluxubsa, tez bir zamanda həmin heyvan tapılmalı, həmin ocaqda ehtiyac olarsa, sanitar-epidemioloji tədbirlər görülməlidir ki, artıq yeni yoluxma halları qeydə alınmasın".

Mərdan Əliyev bildirib ki, bu xəstəlik insandan insana keçmədiyi üçün karantin rejiminin tətbiqinə ehtiyac yoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Avqust 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri