Icma.az
close
up
RU
Azərbaycanda kartofla soğan buna görə bahalaşır: Səbəblər bəlli oldu

Azərbaycanda kartofla soğan buna görə bahalaşır: Səbəblər bəlli oldu

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Son günlər bazarlarda kartofun və soğanın qiymətində nəzərəçarpacaq artım var. Hər kəs gündəlik süfrəsində olan bu iki əsas məhsulun qiymətindəki dəyişiklikdən narahatdır. Üstəlik, qiymətlərdəki artım xeyli müddətdir müşahidə edilir. Havalar artıq isinsə də, soğanın və kartofun bazardakı qiymətləri yenə də iki manat ətrafındadır. Bəs bunun səbəbləri nələrdir? Bunun nə zamana qədər davam edəcəyi insanları düşündürən suallardandır.

“Dünyada kartof və soğanla bağlı problemlər müşahidə edilir”

Fermer Eldar Hüseynovun sözlərinə görə, kartofun və soğanın qiymətində artım tək bizim ölkəmizdə deyil, bütün dünyada mövcuddur: “Kartof və soğanın qiymətində yüksəlmə olacağı öncədən bəlli idi. Çünki dünya səviyyəsində kartof və soğanla bağlı problemlər müşahidə edilir. Belarus kartof çıxan kimi sərhədlərini bağlı elan etdi və heç bir ölkəyə idxal olmadı. Rusiyada isə bu il kartof az oldu. Bu da qiymətlərə təsir göstərir. Digər ölkələr boşluğu doldurmaq üçün məcburən Rusiyaya axın etdilər. Bütün ölkələrə Rusiyadan kartof tədarük edildi. Bütün ölkələr Rusiyadan ixraca üstünlük verdiyindən İran da qiymətləri süni şəkildə qaldırdı. Bu, bizim bazarımıza da təsirsiz ötüşmədi. Soğanda da səbəblər təxminən eynidir. Rusiyadakı məsələlərə görə qiymətləri yüksəlib”.

“Səbəblərdən biri də zərərvericilərdir”

E.Hüseynov bildirdi ki, səbəblərdən biri də zərərvericilərdir: “Fermerlər bu il xəstəliklərlə güclü mübarizə apara bilmədilər. Çin dərman vasitələrinin qiymətini 40 faiz qaldırdı. Alınan dərmanlar isə zərərvericilərə qarşı yetərli mübarizə üçün kifayət deyil”.

Fermer qiymətlərə də aydınlıq gətirdi: “Bakıda hazırda Pakistandan gətirilmiş yuyulmuş kartofun kiloqramı 1 manat 40 qəpik, yuyulmamışı 1 manat 30 qəpiyə satılır. Türkiyə və Gürcüstan kartofu 1 manat 20 qəpik-1 manat 30 qəpik arasında dəyişir. Rayonlarda kartof və soğanın qiyməti Bakıdan da bahadır”.

Qiymət bu halda enə bilər

E.Hüseynovun fikrincə, ölkəmizdə bu məhsullar qonşu dövlətlərə baxanda çox az əkilir: “Biz özümüzü kartof və soğanla tam şəkildə təmin edə bilmirik. Bu göstərici maksimum 20-25 faizdir. Kartof və soğan əkini ilə bağlı bazarımız kiçikdir. Ölkəmizdən yetərli qədər ixrac olmadığından daha çox əkilmir. Bu səbəbdən də məcburuq idxal edək. Əsasən İrandan, Pakistandan, Türkiyədən alırıq. Ən böyük idxalçılarımız Rusiya və İrandır. İrandan noyabr-dekabr aylarında hər gün ölkəmizə 10-15 maşın kartof daxil olur. Bu da 100 tondan çox məhsul deməkdir. Kartof və soğan əkini ilə bağlı məsələ bu cür davam edərsə, ixracdan asılılıq davam edəcək”.

Fermerin sözlərinə görə, bu tendensiya dəyişə bilər: “Yerli kartofumuz isə Cəlilabadda çıxmağa hazırlaşır. Pakistan kartofu da bazarlarda çoxalacaq. Pakistanın gömrük rüsumunda fərq olacağı gözlənilir. Çünki bununla bağlı danışıqlar olub. Əgər Pakistan kartofunun rüsumu azalsa, qiymətlər enə bilər. Amma dəyişiklik olmasa, qiymətlər bu tempdə qalacaq. Soğanın qiymətində isə bu yaxınlarda enmələr gözlənilir”.

Hər il təkrarlanan proses

İqtisadçı Rauf Qarayev isə deyir ki, illərdir bazarda qiymətlər bu şəkildə dəyişir: “Kartof və soğanla bağlı qiymət artımı və bu məhsulların çatışmazlığı əsasən mart-aprel aylarında olur. Bu il yaşadıqlarımız yeni baş verən proses deyil. Qiymətlərin enməsi əsasən may ayından etibarən başlayır. Bu da yerli kartofun bazara çıxarılmasından sonra olur”.

İqtisadçının fikrincə, hazırda qiymətlərin belə yüksəlməsinin səbəbi mövsümi faktorlardır: “Rayonlarda kartofun qiyməti 1 manat 20 qəpikdir. Növünə görə 1 manat 50 qəpik-2 manata qədər də dəyişə bilir. Səbəbi stabil hava şəraitinin olmamasında görürəm. Çünki hava gec isindiyindən yerli kartof hələ yetişməyib”.

“Dərman baha, soyuducu yox”

R.Qarayevin sözlərinə görə, ət məhsullarına tələbat azaldıqca, kartofa tələbat yüksəlib: “Qiymətlərin bahalaşmasının səbəblərindən biri də kartofa tələbatın artması ola bilər. Buna görə qiymətlərdə enmələri görə bilmirik. Əvvəlki dövrlərdə digər tərəvəzlər bazara çıxdıqca kartofun qiyməti nisbətən aşağı düşürdü. Amma bir neçə ildir müşahidə etdikdə görürük ki, maksimum 10-20 faiz ucuzlaşma baş verir. Bu da illər üzrə tələbatın artması səbəbindəndir. Bu il də belə olması gözləniləndir. Bu halın qarşısının alınması üçün bazarda bolluq yaranmalıdır. Güman edirəm ki, may ayında qiymətlərdə enmələr müşahidə ediləcək”.

İqtisadçı yerli kartof və soğan istehsalındakı problemlərə də toxundu: “Yerli kartofla bağlı bir çox məsələlər mövcuddur. Məsələn, Gədəbəy kartofunun yığılmasında problem olmasa da, yetişdirilməsi ilə bağlı problemlər var. Torpağın dərmanlanması, dərmanların qiymətinin bahalaşması kimi amillər təbii ki, birbaşa bazara da təsir edir. Dərmanların tapılması da xeyli çətinləşib. Bu səbəbdən fermerlər məhsulu saxlaya bilmirlər. Məhsulların saxlanması üçün soyuducu anbarlar da azdır və onların qiyməti xeyli yüksəkdir. Soyuducuların sayı çox olmalıdır. Saxlanma şəraiti üçün qiymətlərdə güzəştlər edilməlidir”. ("Kaspi" qəzeti)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Aprel 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri