Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Azərbaycanda kazino biznesi nə vəd edir?

Azərbaycanda kazino biznesi nə vəd edir?

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda turizm sektorunun inkişafı əsas hədəflərdən biridir. Ölkəmizin əlverişli coğrafi şəraitdə yerləşməsi və turizm üçün lazım olan şərtlər buranı cazibədar edir.

Çağdaş turizm trendləri qazancla yanaşı həm də ölkənin sosial-iqtisadi həyatına gətirəcək faydaları tələb edir.

Bu gün Azərbaycanda biznes dairələri üçün nəzərdə tutulan konfransları, böyük tədbirləri əhatə edən işgüzar turizm platforması diqqəti çəkir. Eyni zamanda səyahət turizmi, qida və tarixi turizm də geniş yayılır.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycana 2 milyon 412 min turist gəlib. Dövlət Turizm Agentliyinin hesabatına görə, bu, 2023-cü illə müqayisədə 26 % çoxdur.

Turistlərin coğrafiyasına nəzər salsaq bura Rusiyadan tutumuş Çin, Hindistan, İran, Türkiyə, İsrail, MDB ölkələri daxildir.

Bayramlar, festivallar, sərgilər, oyunlar mühüm turizm resursu hesab olunur. Belə tədbirlər hadisə turizmini inkişaf etdirərək turistlərə bütün ilboyu səyahətə gəlmək stimulu verir.

Bu baxımdan son vaxtlarda Azərbaycanda turist axınını daha da artırmaq üçün kazinoların yenidən bərpa olunması təklif olunur.

Bəs bu təklif bu gün üçün nə vəd edir?

Azərbaycanda 1990-cı illərin ortalarına qədər kazino və digər qumar oyunlarına icazə verilirdi. Lakin 1998-ci ildə “Qumar oyunlarının qadağan edilərək fəaliyyətinin dəyəşdirməsi haqqında” qanunla kazino fəaliyyəti dayandırıldı.

Bu gün Azərbaycanda vəziyyət 28 il əvvəlki şərtlərdən fərqlidir.

Turizm hədəfi bir sıra trendləri aktual məsələyə çevirir. Kazino biznesinə icazə verilməsi bu çağrışlardan biridir.

Lakin burada əsas məsələ qanunvericilik sisteminin formalaşdırılmasıdır. Çünki Azərbaycan kimi ölkələrdə kazino incə və spesifik mövzu hesab olunur. İlk növbədə kazinoların dövlət üçün hansı faydalar gətirəcəyini düşünmək lazımdır.

Hesablamalara görə, dünyanın məşhur olan turizm məkanları sayılan Las-Veqas, Monte-Karlo kimi yerlərdəki kazinolara il ərzində 10 milyona yaxın insan gedir. Əgər turizm üçün kazino biznesinə “yaşıl işıq” olacaqsa o zaman Bakıda müəyyən hotellərdə kazino üçün müəyyən yer ayrıla bilər.

Burada müzakirə ediləcək məqam hansıdır?

Kazino açmaq üçün ilk olaraq onun açılacağı yeri müəyyənləşdirmək lazımdır. Dünya təcrübəsinə görə, belə məkanlar məktəblərdən, təhsil və mədəniyyət ocaqlarından uzaq olmalıdır. Bir qism ekspert hesab edir ki, ölkəmizdə kazino açılsa, ora Azərbaycan vətəndaşlarının girişi qadağan olunmalıdır. Kazino yalnız xaricilər üçün fəaliyyət göstərə bilər.

Bakıda beynəlxalq layihlər çərçivəsində çoxlu sayda əcnəbi şəxslər çalışır, səfərə gəlirlər. Məlumatlara görə, onlar həftəsonu əylənmək üçün Tiflisə gedirlər. Bu baxımdan Bakıda kazino açılsa pullarını burada xərcləyə bilərlər.

Qeyd edək ki, Gürcüstanda azart oyunların həvəskarları üçün şərait yaradılıb. Ölkədə oyun mərkəzləri və kazinolar üçün sivil hüquqi çərçivə və keyfiyyətli xidmət təşkil olunub, qeyri-leqal fəaliyyət göstərən təhlükəli biznes subyektlərinin fəaliyyətinə son qoyulub. Kazino biznesinin leqallaşdırılmasından sonra Gürcüstana turist axını daha sürətlə artmağa başladı. Azərbaycandan da bu məqsədilə Gürüstana səfər edənlər kifayət qədər çoxdur. Gürcüstanda 2024-cü ildə kazino və mərc oyunlarından büdcəyə 260 milyon dollar ödənilib.

Hazırda bu qazancı və uğuru görən bir sıra qonşu ölkələr də artıq hərəkətə keçiblər. Kazino fəaliyyəti, məhdud formada olsa da, Ermənistan, Belarus, Rusiya və Qazaxıstanda da var.

Kazino biznesinin leqallaşdırılmasından əvvəl bir sıra ciddi məqamlar nəzərə alınmalıdır. İlk növbədə, ciddi hüquqi çərçivə və dövlət tənzimlənməsi olmalıdır. Təhlükəsizlik ən yüksək səviyyədə təmin edilməlidir. Lisenziya məhdud qaydada təqdim olunmalı və daha kompakt ərazilərdə fəaliyyət göstərən turizm obyektlərə verilməlidir.

Azərbaycanda son illərdə iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkiaşı istiqamətində mütərəqqi addımlar atılır. Bu baxımdan turizm sahəsi ölkə iqtisadiyyatının aparıcı sektorlarından birinə çevrilmək potensialı daşıyır. Bu kontekstdə kazino biznesinin ölkədə leqallaşdırılması və ya məhdud formalarda icazə verilməsi mümkün iqtisadi perspektiv kimi qiymətləndirilir.

Kazino sektorunun müəyyən qaydalar çərçivəsində leqallaşdırılması bir sıra iqtisadi faydalar verə bilər.

Bu, turizmin inkişafını stimullaşdıracaq. Kazinolar xarici turistlər üçün cəlbedici amildir. Qəbələ, Naftalan, Quba kimi turizm regionlarında kazino infrastrukturu yaradılarsa, bu, turizm axınını artıra bilər.

Bundan başqa leqal kazino biznesi dövlət büdcəsinə əlavə vergi daxilolmaları təmin edə bilər. Kazinoların fəaliyyətini bərpa etməklə dövlət büdcəsi xeyli gəlir əldə edər. Bundan başqa kazino açılacaq yerlərdə oranın gəlirlərin bir hissəsi yerli bələdiyyələrin daxili bdcələrinə ödənilə bilər. Bu, özünüidarə sisteminə mühüm töhfə ola bilər.

Bu, həmçinin yeni iş yerləri deməkdir. Kazino turizmi minlərlə iş yerinin yaradılmasına imkan verər.

Bununla yanaşı bu ideya müəyyən riskləri də daşıyır.

Kazino biznesinin leqallaşdırılması bəzi sosial və etik problemlər yarada bilər. Cəmiyyətdə sosial sabitliyə müəyyən neqativ təsir göstərə, cinayətkarlıq riski, bu sektorda qeyri-rəsmi fəaliyyətlərə şərait yarada bilər. Burada Azərbaycan cəmiyyəti ənənəvi mənəvi dəyərlərini də nəzərə almaq lazım gələcək.

Bütün bunlar kazino biznesi üçün alternativ model olaraq “məhdud Zona” sistemini təklif edilə bilər.

Bəzi ölkələrdə (məsələn, Gürcüstan və ya Qazaxıstan) kazino sektoruna məhdud zonalar çərçivəsində icazə verilir. Bu model Azərbaycan üçün də keçərli ola bilər.

Kazino biznesi Azərbaycan üçün hələlik ehtiyatla yanasılan məsələdir. Lakin iqtisadi diversifikasiya, turizm sektorunun inkişafı bu sahənin müəyyən şərtlərlə leqallaşdırılması dövlət üçün yeni imkanlar aça bilər. Bu prosesin sosial, etik və iqtisadi tarazlıqlar qorunmaqla idarə olunması vacibdir.

AzPost

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://azpost.info
archiveBu xəbər 22 Aprel 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri